Icma.az
close
up
RU
Ermənilərin 44 günlük savaşla bağlı “1489” filmi: Növbəti beynəlxalq mükafatını aldı

Ermənilərin 44 günlük savaşla bağlı “1489” filmi: Növbəti beynəlxalq mükafatını aldı

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Erməni rejissor Şoğakat Vardanyanın 44 günlük müharibə ilə bağlı çəkdiyi “1489” sənədli film haqqında hələ ötən ilin noyabrında geniş məlumat vermişdik.

Film Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalında (IDFA) baş mükafata layiq görülmüş, eyni zamanda dünyanın ən nüfuzlu sənədli filmlər festivalı olan IDFA-da “ən yaxşı film” baş mükafatına layiq görülmüşdü.
O vaxt məlumatı “Qızıl ərik”film şirkətinin bədii rəhbəri Karen Avetisyan “Facebook” səhifəsində qeyd etmişdi:“Film bir nəslin səsini ən həssas anlarında belə ortaya qoyur, üzvi şəkildə birinci şəxsin prizmasından ailə rezonansının səssiz müşahidəsinə doğru irəliləyir. Biz Şoğakat Vardanyanın debüt filmi “1489”-un uğurundan məmnunuq”-deyə yazmışdı.
Xırda bir axtarışdan sonra məlum oldu ki, rejissor Şoğakat Vardanyan 44 günlük müharibədə həlak olan Soqomon Vardanyanın bacısıdır, “1489” rəqəmi isə Şoğakatın qardaşının meyit nömrəsidir.

Adalet.az xəbər verir ki, “1489” filmi indi də Romada keçirilən Beynəlxalq Sənədli Filmlər Festivalının qalib olub.

Qeyd edək ki, erməni mediası film haqqında maraqlı nüansı da açıqlayıb. Beləki, “1489” filmi “Oskar”ın “Ən yaxşı sənədli film” kateqoriyasında təqdim olunsa da, səbəb göstərilmədən bunun qarşısı alınıb.

Oktyabrın 11-də “Akn” və “Akan” sənədli film müəllifləri icması Ermənistan Milli Kino Akademiyasından 44 günlük müharibədə itkin düşən erməni əsgərin axtarışı ilə bağlı sənədli filmin seçilməməsi qərarına yenidən baxılmasını tələb edib. . Müəlliflər qeyd ediblər ki, “Oskar” nominasiyalarını qazanan filmin rejissoru Kino Akademiyası Şurasının üzvüdür.
Mədəniyyət Nazirliyinin rəhbəri Janna Andreasyan Kino Akademiyasının seçilməsinə münasibət bildirib və Ermənistan hakimiyyətinin beynəlxalq platformalarda Qarabağ məsələsini qaldırmamaq üçün belə addımlar atması ilə bağlı şayiələri təkzib edib. Daha sonra o, “Oskar” namizədinin seçimi zamanı mümkün pozuntuların araşdırıldığını açıqlayıb .

P.S. Görən, bizim "kinoçıxardanlar" hara baxır? Bu filmə baxsaydılar azacıq utanardılar...

Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Dekabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see256

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see218

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see213

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see197

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see184

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see176

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see153

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri