Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Ermənistan çıxılmaz durumda Paşinyanın ümidi yenə Bakıya qaldı...

Ermənistan çıxılmaz durumda Paşinyanın ümidi yenə Bakıya qaldı...

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın uzun illər təhlükəsizlik və enerji sahəsində əsas dayağı hesab etdiyi Rusiya ilə münasibətlərində yaranan çatlar artıq konkret nəticələr verməyə başlayıb.
İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi, Moskva ilə siyasi münasibətlərin gərginləşməsi və alternativ enerji mənbələri axtarışının gözlənilən nəticəni verməməsi Ermənistanın qarşısında ciddi suallar yaradıb. Xüsusilə təbii qaz məsələsində İrəvanın qarşısında kifayət qədər mürəkkəb mənzərə yaranıb.
Ermənistan KTMT-də səsvermə hüququnun itirdi
Noyabrın 11-də Moskvada keçirilən KTMT sammitində Ermənistanla bağlı mühüm qərar qəbul edilib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına görə, Ermənistan təşkilatda səsvermə hüququndan, eləcə də KTMT-nin məsul vəzifələrinə öz nümayəndələrini təyin etmək imkanından məhrum edilib.
İrəvanın 2024-cü ildən etibarən KTMT-də iştirakını dondurması və üzvlük ödənişlərini həyata keçirməməsi bu qərarın əsas səbəbidir.
Əslində, Ermənistanın təşkilatla münasibətlərinin bu həddə çatması gözlənilən idi. Çünki Paşinyan hökuməti uzun müddətdir KTMT-ni Ermənistanın təhlükəsizliyini təmin etməməkdə ittiham edir. Lakin İrəvanın alternativ təhlükəsizlik arxitekturası yaratmaq cəhdləri hələlik ölkənin strateji problemlərini aradan qaldırmayıb.
Üstəlik, KTMT-dən uzaqlaşmaq Ermənistanın Rusiya ilə bütün əlaqələrini dərhal kəsməsi demək deyil. Moskva hələ də Ermənistanın əsas iqtisadi və enerji tərəfdaşıdır.
İran da Ermənistanı ucuz qazla təmin etmək niyyətində deyil
Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq istiqamətində düşündüyü əsas alternativlərdən biri İrandır. Ancaq Tehranla əməkdaşlığın da İrəvanın gözləntilərini doğrultmayacağı aydın görünür.
Bunun bir neçə səbəbi var. İlk növbədə, İranın Ermənistana əlavə qaz nəql etmək imkanları məhduddur. Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin keçmiş müavini Akop Vardanyanın açıqlamasına görə, İranın qış aylarında Ermənistana gündəlik maksimum 2 milyon kubmetr qaz nəql etmək imkanı var. Halbuki soyuq mövsümdə Ermənistanın gündəlik qaz tələbatı 11-15 milyon kubmetrə çatır.
Digər mühüm məsələ qiymətdir. İran tərəfi Ermənistana Türkiyəyə satdığı qazdan daha ucuz qiymət təklif etmək niyyətində deyil. Türkiyəyə satılan İran qazının min kubmetrinin qiyməti təxminən 400 dollardır. Müqayisə üçün qeyd edək ki, Ermənistan Rusiyadan eyni həcmdə qazı 177,5 dollara alır. Belə olan halda İran qazının Rusiya qazını iqtisadi baxımdan əvəz etməsi Ermənistan üçün ciddi maliyyə yükü yaradacaq.
Bundan başqa, İranın özündə də xüsusilə qış aylarında qaz çatışmazlığı yaşanır. Ölkənin bank sisteminin beynəlxalq maliyyə əməliyyatlarında üzləşdiyi məhdudiyyətlər də qaz ticarətini çətinləşdirən amillərdəndir.
Rəqəmlər də Ermənistanın vəziyyətinin nə qədər mürəkkəb olduğunu göstərir. 2025-ci ildə ölkənin təbii qaz idxalının 82,4 faizi Rusiyanın, qalan hissəsi isə İranın payına düşüb. 2026-cı ilin ilk yarısında isə Rusiyanın payı 85,8 faizə yüksəlib. Deməli, İrəvanın siyasi bəyanatlarına baxmayaraq, enerji sahəsində Moskvanın yerini dolduracaq alternativ hələ formalaşmayıb.
Qərbdən və Hindistandan silah alan Ermənistanın təhlükəsizlik strategiyası
Ermənistan Rusiyadan hərbi asılılığını azaltmaq üçün də yeni tərəfdaşlar axtarır. Bu istiqamətdə Fransa və Hindistanla əməkdaşlıq xüsusi yer tutur.
2024-cü ildə Fransa ilə 36 ədəd "CAESAR" özüyeriyən artilleriya sisteminin alınması barədə müqavilə imzalanıb. Hindistanla hərbi əməkdaşlıq çərçivəsində isə "Pinaka" reaktiv yaylım atəş sistemləri, "Akash" hava hücumundan müdafiə kompleksləri və digər silahların tədarükü həyata keçirilib.
2026-cı ilin mayında yayılan məlumatlara görə, İrəvan Hindistandan "Akash-NG" hava hücumundan müdafiə sistemləri və "Pralay" raketləri almağı, həmçinin "Su-30SM" qırıcılarını müasirləşdirməyi planlaşdırır.
Bu proses Ermənistanın hərbi təminat mənbələrini şaxələndirmək siyasətinin tərkib hissəsidir. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) təhlilində də Fransanın və Hindistanın Ermənistanın yeni silah təchizatçıları kimi önə çıxması xüsusi vurğulanır.
Lakin burada mühüm bir məqam var. Silahların müxtəlif ölkələrdən alınması Ermənistanın təhlükəsizlik problemlərini avtomatik həll etmir. Hərbi texnikanın alınması, onun saxlanılması, texniki xidməti, sursat təminatı və vahid müdafiə sisteminə inteqrasiyası əlavə maliyyə və texnoloji imkanlar tələb edir.
Ermənistanın enerji təhlükəsizliyi üçün Azərbaycan alternativi
Mövcud vəziyyət Ermənistanın enerji siyasətində tamamilə yeni istiqamətə ehtiyac olduğunu göstərir. Bu istiqamət isə Azərbaycanla iqtisadi və enerji əməkdaşlığının qurulmasıdır.
Azərbaycanın regionda formalaşdırdığı enerji infrastrukturu, təbii qaz ehtiyatları və ixrac imkanları Ermənistan üçün də perspektivli əməkdaşlıq modeli yarada bilər. Üstəlik, bu, yalnız qaz idxalı məsələsi deyil. İkitərəfli ticarətin genişlənməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması və regional iqtisadi əlaqələrin qurulması Ermənistanın uzunmüddətli iqtisadi inkişafı üçün həyati əhəmiyyət kəsb edir.
Artıq Ermənistan tərəfi də bu reallığı etiraf etməyə başlayıb. Oktyabrın 29-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ölkəsinin Azərbaycandan təbii qaz və neft almaq imkanlarını nəzərdən keçirdiyini açıqlayıb. O, Ermənistanın Rusiya, İran və Azərbaycanla enerji təchizatı məsələlərini müzakirə etdiyini bildirib.
Doğrudur, ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin qurulması istiqamətində ilk addımlar atılıb. Ancaq bu əməkdaşlığın inkişafı üçün siyasi və hüquqi maneələr aradan qaldırılmalıdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və qarşılıqlı etimadın formalaşması əsas şərtlərdir.
İrəvan seçim etməlidir
Paşinyan iqtidarının qarşısında duran əsas şərt Ermənistan Konstitusiyada və digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların aradan qaldırılmasıdır.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasındakı mövcud istinadlar iki ölkə arasında yekun sülh sazişinin imzalanmasına maneə yaradır. Bu baxımdan İrəvanın konstitusion dəyişikliklərə getməsi və Azərbaycanla münasibətlərdə ərazi iddialarının olmadığını hüquqi müstəvidə təsdiqləməsi vacibdir.
Ermənistan hakimiyyəti bu məsələnin həlli üçün referenduma getməlidir. Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, gələn həftə yeni Konstitusiya layihəsi təqdim olunacaq. Üstəlik, Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılacağı bildirilib. Lakin sözügedən məsələyə hələ rəsmi münasibət bildirilməyib.
İstənilən halda, Rusiya ilə münasibətlərin pozulması və İrandan enerji nəqlində qeyd olunan əngəllər fonunda İrəvan qısa zamanda hərəkətə keçməlidir. Əks halda Ermənistanı iqtisadi baxımdan ciddi çətinliklər gözləyir.
Bizim.Media-nın analitik qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Noyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri