Icma.az
close
up
RU
Zatulindən İrəvana SƏRT MESAJ: “Əgər Ermənistan Avropa İttifaqına daxil olsa…” KONKRET

Zatulindən İrəvana SƏRT MESAJ: “Əgər Ermənistan Avropa İttifaqına daxil olsa…” KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Ermənistan hökuməti ölkənin Avropa İttifaqına daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqlədiyi vaxtdan Moskva dəfələrlə İrəvanın hərəkətlərindən narazılıq ifadə edib. Məsələ Rusiya və Ermənistan XİN rəhbərlərinin Moskvada keçirilən görüşündə də müzakirə olunub.
Görünən odur ki, Rusiya Ermənistanı Aİİ və Aİ arasında seçimə məcbur edir. Bununla yanaşı, Moskva Paşinyana mesaj verir ki, Ermənistanın bu iki təşkilatda eyni vaxtda fəaliyyəti sadəcə mümkün deyil. Rusiya bununla bağlı dəfələrlə ayrı-ayrı yüksək çinli məmurların dilindən bəyanatlar da səsləndirib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk da eyni mövzuya toxunub və hətta jurnalistlərə bildirib ki, İrəvanın Avropa İttifaqına daxil olması onun Aİİ-dən çıxmasına səbəb ola bilər. Eyni zamanda bu addım ermənilər üçün Avrasiya bazarının bağlanması deməkdir:

“Burada həll yolu çox aydındır. Avropa İttifaqı ilə bazarların açılması Avrasiya İqtisadi İttifaqı ilə bazarların bağlanması deməkdir. Əks halda Avrasiya İqtisadi İttifaqındakı istehsalçılarımız zərər görəcək. Ermənistan üçün Aİ ilə idxal gömrük tariflərinin sıfırlanması avtomatik olaraq gömrük sisteminə qayıdış demək olacaq”, – Rusiyanın Baş nazirinin müavini qeyd edib.

KONKRET.az xəbər verir ki, bu mövzunu davam etdirən Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan mallarının ixracının 80% azalacağını proqnozlaşdırıb. İrəvanın Aİİ ölkələri ilə ticarət dövriyyəsini hətta ortamüddətli perspektivdə alternativ mənbələrlə əvəz etməyin mümkün olmadığını vurğulayıb. Rusiyalı diplomat 2015-ci ildən başlayaraq Ermənistandan ixracın əsasən Rusiya hesabına 10 dəfə artdığını da qeyd edib və xatırladıb ki, ötən il respublikanın təkcə Rusiya ilə ticarət dövriyyəsi 12 milyard dollara yaxınlaşıb:

“Ermənistandan nə Avropada, nə də ABŞ-də heç kim mal gözləmir. Gözləsəydilər, indiyə kimi alardılar. Doğurdan da bu qədər kömək etmək istəyirlərsə və erməni malları əvəzolunmazdırsa, niyə Ermənistanı yaxın buraxmırlar?”- deyə Zaxarova bildirib.

Moskvanın Ermənistana ünvanladığı qınaq xarakterli bəyanatlar göstərir ki, Rusiya hələ də İrəvanın Avropa istəklərinə düşmənçiliklə yanaşır. Ona görə də Moskvanın İrəvana təzyiqlərini davam etdirəcəyi şübhəsizdir. Moskva yaxşı bilir ki, onun Ermənistan üzərində Brüsseldən daha açıq üstünlüyü var. Birincisi, Ermənistan iqtisadi cəhətdən Aİİ-dən və bilavasitə Rusiyadan çox asılı olduğuna görə, bu təşkilatdan çıxacağı təqdirdə iqtisadi uçurumun astanasında qala bilər. Bunu 2024-cü il üçün Ermənistanla Rusiya arasında əmtəə dövriyyəsinin təqribən 12 milyard dollar təşkil edən rəqəmləri də aydın şəkildə təsdiq edir. Bu, Moskvanın əlində olan əsas arqumentdir.

İkincisi, Rusiya çox yaxşı başa düşür ki, Aİ heç də əl-qolunu açıb dilənçi kökündəki Ermənistanı gözləmir. Ermənistanın Aİ üzv olmaq perspektivi qeyri-müəyyəndir və ən İrəvan on illərlə Avropanın qapısında gözləməli olacaq. Yeri gəlmişkən, Ermənistan cəmiyyətinin indiki reallığı qiymətləndirməyə qadir olan bəzi təbəqələri də təxminən eyni fikirdədir. Ermənistanın Avropaya meyl etməsi Rusiyada erməni maraqlarının qızğın müdafiəçiləri tərəfindən tənqid edilir. Məsələn, onlardan biri, Konstantin Zatulin Ermənistanın Aİ ilə yaxınlaşması fonunda İrəvana mesaj göndərib.

Qatı ermənipərəst Zatulin bildirib ki, Ermənistan Avropa İttifaqına daxil olarsa, dərhal Avrasiya İqtisadi İttifaqını tərk etməlidir. İndi Moskvanın əsas vəzifəsi Ermənistan üzərində təsir rıçaqlarını saxlamaqdır. Bununla belə, Paşinyanın iki stulda oturmaq istəyini nəzərə alsaq, düşmən ölkə üçün Rusiya stul verməyəcək. Avropada isə Ermənistanı gözləmirlər. Deməli, dalan dövlətə çevrilən Ermənistan Cənubi Qafqazda yenə region dövlətlərinin ümidinə qalacaq və nəticədə Türkiyə və Azərbaycanın qapısına gələcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Fevral 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri