Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Ermənistan deportasiya cinayətini saxta faktlarla örtbasdır edir

Ermənistan deportasiya cinayətini saxta faktlarla örtbasdır edir

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Ermənistan deportasiya cinayətini saxta faktlarla ört-basdır etməyə çalışır. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan 1988-ci ildə azərbaycanlıların sonuncu deportasiyasına dair verdiyi bəyanatda azərbaycanlıların Ermənistandan qovulması ilə bağlı faktları saxtalaşdırıb. O, hadisələri təhrif edərək guya deportasiya zamanı azərbaycanlılara kompensasiya ödənildiyini və onların könüllü şəkildə ərazilərini tərk etdiklərini bildirib.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Beyin Mərkəzləri Platformasında” dərc olunan analitik yazıda yer alır.

Məaqlədə bildirilir ki, yaxın keçmişin hadisəsi olan sonuncu deportasiya ilə bağlı xarici işlər nazirinin dedikləri tarixi faktlarla ziddiyyət təşkil edir. Belə ki, Cənubi Qafqaza köçürülmə və məskunlaşdırma siyasətinin əsas iştirakçılarından olan ermənilər azərbaycanlıların tarixi torpaqlarında yerləşəndən sonra onları min illər boyu yaşadıqları doğma torpaqlarından qovub, kütləvi köç və qətllərin törədilməsində xüsusi fəallıq göstəriblər.

"Bu çərçivədə 1948-1953-cü illərdə 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi surətdə qovulub. 1987-1991-ci illərdə isə azərbaycanlıların tarixi-etnik torpaqlarından sonuncu deportasiyası nəticəsində 250 mindən artıq soydaşımız dədə-baba torpaqlarını zorla tərk etmək məcburiyyətində qalıblar. Bu, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın “Yerkpara” terrorçuları qarşısında 1993-cü ildə etdiyi çıxışın bu yaxınlarda yayılan videosundan da məlum oldu. Tarixi Azərbaycan torpaqlarının işğalını “600 illik problemin həlli” kimi xarakterizə edən Ter-Petrosyanın bu yanaşması orada mövcud olan irqçi-şovinist ideologiyasının hələ də davam etdiyini göstərir. Çünki onun şovinist fikirlərini Ararat Mirzoyanın bəyanatları davam etdirir.

Ermənistanın xarici işlər nazirinin guya azərbaycanlıların könüllü surətdə öz ərazilərindən çıxması, dövlətin onlara konpensasiya ödəməsi ilə bağlı dedikləri də yalandır. Bununla əlaqədar o dövrə dair çoxlu tarixi sübutlar mövcuddur. 1987-1991-ci illərdə azərbaycanlıların Ermənistandan sonuncu deportasiyası kütləvi hücumlar, erməni silahlı dəstələrinin azərbaycanlıların evlərini dağıtması, onların yaşadığı ərazilərdən zorla çıxarılması ilə müşayiət olunurdu. Hətta kütləvi hücumlar nəticəsində 200-dən çox azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdi. Həmin dövrdə beynəlxalq təşkilatlar və müstəqil müşahidəçilər məcburi deportasiya və zorakılıq hallarını sənədləşdiriblər.

Ona görə də Ararat Mirzoyanın azərbaycanlılara hər hansı kompensasiyanın ödənilməsi iddiası saxtadır. O dövrün dövlət strukturları, heç bir halda deportasiya olunan insanlara kompensasiya ödəməyib. Aksiyalar, cinayətkar hücumlar və zorakılıqlar nəticəsində milyonlarla insan evini tərk etməli olub, heç kim öz evinə qayıda bilməyib. Bu baxımdan Ermənistan hökumətinin bu məsələləri inkar etməsi və azərbaycanlıların tərk etdiyi torpaqları könüllü olaraq tərk etdiklərini bildirməsi beynəlxalq ictimaiyyətə qarşı açıq təhrifdir.

Ermənistan hakimiyyətinin bu cür bəyanatlar verməsinin arxasında yalnız tarixə qarşı saxtakarlıq deyil, həm də konkret strateji məqsəd durur. Son illərdə Qərbi azərbaycanlılar, xüsusilə də 1988-ci ildə Ermənistandan qovulan soydaşlarımız təşkilatlanmağa başlayıb. Bu təşkilatlanma elə ilk gündən tarixi ədalətin və itirilmiş hüquqların bərpası ilə bağlı Ermənistan hakimiyyətinə qarşı ciddi təzyiq mexanizminə çevrilib.

Ermənistandakı siyasi hakimiyyət isə bu təşkilatlanmanın gələcəkdə onlar üçün yaradacağı problemləri hiss etməyə və görməyə başlayıb. İndi onların əsas vəzifələrindən biri bu təzyiqləri zəiflətmək və beynəlxalq səviyyədə Ermənistanın təcavüzkar hərəkətlərini ört-basdır etməyə yönəlib. Ona görədir ki, Ermənistan rəsmiləri belə saxta bəyanatlar verərək özlərini vəziyyətdən çıxarmağa, Ermənistan qarşısında müdafiə kordonu qurmağa çalışırlar. Lakin bütün hallarda bu cür manipulyasiyalar beynəlxalq hüququn və ədalətin tələbləri ilə ziddiyyət təşkil edir və əslində Ermənistanın öz günahlarını ört-basdır etmək cəhdindən başqa bir şey deyil", -deyə yazıda qeyd olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:283
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 09 Yanvar 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see516

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see385

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see379

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see370

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see348

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see347

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see301

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see283

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see256

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see247

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see245

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see237

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see233

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see229

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see222

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see215

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see197

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see194

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see180

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri