Icma.az
close
up
RU
Ermənistan bu fürsətdən istifadə etməyi bacarmadı

Ermənistan bu fürsətdən istifadə etməyi bacarmadı

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Ermənistanın COP29-da iştirak etməməsi rəsmi Bakının problem deyil. Bu məsələ Ermənistan tərəfini düşündürməli və narahat etməlidir. Baxmayaraq ki, qarşı tərəfin işğalçılıq siyasəti üzündən iki ölkə arasında uzun illərdir ki rəsmi diplomatik əlaqələr yoxdur, lakin Azərbaycan BMT-nin şəffaflıq və inklüzivlik prinsiplərinə sadiq qalaraq Ermənistanı da bu mötəbər iqlim sammitinə dəvət etmişdi.

Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.

Yeri gəlmişkən, Prezident İlham Əliyev də COP29-da iştirak etmək üçün Bakıya gələn Belçikanın Baş naziri Aleksandr De Kro ilə görüşdə bu məqama aydınlıq gətirdi.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib, lakin bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistan hakimiyyətinin öz qərarından asılıdır.

Ə.Hüseynov qeyd edib ki, Ermənistan nümayəndə heyətinin COP29-a gəlməməsi rəsmi İrəvanın iç üzünü açır və bir daha onun səmimiyyətsizliyini ortaya qoyur. Görünən budur ki, Ermənistana COP29-da iştirak etməyə ağaları icazə verməyib. Təbii ki, burada söhbət ilk növbədə Fransadan və Avropa İttifaqının (Aİ) ermənipərəst rəhbərliyindən gedir:

"Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan bilavasitə Fransa prezidenti Emmanuel Makrondan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borreldən aldıqları məkrli göstərişlər, direktivlər əsasında hərəkət edirlər.

Ermənistan rəhbərliyinin müstəqil siyasət yürütməməsi sülh sazişi üzrə danışıqlar prosesini də zərbə altında qoyur. COP29-a qatılmağa cəsarəti və siyasi iradəsi çatmayan Ermənistan sülh prosesində də qətiyyətsizlik göstərir. Rəsmi İrəvan Bayden administrasiyasının dəstəyi ilə COP29 tədbirindən Azərbaycan və Ermənistan arasında tələm-tələsik, yarımçıq sülh müqaviləsinin bağlanması üçün fürsət kimi istifadə etməyə çalışırdı. Lakin Azərbaycanın “yarımçıq sülh” konseptinə neqativ münasibəti Ermənistan tərəfinin planlarını pozdu. Azərbaycan tam və dayanıqlı sülhün tərəfdarıdır. Və son bir ildə məhz Azərbaycan tərəfinin ardıcıl, qətiyyətli mövqeyi sayəsində Ermənistanla Azərbaycan arasında fəal danışıqlar aparılıb, ciddi irəliləyişlər əldə edilib, o cümlədən sərhədlərin delimitasiyası istiqamətində mühüm addımlar atılıb".

O, vurğulayıb ki, lakin qarşıda görüləcək hələ çox iş var. Təəssüf ki, erməni tərəfi rəsmi Bakının sülh müqaviləsinin mətni ilə bağlı təkliflərinə vaxtında cavab vermir. Həmçinin Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbimiz də yerinə yetirilməmiş qalır:

"Bir sözlə, İrəvan süni surətdə prosesi yubadır. Beləliklə, bu cür süni gecikdirmə kontekstində Cənubi Qfqazda sülh və sabitliyin bərqərar olması da gecikir. Bu isə Ermənistanın özü üçün zərərli olsa da, lakin onun havadarlarının bölgədəki geosiyasi maraqlarına cavab verir. Ermənistan nümayəndə heyətinin COP29-a gəlməməsi isə bu ölkənin saxta “sülh göyərçini” obrazını da alt-üst etdi. COP29-a qatılmaq Ermənistanın gerçək sülhdə maraqlı olduğunu təsdiqləyə bilərdi. Lakin Ermənistan bu fürsətdən istifadə etməyi bacarmadı. Azərbaycan isə öz mövqelərini daha da gücləndirmək imkanı qazandı. COP29-dan sonra sülh danışıqlarının yeni mərhələsinə də məhz Azərbaycanın diktəsi ilə start veriləcək".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Noyabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri