Icma.az
close
up
RU
Ermənistan dövlətçiliyinin itirilmə təhlükəsi Müttəfiqlərin İrəvana hərbi dəstəyi davam edir KONKRET

Ermənistan dövlətçiliyinin itirilmə təhlükəsi Müttəfiqlərin İrəvana hərbi dəstəyi davam edir KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Ermənistan rəhbərliyi  İrəvana silah tədarükü üçün yeni tərəfdaşlar axtarışını davam etdirir. Hazırda Ermənistana əsas silah tədarükçüləri Fransa və Hindistandır. Amma düşmən ölkə Yunanıstan və Kiprlə də  hərbi əməkdaşlıq barədə saziş imzalayıb. Hələ ötən il  Ermənistanın müdafiə naziri Suren Papikyan Afinada Yunanıstan Müdafiə Nazirliyi ilə hərbi-texniki əməkdaşlıqla bağlı razılığa gəlmişdi. İndi də Yunan Kipri bu müqaviləyə qoşulub.

Qeyd edək ki, Ermənistan-Yunanıstan hərbi razılaşması iki ölkə arasında  təmasları xeyli intensivləşdirib. Bu ilin fevralında Nikol Paşinyanın Afinaya səfərindən sonra Yunanıstanın müdafiə naziri Nikolaos Dendias İrəvana gəlib və bəyan edib ki, Afinanın Ermənistana hərbi dəstək vermək üçün Fransa və Hindistanla birgə fəaliyyət göstərməsini istisna etmir. O, çoxtərəfli hərbi əməkdaşlığa toxunaraq Fransa, Yunanıstan, Kipr və Hindistanı Ermənistanın hərbi strateji tərəfdaşı adlandırıb: “Kiprlə uğurlu üçtərəfli müdafiə tərəfdaşlığımız var. Amma Fransa və Hindistanla üçtərəfli, dördtərəfli tərəfdaşlıq da mümkündür. Bunlar  Ermənistan və Yunanıstanın ortaq dostlarıdır”, – deyə Dendias Papikyanla birgə mətbuat konfransında bildirib. O, dördtərəfli hərbi ittifaqın yaradılması perspektivinə toxunub. Ermənistanı hərbi sahədə dəstəkləyən ölkələrin çoxalması Cənubi Qafqazda sülhü təhlükə altına alır. Bu ilin əvvəlində Ermənistanın müdafiə naziri Suren Papikyan İctimai Televiziyaya müsahibəsində Ermənistanın silah tədarükü sahəsində ciddi uğur qazandığını demişdi:  “Bu prosesdə biz həm də böyük fövqəldövlətlər və digər dost ölkələr səviyyəsində yeni tərəfdaşlar əldə etmişik. Söhbət Fransa və Hindistandan gedir, amma hələlik danışmaq istəmədiyim digər tərəfdaşlar da var”, – deyə Papikyan bildirmişdi.

Bu sözlər bir daha təsdiq edir ki, Ermənistan tərəfinin sülhə hazır olması ilə bağlı yalan bəyanatlarının əksinə olaraq, İrəvan fəal şəkildə silahlanır və qisasçı planlar qurur.

Digər məqam,  Ermənistana silah ixrac edən hər bir ölkənin  regionda  öz maraqlarının olması ilə bağlıdır. Məsələn, Fransa Ermənistanı yalnız Cənubi Qafqazda öz məqsədlərinə çatmaq üçün silahlandırır, xüsusən bu, Parisin Afrika ölkələrindəki siyasətinin biabırçı uğursuzluğundan sonra baş verir.  Hindistan Ermənistanı silahlandırmaqla həm də regionda öz geosiyasi məqsədlərini həyata keçirir, Pakistanla üz-üzə gəlməyə, Avropa və Avrasiya bazarlarına çıxışını genişləndirməyə çalışır. Paralel olaraq Hindistan Türkiyə ilə ciddi fikir ayrılıqları olan Yunanıstanla hərbi əməkdaşlığı genişləndirir. Hindistanın baş naziri Narendra Modinin 2023-cü ilin avqustunda Afinaya bir günlük rəsmi səfərini Hindistan mediası Kəşmir məsələsində Pakistanın maraqlarını dəstəkləyən  Türkiyə üçün, mühüm siqnal olacağını yazıb. Eyni zamanda, “Financial Express” qəzeti Hindistanın Türkiyə-Pakistan-Azərbaycan müttəfiqliyinə alternativ olaraq Ermənistan və Yunanıstanın iştirakı ilə yeni güc mərkəzi yaratmaq planların toxunub.

Yunanıstana gəlincə, yaxın vaxtlarda  Yunanıstanın “Enikos” portalı Afinanın “S-300” və Rusiya istehsalı olan digər silah sistemlərini  Ermənistana ötürə biləcəyi barədə məlumat yayıb. Ümumiyyətlə, Ermənistanın hərbiləşdirilməsi istər-istəməz Azərbaycanla yeni müharibəyə gətirib çıxara bilər. Bu barədə Bakı dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıq da edib. Prezident İlham Əliyev bu ilin aprelində ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycana Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı  bəyan etmişdi: “Biz oturub gözləyə bilmərik ki, Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırsın. Bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta bu yolla bizə nəyisə sübut etməyə çalışırlar. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və bu gün Ermənistan üçün narahatlıq nümayiş etdirən  tərəflərə çatdırdıq. Əgər özümüzə qarşı  təhlükə görsək, ciddi addımlar atılacaq”,- deyə dövlət başçısı xəbərdarlıq edib. İrəvan bu xəbərdarlığa qulaq asmalı və 4 il əvvəlki biabırçı məğlubiyyətindən dərs çıxartmalıdır. İrəvan anlamalıdır ki, sürətlə silahlanma onların sonunu gətirə və Ermənistan öz dövlətçiliyini birdəfəlik itirə bilər.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Dekabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see170

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see146

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri