Ermənistan Azərbaycana şəkər tozu satacaq? KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan mətbuatı ölkənin şəkər bazarında baş verən son yeniliklərlə bağlı sensasiyalı iddia ilə çıxış edib. İddialara görə, Azərbaycanın Ermənistan şirkətlərindən birindən böyük həcmdə şəkər idxal edəcəyi gözlənilir.
KONKRET.az xəbər verir ki, Ermənistanın iqtisadi nəşrləri və müxalif mediası hökumətin son qərarlarını bu kontekstdə tirajlamağa başlayıb.
Məlumata görə, Avrasiya İqtisadi Komissiyası Ermənistana cari il üçün 20 min ton şəkər xammalını gömrük rüsumu ödəmədən idxal etmək icazəsi verib.
Rəsmi İrəvan bu kvotanın daxili bazarda qiymət artımının qarşısını almaq məqsədilə ayrıldığını bildirsə də, erməni ekspertlər bu həcmin bir hissəsinin ticarət kanalları vasitəsilə regionun digər ölkələrinə, o cümlədən Azərbaycana yönələ biləcəyi ehtimalını irəli sürürlər.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan mətbuata açıqlamasında Azərbaycanla birbaşa ticarət əlaqələrinin qurulması barədə sualları cavablandırarkən bildirib ki, hazırda hüquqi müstəvidə buna mane olan konkret qadağa yoxdur. Lakin nazir 20 min tonluq partiyanın taleyi ilə bağlı detalları açıqlamaqdan yayınıb.
Xatırlatma: 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan 42 512,15 ton şəkər ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,65 dəfə çoxdur.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə şəkər ixracı 27 904 000 dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,53 dəfə çoxdur.
Bu ilin yanvar-mart aylarında şəkər ümumi ixracın 0,52%-ni, qeyri-neft ixracının isə 3,24%-ni təşkil edib.
2025-ci ilin yanvar-mart aylarında Azərbaycan 6 160,31 min dollar dəyərində 9 128,85 ton şəkər ixrac edib.//yenisabah
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 17 Aprel 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















