Icma.az
close
up
RU
Ermənistan Aİİ və KTMTdan qovulur: İqtisadiyyatı çökəcək, “təhlükəsizlik çətiri”ni itirəcək

Ermənistan Aİİ və KTMTdan qovulur: İqtisadiyyatı çökəcək, “təhlükəsizlik çətiri”ni itirəcək

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paşinyan hakimiyyəti ABŞ-la strateji tərədaşlığı və Avropa Birliyinə üzvlük cəhdlərini Ermənistan cəmiyyətinə nə qədər cəlbedici proseslər olaraq, təblig etməyə çalışsa da, Rusiyanın mümkün əks reaksiyaları rəsmi İrəvanı əsl fəlakətlər üzləşdirə bilər... Kreml Avropa Birliyinə üzvlük niyyəti olan Ermənistanın Aİİ-nin tərkibində qalmasının yolverilməzliyini bəyanlayıb, indisə, Ermənistanın KTMT-dan rəsmən kənarlaşma ehtimalı gündəmə gəlməyə başlayıb, yəni, rəsmi İrəvan həm iqtisadi-ticari bazarları, həm də yeganə təhlükəsizlik sistemini eyni vaxtda itirmək üzrədir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ermənistanın xarici siyasətinin Rusiyaya münasibətdə ifrat şəkildə radikallaşması artıq Kremldə ciddi əsəb gərginliyi yaratmağa başlayıb. Halbuki, Kreml Ermənistana münasibətdə kəskin əks reaksiyaların verilməsində də tərəddüdlü davranır. Belə ki, Rusiya siyasi dairələri hələlik cavab addımlarının doğura biləcəyi neqativ nəticələr barədə rəsmi İrəvana sərt xəbərdarlıq mesajları verməklə kifayətlənirlər. Və buna paralel olaraq, Ermənistanın son davranışları Rusiyaya açıq xəyanət prosesi olaraq, dəyərləndirilir.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Paşinyan hakimiyyətinin Rusiyanın geopolitik maraqlarına zərbə xarakteri daşıyan addımları bir-birini ardıcıl olaraq, əvəzləməkdədir. Belə ki, bir müddət öncə Paşinyan hakimiyyəti Ermənistanın Avropa Birliyinə üzvlük niyyətini ifadə edən sənədi parlamentdə təsdiqlətmişdi. Bu, rəsmi İrəvanın Rusiya prezidenti Vladimir Putinə həbs qərarı vermiş Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq barədə sənədin təsdiqlənməsindən sonra Kremli qıcıqlandıra biləcək növbəti siyasi zərbə deməkdir. Və Rusiyanın buna reaksiyası hələlik xəbərdarlıq səviyyəsindən uzağa getməyib.

Məsələ ondadır ki, Rusiya baş nazirinin müavini Overçuk rəsmi İrəvanı Ermənistanın Avropa Birliyinə üzvlük niyyəti üzrə addımlarını çox diqqətlə ölçüb-biçməyə çağırıb. Onun dediyinə görə, Kreml rəsmi İrəvanın bu addımını Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasına yönəlik prosesinə start verilməsi kimi dəyərləndirir. Və Rusiya tezliklə buna adekvat cavab addımları atmaq məcburiyyətində qala bilər.

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Avropa Birliyi və Avrasiya İqtisadi İttifaqının tamamilə fərqli iqtisadi-ticari sistem üzrə fəaliyyət göstərdiyini qabardıb. O, rəsmi İrəvana həm Avropa Birliyinə üzv qəbul olunmaq cəhdlərini göstərib, həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) tərkibində qalaraq, mövcud iqtisadi-ticari güzəştlərdən faydalanmağın mümkün olmayacağını xatırladıb. Və dolayısı ilə Paşinyan hakimiyyətindən bu iki qurumdan birinin xeyrinə prinsipial seçim olunmasını tələb edib.

Belə anlaşılır ki, Avropa Birliyinə üzvlük kursu davam etdiriləcəyi təqdirdə, Ermənistan Avrasiya İqtisadi İttifaqını tərk etmək məcburiyyətində qalacaq. Hətta rəsmi İrəvan bundan yayınmağa çalışsa belə, Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqından qovulmasına nail olmaq niyyətini gizlətmir. Ona görə də, indi Ermənistanın xüsusilə də, müxalif siyasi dairələrində olduqca ciddi narahatlıq hökm sürür.

Erməni siyasətçi-biznesmen Qarik Tsarukyan Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə, üzləşəcəyi böhranın ölkəni böyük fəlakətə sürükləyə biləcəyini vurğulayıb. Onun fikrincə, Paşinyan hakimiyyəti Ermənistanı heç kimin dəvət etmədiyi və gözləmədiyi Avropa Birliyinə üzv etmək ideyasını rəsmiləşdirməklə, ölkənin gələcək taleyini böyük riskə atıb. Və bu risk yalnız bütövlükdə Ermənistanı deyil, həm də ölkənin hər bir vətəndaşını ayrı-ayrılıqda təhdid edir.

Qarik Tsarukyan xatırladıb ki, Ermənistanın Aİİ ölkələri ticarət dövriyyəsi 2024-cü ildə artaraq, 10 milyard dollara çatıb. Paşinyan hakimiyyətinin indi atdığı düşünülməmiş addımlar isə bu sərfəli və alternativsiz ixrac-idxal bazarlarını Ermənistanın üzünə qapada bilər. Erməni siyasətçi-biznesmenin fikrincə, Avropa Birliyinə üzvlüklə bağlı perspektivi qeyri-müəyyən olan danışıqlar prosesi onilliklər boyu davam edə bilər. Ancaq Ermənistan üçün alternativsiz iqtisadi-ticari platforma olan Aİİ-yə mövcud üzvlüyün qazandırdığı idxal-ixrac bazarları qısa müddətdə əlçatmaz olacaq. Və o, rəsmi İrəvana Ermənistanın ehtiyacı olan enerji resurslarının da məhz Rusiyadan ucuz qiymətə alındığını unutmamağı məsləhət görüb.

Digər tərəfdən, rəsmi İrəvanın ABŞ-Ermənistan strateji tərəfdaşlıq müqaviləsini imzalaması da müxalif siyasi dairələrdə ciddi narahatlıqlara yol açıb. Ermənistanın xüsusi xidmət servisinin keçmiş rəhbəri Artur Vanetsyan bu sənədi növbəti “qorxunc fəlakətə açıq çağırış” kimi dəyərlənidirb. Onun fikrincə, Paşinyan hakimiyyəti öz avantürist xarici siyasət jursu ilə Ermənistanı israrla uçuruma doğru sürükləməkdə davam edir. Və tezliklə Rusiyanın verə biləcəyi reaksiyalar Ermənistan üçün sarsıdıcı xarakter daşıya bilər.

Erməni müxalif siyasətçi hesab edir ki, Paşinyan hakimiyyətinin növbəti addımı məhz Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsi barədə ola bilər. Çünki ABŞ-ın strateji tərəfdaşının KTMT-nın rəsmi üzvü olaraq, qalması sadəcə, mümkün deyil. Üstəlik, son vaxtlar KTMT-da fəaliyyətini tamamilə dayandırmış Ermənistanın bu qurumda qalmaqda davam etməsinə Rusiya da imkan verməz. Və bu baxımdan, Ermənistanın könüllü, yaxud məcburi olaraq, KTMT-nı rəsmən tərk etməsi qaçılmaz olacaq.

Göründüyü kimi, Paşinyan hakimiyyəti ABŞ-la strateji tərədaşlığı və Avropa Birliyinə üzvlük cəhdlərini Ermənistan cəmiyyətinə nə qədər cəlbedici proseslər olaraq, təblig etməyə çalışsa da, Rusiyanın mümkün reaksiyaları ermənilərin əhval-ruhiyyəsini ciddi şəkildə korlaya bilər. Belə ki, Kreml Avropa Birliyinə üzvlük niyyəti olan Ermənistanın Aİİ-nin tərkibində qalmasının yolverilməz olduğunu artıq birmənalı şəkildə bəyanlayıb. İndisə, Ermənistanın KTMT-dan rəsmən kənarlaşma ehtimalı rəsmən gündəmə gəlməyə başlayıb. Və bu o deməkdir ki, Ermənistan tezliklə həm iqtisadi-ticari bazarları, həm də yeganə “təhlükəsizlik çətiri”ni də eyni vaxtda itirə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Yanvar 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri