“Ermənistan bölgəyə hərbi kontingent gətirmək niyyətindədir”
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ermənistan yarımçıq sülh arzusundadır. Bu, İrəvana görüntü yaratmaq üçün lazımdır”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, belə bir görüntü Ermənistana öz təxribatlarını davam etdirmək üçün lazımdır:
“Ermənistan istəyir ki, yarımçıq sülh əldə edərək taktiki addımlar atsın. Çaxnaşma salaraq bildirsin ki, guya Azərbaycan qaydaları pozur, “sülhün” şərtlərinə əməl etmir.
Bu gün Ermənistanın Azərbaycanla şərti sərhəddində Avropa İttifaqının missiyası fəaliyyət göstərir. Hesab edirəm ki, Ermənistanın məqsədi bölgəyə hərbi kontingent gətirməkdir. İrəvan Fransa, ABŞ, Kanada və s. kimi dövlətlərin nmayəndələrindən ibarət belə bir kontingentin bölgəyə gəlişinin arzusundadır. Ancaq aydındır ki, Azərbaycan belə bir oyunbazlığa rəvac verməyəcək”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 10 Dekabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















