Icma.az
close
up
RU
Ermənistan ABŞ ın anti İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

Ermənistan ABŞ ın anti İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

ABŞ-Ermənistan Strateji tərəfdaşlıq sazişinin təhlükəli nəticələrindən biri Ermənistanın ABŞ liderliyində "AntiİŞİD koalisiyasına" qoyulmasıdır. Yeni və diqqətçəkən hadisədir.

Məlumdur ki, İŞİD- lə ABŞ koalisiyasının müharibəsi hələ 2013- 14-cü illərdən əsasən Suriyada başlayıb. Bəs Ermənistan bu müddətdə koalisiyaya niyə qoşulmurdu? İŞİD-ə qarşı mübarizəyə niyə məhz indi qoşulmaq lazım gəldi? Heç təsadüf bir şey yoxdur.Hər şey Ermənistan və dostları tərəfindən düşünülüb.ABŞ 2013- 2017-ci illərdə Suriyada guya İŞİD-lə (guya demıyimin səbəbi var, ancaq başqa yazının mövzusudur) mübarizə edəndə, Ermənistan o zamankı müttəfiqi Rusiya ilə birlikdə olduğunu qabartmaq üçün Suriyada Rusiya silahlı qüvvələrinin sırasında "Sülhyaratma əməliyyatlarında" iştirak edirdi. Oraya bir batalyon da göndərmişdi. Həm Rusiya ilə birlikdə olduğunu göstərirdi, həm Əsəd qardaşının mübarizəsinə dəstək verirdi, həm Suriyada erməni diasporunu "obrobotka" eliyirdi, həm də Qarabağda döyüşmək üçün Suriya və Livandan könüllülər toplayırdı.Axı o zaman hələ Qarabağ onların əlində idi..

Bəşər Əsədin bədheybət rejimi devriləndən sonra Ermənistanın Suriya taktikası dəyişdi.Elə Rusiya taktikası da dəyişdi.Əvvəlcə Suriyada Rusiyanın hesabına öz mövcudluğunu və iştirakını təmin edirdi. Əsəd devriləndən və Rusiya Suriyadan çıxarılandan sonra Ermənistan bu dəfə Suriyaya ABŞ- ın qoltuğunda getmək yolu tutdu.Bu da əslində Rusiyaya açıq xəyanətin bir formasıdır.

Çünki ABŞ- ın İŞİD- lə müvarizəsi hələ Suriya ərazisində xeyli davam edəcək. O vaxta qədər ki, İran rejimi ilə onun ərazisində müharibə başlayacaq.Təsadüfi deyil ki, Ermənistan anti-İŞİD koalisiyasına qoşulmaq qərarını Blinkenin belə bir bəyanatından sonra verdi- İŞİD terroru ilə mübarizə davam etdikcə ABŞ Suriyada qalacaq.

Demək, Ermənistanın anti-İŞİD koalisiyasına qoşulması bir neçə məqsəd güdür:

1.ABŞ- la strateji birliyi möhkəmləndirmək.

2.Suriya kimi geosiyasi əhəmiyyətli bölgədə qalmaq.

3 .Suriyada erməni diasporuna yaxın olmaq.

4 .Suriyada Türkiyə- Azərbaycan tandeminin fəaliyyətinə əks mövqe tutmaq.

5 .ABŞ- ın strateji anti- İran hazırlıqlarında yer almaq.

6 .Fransanın Suriyadakı tarixi maraqlarına gizli lobbiçilik etmək.

7.PKK terroru və kürd separatizmilə daha yaxın təmas imkanlarına sahib olmaq...

8.Özü barədə dünyada artıq yaranmış olan " terrorçu dövlət" imicindən sığortalanmaq..

Görürsünüzmü, hər şey necə də Azərbaycanın və Türkiyənin əleyhinə hesablanıb....

Aydın Quliyev,

"Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Yanvar 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri