Icma.az
close
up
RU
Ermənilər seçkiyə sülh və ya müharibə seçimi ilə gedəcəklər ANALİZ

Ermənilər seçkiyə sülh və ya müharibə seçimi ilə gedəcəklər ANALİZ

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Natiq Miri: "Koçaryan Rusiyanın geosiyasi alətidir, Qarabağ kartı ilə yenidən hakimiyyətə qayıtmaq istəyir”

Ermənistanda keçmiş prezident Robert Köçəryan barədə kəskin ittihamlar səsləndirilib.

Erməni politoloq Davit Stepanyan bildirib ki, Köçəryan Ermənistan və Azərbaycan arasında müharibə vəziyyətinin davam etməsini istəyir və sərhədlərdə gərginliyin saxlanmasında maraqlıdır. Politoloqun sözlərinə görə, hakimiyyətə “qanla gəlib, qanla gedən” bu siyasi fiqurlar yenidən eyni üsulla qayıtmağa çalışırlar.

Politoloq Natiq Miri Sherg.az-a söyləyib ki, Robert Koçaryanın şəxsiyyəti Azərbaycana düşmənçilik fonunda formalaşıb və onun siyasi karyerası da məhz bu istiqamətdə irəliləyib:

“O, hər zaman Rusiya xüsusi xidmət orqanlarının əlində geosiyasi alət kimi istifadə olunub. Əvvəl Qarabağ müharibəsində bir növ dırnaq arası “qəhrəman” kimi təqdim edildi, daha sonra isə Ermənistana gətirilərək Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması fonunda hakimiyyətə gətirildi. Beləliklə, Ermənistanı daha rahat idarə etmək üçün Qarabağ klanının önünü açdılar. Robert Koçaryanın siyasi düşüncəsi də bu çərçivədən kənara çıxmır. Məhz buna görə o, hər zaman müharibə kontekstində danışır. Üstəlik, onun intellektual potensialı da erməni cəmiyyətinə müharibə və qandan başqa alternativ bir yol təqdim etməyə imkan vermir. Buna görə də Koçaryan əsasən Qarabağ kartından istifadə edərək Nikol Paşinyanı “xəyanətdə” ittiham edir və hesab edir ki, erməni cəmiyyətinin bu həssas nöqtəsinə toxunmaqla yenidən siyasi uğur qazana bilər”.

Analitik qeyd edib ki, yeni bir münaqişənin yaranması Rusiyanın geosiyasi maraqlarına uyğun vəziyyət formalaşdırar:

“Keçmiş Qarabağ münaqişəsinin yenidən alovlanması Rusiyaya həm Azərbaycana, həm də Ermənistana təsir imkanlarını artırmaq üçün yeni rıçaqlar verə bilər. Bu baxımdan belə senarilər Robert Koçaryan kimi fiqurlar vasitəsilə həyata keçirilir. Ona görə də burada təəccüblü bir məqam yoxdur. Koçaryan sadəcə olaraq ona biçilmiş siyasi rolu oynamağa davam edir. Digər tərəfdən, onun yenidən hakimiyyətə gəlmək şansı demək olar ki, yoxdur. Robert Koçaryan hakimiyyətdə olduğu dövrdə bu imkanı faktiki olaraq itirib. Çünki onun dövründə erməni cəmiyyətinə vurulan zərər o qədər böyük olub ki, Koçaryanın adı çəkilən kimi bu, erməni ictimai rəyində ciddi mənfi reaksiyaya səbəb olur. Üstəlik, Ermənistanın strateji sahələrinin-enerjidən tutmuş dəmir yollarına qədər Rusiyanın nəzarətinə verilməsi də məhz Koçaryanın hakimiyyəti dövründə baş verib. Korrupsiyanın geniş yayılması və Koçaryanın varlanması da erməni cəmiyyətinin yaddaşından silinməyib. Bu səbəbdən belə bir şəxsə erməni xalqının yenidən etimad göstərəcəyini düşünmək real görünmür”.

Politoloqun sözlərinə görə, məsələ təkcə Robert Koçaryanla bağlı deyil:

"Burada əsas məsələ revanşist qüvvələrin, yəni Rusiyanın dəstəklədiyi siyasi qrupların hakimiyyətə gəlməsi ehtimalıdır. Belə bir halda Azərbaycanla Ermənistan arasında sülh prosesi pozula bilər, sərhədlərdə yenidən gərginlik və atışmalar baş verə bilər ki, bu da yeni müharibə riskini artırar. Bu səbəbdən qarşıdakı parlament seçkilərində erməni cəmiyyətinin qarşısında əslində çox sadə, amma taleyüklü seçim dayanacaq: sülh, yoxsa müharibə. Yəni söhbət yalnız Nikol Paşinyan, Robert Koçaryan və ya digər siyasi qüvvələr arasında rəqabətdən getmir. Məsələ Ermənistanın gələcək inkişaf yolunu seçməsindən, davamlı və dayanıqlı sülh, yoxsa yenidən müharibə, dağıntı və itkilərlə dolu bir gələcəkdən yana qərar verməsindən ibarətdir. Bu baxımdan seçim geniş deyil. Hansı yol seçiləcəksə, erməni xalqı da bunun məsuliyyətini daşıyacaq və öz gələcəyini özü müəyyənləşdirəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Mart 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri