Icma.az
close
up
RU
Ermənistan danışır, lakin açmır: İrəvanın nəqliyyat açıqlamaları manipulyasiyadır ŞƏRH

Ermənistan danışır, lakin açmır: İrəvanın nəqliyyat açıqlamaları manipulyasiyadır ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistan və Azərbaycan arasında nəqliyyat yollarının açılması İrəvan üçün mühüm prioritetdir”.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Andi Badalyan deyib.

“Cənubi Qafqazda nəqliyyat infrastrukturunun blokdan çıxarılması Ermənistan üçün mühüm prioritet olub və belə də qalır. Məlum olduğu kimi, Ermənistan regional kommunikasiyalarla bağlı “Sülh qovşağı” layihəsini təklif edib və bu, artıq bir sıra beynəlxalq tərəfdaşlardan müsbət cavab alıb. Üstəlik, Ermənistan bu təşəbbüsə uyğun bir sıra həll yolları təklif edib ki, bu da bütün tərəflər üçün məqbul ola bilər. Həmçinin beynəlxalq tərəfdaşlar da vaxtaşırı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən iki ölkə arasında nəqliyyat infrastrukturunun blokdan çıxarılması ilə bağlı öz təkliflərini verirlər.

Regionun transsərhəd potensialını reallaşdıran faydalı nəticələrin əldə edilməsi məqsədilə bütün maraqlı tərəfdaşlarla müzakirələr davam etdirilir”, - diplomat bildirib.


Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Sherg.az-a deyib ki, Andi Badalyanın bu məsələdə səmimi olduğuna inanmaq çətindir:


"Ermənistanın son dövrlərdəki davranışları onun səsləndirdiyi bəyanatlarla üst-üstə düşmür. Əgər Ermənistan həqiqətən də regional əməkdaşlıqda maraqlı olsaydı və dediklərini əməli addımlarla sübut etmək istəsəydi, indiyədək Zəngəzur dəhlizi açılmış olardı. Halbuki bu günə qədər Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru nəqliyyat əlaqəsi bərpa olunmayıb. Bu, təkcə Azərbaycanın daxili əlaqəliliyinə deyil, ümumilikdə regionun iqtisadi inteqrasiyasına ciddi maneədir. Hazırda Ermənistanın iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasından və guya "Sülh qovşağı" adlı layihədən bəhs etməsi real vəziyyətlə ziddiyyət təşkil edir. Həmçinin daha çox görüntü xatirinə aparılan informasiya kampaniyasını xatırladır".


Analitik əlavə edib ki, bəzi beynəlxalq tərəfdaşlar tərəfindən bu ideyalara ilkin müsbət münasibət bildirilsə də, faktiki vəziyyət göstərir ki, bu, praktik olaraq heç bir nəticə vermir:

"Buna görə də Ermənistanın bu sahədə atdığı addımları səmimi və real əməkdaşlıq niyyəti kimi qəbul etmək çətindir. Əməli addımlar olmadıqca, istənilən bəyanat, Badalyan və digər rəsmi şəxslər tərəfindən səslənə bilər. Bu ictimaiyyətə yönəlmiş manipulyativ çıxışdan o tərəfə keçmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri