Icma.az
close
up
RU
“Ermənistan Aİ nin təşviqi ilə növbəti strateji risklərlə üzləşməli olacaq” Deputat

“Ermənistan Aİ nin təşviqi ilə növbəti strateji risklərlə üzləşməli olacaq” Deputat

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

“Ermənistan Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə yeni bir mərhələ yaratmağa cəhd göstərir. Belə görünür ki, Avropa İttifaqı ölkələri də bu məsələdə maraqlıdırlar”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Aİ-Ermənistan strateji gündəliyi barədə danışarkən deyib.

Deputat bildirib ki, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Brüsselə səfəri zamanı Aİ və Ermənistan arasında münasibətlər ümumi tərəfdaşlıq səviyyəsindən strateji gündəlik səviyyəsinə qədər qaldırıldı:

“Adı strateji gündəlik olmasına baxmayaraq, bu, əlbəttə ki, strateji tərəfdaşlıq istiqamətində atılan addım kimi qiymətləndirilməlidir. Amma bunun üçün görünür, Ermənistanın üzərində xeyli öhdəliklər qoyulacaqdır. Çünki Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas dedi ki, Ermənistanın xarici siyasətinin yalnız 37 faizi qurumun mühüm bəyanatları və rəsmi mövqeləri ilə üst üstə düşür. Eyni zamanda, Kallas Ermənistanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırdı. Bu, Ermənistan üçün çox çətin və çox təhlükəli bir çağırışdır. Çünki Ermənistan Avropa İttifaqının təşviqi ilə növbəti strateji risklərlə üzləşməli olacaqdır. Ona görə də düşünürəm ki, hələlik bu strateji gündəm Ermənistanda parlament seçkiləri keçirilənə qədər sadəcə kağız üzərində qalacaq”.

Deputat əlavə edib ki, real addımlar atmaq üçün öz hakimiyyətinin son aylarını yaşayan Paşinyan komandasının belə təhlükəli addımlar atacağını proqnozlaşdırmaq olmaz:

“Aİ bu ölkədə seçkilərin keçirilməsi ərəfəsində mümkün informasiya və dezinformasiya təxribatlarına qarşı 15 milyon avro yardım ayırdı. Kallas açıq şəkildə ifadə etdi ki, seçki öncəsi mərhələdə Moldovada edilənləri Rusiya Ermənistanda da etmək fikrindədir. Əlbəttə ki, dəqiq məlumatlar və mənbələr olmasa, Kaya Kallas belə bəyanat verməzdi. Ancaq 15 milyon avronun bu təxribatların qarşısının alınması üçün nə qədər yetərli olması da düşünürəm ki, mübahisə edilə bilər. Nəticə etibarilə 15 milyonla belə təxribatların qarşısının alınması çox çətin görünür. Amma bütün hallarda atılan addımlar Paşinyan komandasına seçki öncəsi dəstək kimi də xarakterizə oluna bilər. Çünki Ararat Mirzoyan görüşdən dərhal sonra dedi ki, bu münasibətləri Ermənistan vətəndaşları üçün Avropaya səyahətdə və Avropa ölkələri ilə münasibətdə konkret nəticələrə gətirmək lazımdır. Bu, təşviqdir. Yəni Ermənistan seçicisi Avropaya getmək-gəlmək, əlaqələr yaratmaq baxımından müəyyən güzəştlər əldə edərsə, əlbəttə ki, o, Paşinyana səs vermək haqqında ehtimal olunan qərarı qəbul edə bilər”.

Zəngəzur dəhlizi ilə bağlı Aİ-nin son bəyanatlarını şərh edən H.Babaoğlu deyib ki, Azərbaycan da Avropa İttifaqını Zəngəzur dəhlizi – Tramp marşurutu üzrə əməkdaşlığa dəvət edib. Avropa İttifaqının özündə də belə meyllər var. Onun sözlərinə görə, bu, Ararat Mirzoyanla da müzakirə olunan, amma bir qədər arxa fonda qalan bir məsələni də aktuallaşdır. Avropa İttifaqı Azərbaycan-Ermənistan-Türkiyə arasında dəhlizlə bağlı ayrıca müzakirlərin keçirilməsi gündəliyini də yarada bilər.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Dekabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri