Icma.az
close
up
RU
Ermənilərin gözünü qıran döyüş: Uğurlu Marquşevan əməliyyatı 33

Ermənilərin gözünü qıran döyüş: Uğurlu Marquşevan əməliyyatı 33

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Erməni mediası bu gün 33 il əvvəl quraşdırdıqları yalanın yasını tuturlar.


Adalet.az xəbər verir ki, Ermənistan xarici işlər nazirliyinin uydurduqları “Marağa qırğınları”nın ildönümü ilə bağlı bəyanat yayıblar.100 ildən çoxdur olmayan “erməni soyqırımı” ilə qardaş Türkiyəni günahlandıran ermənilər bu dəfə Azərbaycanı hədəf alıblar. Sovet dönəmində (1980- 88ci illər arası ) Qarabağda öz əcəli ilə ölən ermənilərdən siyahı yaradıb, altında da qeyd ediblər ki, 50-dən çox dinc sakin vəhşicəsinə qətlə yetirilib.

Hətta “KQB”-nin və erməni quldur dəstələrinin planlı şəkildə, Azərbaycanın cəzalandırılması xatirinə Sumqayıtda öldürdükləri ermənilərin “ağlaşmasını da bura qoşublar. Guya “Marağa qırğını” “Sumqayıt qırğını”nın davamı imiş. Əslində isə ermənilərin “dədə-baba yurdumuz” dediyi Marağanın (Marağaşen; Marquşavan; Leninavan –red-Ə.R) tarixçəsi tam başqadır.

Yaxın tarix: Marağa, Marağaşen, Marquşavan. Leninavan, Şıxarx...

)

Əvvəlcə qeyd edək ki, 1828-ci ildə Rusiya Şimali Azərbaycanı işğal etdikdən sonra 200 erməni ailəsi Qacar dövləti ərazisindən, Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürüldü. Onlar məskunlaşdıqları ərazini gəldikləri yerlə bağlı olaraq "Marağa" adlandırdılar. Sonralar kəndin adı erməniləşdirilərək Marağaşen (ermənicə "Marağa kəndi" deməkdir) olmuşdur.
1954-cü ildə kənd Vladimir İliç Leninin şərəfinə Leninavan kimi rəsmiləşdirilmişdir.

Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra, ermənilərin Qarabağa gəlmə olmalarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstü əvvəlcə daşla örtüldü, sonra isə qəsdən, təmamilə dağıdıldı. 1992-ci ildə kəndə ərazidəki Şıxarxın adı verildi. Arxın adı isə şıxlar nəsli ilə bağlıdır.

1978 -ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədarkəndin ərazisində məşhur “Marağa-150” abidə kompleksi də ucaldıl dı. Ermənistan təcavüzü başlandıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədi ilə həmin abidədəki yazıların üstünü daşla hörsələr də həmin tarixi-daş-fakt fotolarda qalmaqdadır.

Bundan başqa ermənilərin dünyanı aldatmaq niyyətləri Marquşəvan adlandırdıqları Şıxarx kəndində dağıdılan “Marağa-150” abidəsindən açıq-aşkar məlumdur. Televiziya kanallarımızın arxivində bu abidənin açılışı və orada çıxış edən erməni rəsmilərin etirafları da saxlanılır.

Prezident İlham Əliyev həmin ərazidə ciddi işlərin görülməsini, abidənin abadlaşdırılmasını və ölkəyə səfər edən nümayəndələrə göstərilməsi barədə tapşırıqlar verdi. Bu məqsədlə bir qrup mütəxəssis keçmiş SSRİ-nin arxivi saxlanılan Sankt-Peterburq şəhərinə ezam edildi. Arxivdən fars dilində 200 səhifədən yuxarı Türkmənçay müqaviləsi tapılaraq Azərbaycan, rus və ingilis dillərinə tərcümə edildi.

Eyni zamanda, rus çarının ermənilərin Marağadan Şıxarxa köçürülməsi ilə bağlı sərəncamları da əldə edildi. Çarın bununla bağlı 5-6 sərəncamı (çarın Qriboyedova tapşırıqları, Qriboyedovun çara məruzələri – red.) mövcuddur. Çarın tapşırığı ilə o vaxt Maşko adlı rus rəssamı Marağadan Şıxarxa qədər köç prosesini təsvir edən portretləri çəkmək üçün bu ərazilərə göndərilib. 

 Marquşevan əməliyyatı

Marquşevan döyüşünün iştirakçısı, Qarabağ qazisi Nazim Bayramov xatirələrində yazır:"Aprelin 10-u səhər tezdən, cəm sayı 400 nəfəri keçməyən, yüngül atıcı silahlardan və bir neçə əl qumbaraatanından başqa silahı olmayan  dəstələr 366-cı alaydan qalan tank, PDM və BTR-ə silahlanmış, özlərindən daha güclü düşmən üzərinə hücuma keçdilər. Birinci hücum uğursuz başa çatdı. Daha sonra hücuma Elçin Əliyevin komandir olduğu Bərdənin özünümüdafiə batalyonu və OMONun çevik zirehli dəstəsi, 1-ci bölüyünün döyüşçüləri və Tərtər polisi əməkdaşları qoşuldular.

Müharibədən əvvəl 5 min əhalisi olan bu iri qəsəbənin müdafiəsi ikinci hücumdan yarıldı və şiddətli küçə döyüşləri aparıldı. Qəsəbədə yerləşən düşmən qüvvələri çoxsaylı itkilərə uğradılaraq, məğlub oldular, salamat qalanları qaçdılar. Eyni zamanda qəsəbədən çoxsaylı əsirlər ələ keçirildi və avtobuslarla və piyada Tərtərə aparıldılar. Lakin qəsəbəni alandan sonra saxlamaq planlaşdırılmadığına görə saat 17.30-a qədər dəstələrimiz Marquşevanı tərk etdilər".

Döyüşün gedişatı

 Hücuma səbəb- Ermənistan Silahlı Qüvvələri 1992-ci ilin fevralından Tərtər şəhərini daim PDM, toplardan və raket qurğularından atəşə tuturdu. Əlbəttə, bunun bir cavabı olmalıydı. 

 Hücum- Ordumuz Qarabağ müharibəsi tarixinə "Marquşavan əməliyyatı" adı ilə daxil olan döyüşə başlayıb. Hadisələr belə cərəyan edib: Aprelin əvvəllərində "Milli Qurtuluş", "Azadlıq" və Tərtər batalyonları pərakəndə hərəkət edərək Şıxarx kəndinin içinə irəliləyib. "Milli Qurtuluş" batalyonunun qüvvələri kəndə ətrafdakı üzümlüklərin arası ilə hücum edirdi. Çox keçməmiş, "Azadlıq" dəstəsinin bir hissəsi kəndin şərq kvartallarında mühasirəyə düşüb və Tərtər şəhərindəki hərbi bölmələrdən dəstək istəyib. Rövşən Cavadov Tərtərdəki qoşunların Şıxarxa əlavə qüvvə göndərmək ilə bağlı əmr verib. Döyüşdən xəbər tutan Bərdə ərazi özünümüdafiə batalyonunun qüvvələri də əməliyyata qoşulub, Azərbaycan qoşunlarına artilleriya dəstəyi verib.

Plansızlıq- Günortaya yaxın Azərbaycan Silahlı Qüvvələri tank və piyadalarla kəndi işğaldan azad edib. Kəndin saxlanılmağı planlaşdırılmadığından Azərbaycan qüvvələri kəndi axşam saatlarında tərk edir və ertəsi gün kənd ermənilər tərəfindən yenidən işğal edilir.

Qəti hücum - Bir həftə sonra Azərbaycan qüvvələri yenidən kəndə hücum edir və oranı birdəfəlik işğaldan azad edirlər. 10–11 apreldəki döyüş nəticəsində Azərbaycan tərəfindən 20-yə yaxın hərbçi yaralıb, 23 nəfər isə şəhid olub. . Bundan əlavə, 6 nəfər azərbaycanlı mülki şəxs həlak olub. Həmçinin, Azərbaycan tərəfinin iddiasına görə, Ermənistan tərəfindən 100 nəfərə yaxın canlı qüvvə həlak olub, onların bir neçə hərbi texnikası sıradan çıxarıldı. Ermənistan tərəfi Azərbaycan qüvvələrinin 10 apreldə 43 mülki şəxsi öldürdüyünü, daha 100 mülki şəxsi isə əsir götürdüyünü, o cümlədən talan edilərək yandırıldığını iddia edib. Ermənistan hakimiyyəti "Marquşavan" əməliyyatını Xocalı soyqırımına azərbaycanlıların cavabı kimi təqdim edirlər.Şahidlərin və rəsmi sənədlərin bildirdiyinə görə, səhər tezdən artilleriya atəşi başlayıb, ardınca 400 nəfəri keçməyən, yüngül atıcı silahlardan və bir neçə əl qumbaraatanın ilə silanlanan Azərbaycan qüvvələri tank, PDM və BTR ilə Tərtərdən hücuma keçib.

Komandalar - Əməliyyata Gəncə batalyonunun komandiri Mehman Ələkbərov, "Azadlıq" batalyonunun komandiri Ələmşah Məmmədov və "Milli Qurtuluş" batalyonunun komandiri Şahin Tağıyev rəhbərlik edirdi. Azərbaycan tərəfinə görə, döyüş ərazisində Ermənistan Silahlı Qüvvələrindən üç yerli dəstə, ümumi 1,500 nəfərlik canlı qüvvə yerləşdirilib. Onlarda 3 ədəd T-72A tankı, 16 ədəd PDM və başqa texnikalar var idi.

P.S . 10 aprel 1992- ci il Qarabağ müharibəsinin yadda qalan tarixlərindən biridir. 10 aprel ermənilərdə rəsmi ümummilli matəm günüdür. Onlar bu hadisəni "Marağa qətliamı” adlandırır və "azərbaycanlıların Xocalının qisası” hesab edirlər.

Azərbaycan döyüşçülərinin Ağdərənin Marquşevan qəsəbəsini erməni işğalçılarından azad etdiyi gündür. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik! Qazilərimizə Allahdan şəfa diləyirik!

 Əntiqə Rəşid

 (Yazarın arxivi -2017)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Aprel 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri