Ermənistan bu ölkələr üçün viza qaydalarını dəyişdi
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanda Hindistan, İraq və Misir vətəndaşlarının elektron viza alması asanlaşdırılıb.
Axar.az xəbər verir ki, bu barədə müvafiq qərar Ermənistan hökumətinin 8 oktyabrda keçirilən iclasında qəbul edilib.
Xüsusilə, qeyd olunan ölkələrin vətəndaşları üçün 2024-cü ildə tətbiq edilən və elektron viza almaq üçün turist sığortası və digər sənədlərin təqdim olunmasını nəzərdə tutan əlavə tələblər ləğv edilib.
Qeyd olunub ki, əvvəllər tətbiq edilən əlavə tələblər Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş viza güzəştlərinin hərtərəfli tətbiqinə mane ola bilər.
Qərarın qəbul edilməsi COP17 konfransında və onunla əlaqədar tədbirlərdə iştirak etmək üçün oktyabrın 8-dən 30-dək Ermənistana gələn xarici vətəndaşların (viza rejiminin tətbiq olunduğu şəxslər) dövlət rüsumundan azad edilməsini təmin edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 08 Oktyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















