Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

Arxeoloq: Erməni vandalizmi Qarabağda hər yerdə izlənilirdi

Arxeoloq: Erməni vandalizmi Qarabağda hər yerdə izlənilirdi

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib Azərbaycan Ordusu torpaqlarımızı azad etdikdən sonra vaxtilə işğal altında olmuş ərazilərimizdə yenidən elmi-tədqiqat və bərpa işləri canlandı. Bu tədqiqatlarda iştirak edən ilk arxeoloqlar olaraq qalib xalqın və dövlətin nümayəndələri kimi qəlbimizdə sevinclə yanaşı, kədər hissi də var idi. Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan arxeoloqlarının və antropoloqlarının gözü qarşısında erməni işğalçılarının vəhşiliyinə məruz qalmış əzəli yurdlarımızın acınacaqlı bir mənzərəsi açılmışdı və bu acı təəssüratı ifadə etmək üçün söz tapmaq çətindir.

Bu fikrləri AZƏRTAC-a açıqlamasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov söyləyib. O bildirib ki, erməni vandalizmi hər yerdə izlənilirdi. Üzərliktəpə orta Tunc dövrü məskənində elmi tədqiqatların ilk günündən bizə aydın oldu ki, təpənin üzərindəki son orta əsrlərə aid müsəlman qəbiristanlığında bütün qəbirlərin sinə və baş daşları məhv edilib. Yalnız bir baş daşının kiçik fraqmentinə rast gəlindi.

Müsahibimiz qeyd edib ki, Ağdam şəhərində Qarabağ xanlarının nəsli sərdabələrinin, Ağdamın XIX və XX əsr tanınmış ziyalılarının, dövlət adamlarının və din xadimlərinin qəbirlərinin olduğu İmarətdə erməni işğalçılarının törətdiyi dəhşətli vandalizm aktları qeyd edildi: “Qarabağ xanlarının türbələrindən birinin günbəzi partladılıb, digər dörd türbə donuz damları kimi istifadə edilib. İşğalın ilk günlərindən ermənilər ərazidəki bütün qəbirləri dağıtmağa, talan etməyə başlayıblar. Təqribən 30 il müddətində bu dağıntılar təbii proseslərin (külək, yağıntılar, çökmə və d.) nəticəsində torpaq qatı ilə örtükdüyündən elə təəssürat yaranırdı ki, ərazidə qəbiristanlıq olmayıb. Amma tədqiqatlar ümumilikdə ərazidə 213 qəbiri müəyyən etdi. Onlardan 18-i türbələr daxilində döşəmə altında olduğundan, bu qəbirlər toxunulmaz qalıblar. Türbələrdən kənar 195 qəbirin baş daşları və sinə daşları bütünlüklə dağıdılıb. XX əsrə aid bəzi qəbirlərdəki mərmər örtüklərin qoparıldığının şahidi olduq. Eynilə də, XX əsr qəbirlərin bir neçəsinə talan məqsədilə baş hissədən müdaxilə olunmuşdu. Eyni zamanda, talan məqsədilə bütünlüklə dağıdılmış qəbirlərdən çıxarılmış insan qalıqları pərakəndə halda ətrafa səpələnmişdi. Talanın məqsədi qiymətli metaldan olan diş protezlərinin oğurlanması idi”.

O qeyd edib ki, işğalçılar qəbir baş və sinə daşlarının əksəriyyətini qəbiristanlıq ərazisindən çıxarıb tikinti materialı kimi istifadə edirdilər. Hətta qəbiristanlıqdan kənarda, Ağdam şəhərinin dağıdılmış evlərinin özül qalıqlarında ibarət olan məhəllələrinin birində atılmış qəbir daşlarına rast gəlinmişdi. Qəbiristanlıq ərazisində aşkar edilən sındırılan və bir neçə parçaya bölünən başdaşılar pərakəndə səpələndiyi üçün onların hansı qəbirdən qoparıldığını müəyyən etmək çox çətindir.

Onun sözlərinə görə, İmarət kompleksində tədqiqat işləri aparan arxeoloji ekspedisiya tərəfindən qəbirlərin dağıdılması və talan faktları Ağdam Cümə məscidinin şərq divarının dışarı ərazisində olan qəbirlərdə də qeyd edildi. Burada sovet dönəmində Ağdamın seyidləri dəfn edilmişdi. Onların qəbirlərinin hamısına baş tərəfdən talan məqsədilə müdaxilə olunmuşdu.

Xocalıdakı Tunc dövrünə aid kurqan və torpaq qəbirlərlə zəngin tarixi nekropol ərazisində, həmçinin orta əsrlərə və müasir dövrə aid qəbirlər də vardır. Aidiyyəti təşkilatlar tərəfindən aparılan monitorinqin nəticələrinə görə, müasir dövr azərbaycanlılara məxsus 355 qəbirdən 250-sinin başdaşı dağıdılıb, 55 qəbirin başdaşı və sinədaşına ziyan yetirilib. Əlli qəbir tam məhv edilmişdi. Orada aparılan ilkin tədqiqatlar zamanı erməni vandalları tərəfindən yolun kənarına atılan orta əsr inşaat kitabəsi aşkar edilib. Kitabənin üzərindəki mətn bizə məlum olmayan hansısa tikilinin memar Əmir ibn Mahmud tərəfindən inşa edildiyi göstərilir və kitabənin tarixi 1412-ci ilə (hicri 815-ci ilə), Ağqoyunlu dövləti dövrünə aid olduğu barədə məlumat verir. İşğalçılar tərəfindən bu kitabənin Qarabağdakı hansı inşaat abidəsinin üzərindən qoparıldığını müəyyən etmək xüsusi tədqiqatın mövzusudur.

“Ağdamla Əsgəran arasında, Ağdam-Şuşa yolunun üzərindəki və sahəsinə görə Qarabağ və Zəngəzurda ən böyük qəbiristanlıqlardan biri olan Qarağacı qəbiristanlığında işğalçıların törətdiyi vandalizm və talan faktları hələ tam işlənilməyib. Buradakı orta əsrlərə və müasir dövrə aid qəbirlər demək olar ki, istisnasız dağıntıya məruz qalıbl. Sözsüz ki, aidiyyəti təşkilatlar və AMEA Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqları və antropoloqları tərəfindən qeydiyyata alınan bu vandalizm aktları Azərbaycanın işğal edilmiş ərazilərində sistemli şəkildə özülünədək bütün kənd və şəhərləri dağıdan işğalçı rejimin və birbaşa rəsmi İrəvanın göstərişləri əsasında gerçəkləşdirilib. Aydındır ki, bu siyasətin kökündə azərbaycanlıları mənəvi baxımdan alçaltmaq, digər tərəfdən, xalqımızın möhtəşəm irsini yer üzündən silmək məqsədi dayanırdı. Hər iki çirkin məqsəd beynəlxalq hüquqi aktlarda, 1954-cü il Haaqa Konvensiyasının müddəalarında, UNESCO-nun 2003-cü il Bəyannaməsində bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirilib”, - deyə P.Qasımov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri