Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ermənilərin ən böyük cinayəti 1905ci ildə Cəngi soyqırımı olub

Qərbi Azərbaycan Xronikası: Ermənilərin ən böyük cinayəti 1905ci ildə Cəngi soyqırımı olub

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Qafqazda ən birinci zəbt olunan yer Pəmbək mahalıdır" adlı veriliş əslən Pəmbək mahalının Hamamlı rayonunun, Qursalı kənd sakini Aydın Haqverdiyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərindən, qədim yaşayış məskəni Qursalı kəndinin tarixi, 1988-ci il deportasiyası, erməni təcavüzü və zəlzələ nəticəsində baş verən faciəvi hadisələr və digər unudulmaz hadisələr barədə xatirələrini danışıb.

Onun sözlərinə görə, təbiətin bütün gözəlliklərini özündə cəmləşdirən bu məkan enliyarpaqlı meşələrlə əhatə olunmuşdu:

"Kəndin zəngin tarixi keçmişi var. 1801-ci ildə Pəmbək mahalının Rusiya tərəfindən işğalından sonra yerli əhali müxtəlif istiqamətlərə köç etməyə məcbur olub. 1804-cü ildə başlayan Birinci Rus-İran müharibəsi zamanı əhalinin 60%-i, 1826-1827-ci illər İkinci Rus-İran müharibəsində isə 90%-i doğma yurdlarını tərk etməyə məcbur olub".

A.Haqverdiyev erməni vəhşiliyinin ən dəhşətli nümunələrindən birinin 1905-ci ildə baş verən "Cəngi soyqırımı" olduğunu deyib: "Bu faciəli hadisə zamanı taxıl dalınca gedən 46 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Sonrakı illərdə də erməni təcavüzü və təzyiqləri davam edib. 1979-cu ildə ermənilər 2 kəndlimizi güllələdilər. 1988-ci il noyabrın 29-da kəndə saqqallıların hücumu bir həftə davam etdi. Bir həftə kənd özünü birtəhər müdafiə edirdi. Uzun müddət müdafiə eləmək qeyri-mümkün idi. Nəhayət, 1988-ci ilin noyabrında başlayan erməni təcavüzü və dekabrın 7-də baş verən Spitak zəlzələsi nəticəsində kənd sakinləri son dəfə deportasiya olundular. Zəlzələ zamanı 16 nəfər həyatını itirsə də, bu təbii fəlakət əhalinin erməni qətliamından xilas olmasına səbəb oldu. Ondan sonra camaatın bir hissəsini helikopterlə çıxarıb Qazaxa gətirdilər. Bir hissəsi isə eşelonla çıxdı. Qazaxdan maşın karvanı göndərildi. Dekabrın axırına qədər bizim camaatı oradan güc-bəla ilə çıxardılar. Atam, əmim və qardaşımın ailəsi, qohumlar Qazaxın Musaköy kəndinə, bir hissəsi Qəbələdə pansionatda məskunlaşdı, bir hissəsi də qohumlarla bərəbər evlərə dağılışdılar".

Qursalı sakini Vətənə qayıdış ümidlərinin hələ itmədiyini vurğulayıb:

"O torpaqlardan danışmaq bizim üçün çox çətindir. Çünki bütün uşaqlığımız, gəncliyimiz orada keçib. Bütün xatirələrimiz o torpaqla bağlıdır. O günləri heç cür unutmaq olmaz. Biz ora qayıtmalıyıq. Bu, bizim qarşımıza qoyduğumuz tarixi borcumuzdur. Elə köçlər çox olub. Tarixi ədələt öz yerini tutacaq və biz öz doğma torpaqlarımıza qayıdacağıq. Biz qayıdacağıq ki, öz nəslimizi orada davam etdirək. Bizim oradakı olan izlərimiz itməsin, silinməsin. Bizim tarixi köklərimiz o torpaqla bağlıdır".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: "Ermənilərin ən böyük cinayəti 1905-ci ildə "Cəngi soyqırımı" olub"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Dekabr 2024 01:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri