Icma.az
close
up
RU
Ermənistan getdikcə destruktiv mövqeyə daha çox yuvarlanır

Ermənistan getdikcə destruktiv mövqeyə daha çox yuvarlanır

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Prezident İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra sülh təşəbbüsünü irəli sürdü və Ermənistana təklif etdi ki, ölkələrimiz arasında tarixi ədalətə və beynəlxalq hüquqa söykənən sülh sazişi imzalansın. Qalib tərəfin 30 il ərzində hərbi təcavüz və işğalçılıq siyasətini yürüdən, sonda kapitulyasiya aktını imzalamağa məcbur olan məğlub tərəfə sülh təklif etməsi tarixdə çox nadir hadisədir. Azərbaycan Prezidenti bu təşəbbüsü irəli sürməklə qanlı münaqişəyə birdəfəlik son qoymaq və bütövlükdə Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirmək mövqeyinə sadiq olduğunu nümayiş etdirdi. Təəssüf ki, Ermənistan rəhbərliyi bu tarixi fürsəti adekvat səviyyədə dəyərləndirməyə tələsmir və oturuşmuş ənənəsini davam etdirərək hələ də manipulyasiya ilə məşğul olur, vaxt qazanmağa çalışır. Ermənistanın hücum silahları ilə silahlanma siyasətinə üstünlük verməsi ona dəlalət edir ki, Paşinyan hökumətinin sülhlə bağlı bəyanatları sözdən və simulyasiyadan başqa bir şey deyil.

Baş nazir N.Paşinyan Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığına dair bəyanatında səmimi olsaydı, Ermənistanın ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan konstitusiyasını və digər normativ-hüquqi aktlarını dəyişməyi problemə çevirməz və bununla bağlı diskomfort yaşamazdı. Əgər o, əvvəlki bəyanatlarında bildirdiyi kimi, özünü, həqiqətən, yalnız real Ermənistanın dövlət başçısı hesab etsəydi, yanvarın 31-də keçirdiyi mətbuat konfransında  konstitusiyanın dəyişdirilməyəcəyi ilə bağlı cəfəng bəyanatı verməzdi. Ermənistan rəhbərliyinin bu cür ziddiyyətli bəyanatlarla çıxış etməsi ona dəlalət edir ki, Paşinyan hökuməti  getdikcə destruktiv mövqeyə daha çox yuvarlanır, tarixi sülh fürsətini adekvat səviyyədə dəyərləndirməkdən yayınmağa çalışır. Heç şübhəsiz ki, bunun özü də səbəbsiz deyil. Çünki Ermənistanda görürlər ki, onların yeni hamiləri tarixi ədaləti və beynəlxalq hüququ ikili standartlar siyasətinə və ayrı-seçkiliyə çox asanlıqla qurban verə bilirlər, elə buna görə də yenidən xam xəyallara ümidlənirlər. Onu da görürlər ki, özlərini dünyaya  “demokratiyanın və insan haqlarının yeganə simvolu” kimi sırıyan bəzi Qərb siyasətçiləri Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstəklərini ifadə etdikləri və orada separatçılığa qarşı eyni mövqedən çıxış etdikləri halda, Azərbaycana gəldikdə, fərqli davranırlar. Əgər belə olmasaydı, eyni ölkə və təşkilatların, o cümlədən Avropa İttifaqının təmsilçiləri Ermənistanla şərti sərhədimizə gələrək, oradan Qarabağı və Şərqi Zəngəzuru binoklla seyr etməzdilər. Nə qədər paradoksal görünsə də, bu şəxslər Ukraynada Donbasa və Luqanska da binoklun gözlüyündən baxır, bununla oradakı separatçılığa qarşı yekdil mövqe nümayiş etdirirlər. Bu cür çirkin eyniləşdirmə siyasəti Ermənistandakı revanşist qüvvələri təhlükəli avantüralara, hökuməti isə ziddiyyətli bəyanatlara həvəsləndirməyə bilməz. Bəzi Qərb siyasətçilərinin sərgilədiyi bu mövqe riyakarlığın və ədalətsiz ayrı-seçkiliyin rəzil nümayişi deyilsə, onda bəs, nədir? Bu gün kim təsəvvür edə bilər ki, Paris meri, yaxud Fransanın yüksəksəviyyəli digər rəsmiləri Rusiya ərazisindən keçməklə Donbasa və ya Luqanska səfər edə bilər? Amma işğal dövründə Azərbaycana qarşı bu rəzilliyi dəfələrlə etdilər və hər vəchlə çalışdılar ki, nəyin bahasına olursa-olsun erməni separatizmini ayaqda saxlasınlar. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə cəmiyyətimizin və beynəlxalq auditoriyanın diqqətini üzləşdiyimiz gerçəkliyə yönəltdi: “Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır”.

Tarixi Zəfərimizdən sonra AŞPA və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların davamlı şəkildə Azərbaycanı qərəzli qətnamələrlə hədəfə alması, utanmadan həbs olunmuş separatçılara “hərbi əsir” və ya “siyasi məhbus” demələri də elə bu cür riyakar siyasətin tərkib hissəsidir. Torpaqlarımızın üç onillik ərzində işğal altında qalmasına, milyona yaxın insanımızın qaçqın və məcburi köçkün vəziyyətində ağır məhrumiyyətlərlə üzləşməsinə və Minsk qrupunun tərəfsizliyə kölgə salan uğursuz fəaliyyətinə baxmayaraq, Azərbaycan müstəqil dövlət kimi öz varlığını qoruya və ayaq üstə qala bildi. Yalnız ona görə ki, xarici təhdid və təzyiqlərin heç biri qətiyyətli Lider faktoruna bəslənilən ictimai inamı sarsıda bilmədi. Ulu Öndər Heydər Əliyev o zaman bütün maneələrə baxmayaraq, geosiyasi maraqları  toqquşan böyük gücləri Bakıda bir araya gətirə bildi və 1994-cü ilin sentyabrında Əsrin Kontraktının imzalanmasına nail oldu. Bununla Azərbaycanın iqtisadi mütəqilliyinin təməli ilə yanaşı, işğalçı Ermənistanın iqtisadi blokadaya salınmasının əsası qoyuldu. Tarixi Zəfərimiz isə bir daha sübut etdi ki, ictimai inam qətiyyətli Lider faktoru ətrafında səfərbər olduqda, heç bir kənar qüvvə ədalətin və beynəlxalq hüququn bərpasına mane ola bilmir.

2020-ci ilin noyabrında kapitulyasiya aktına imza atan Ermənistan bu gün yaxşı bilir ki, o təkcə savaş meydanında məğlub olmayıb. Azərbaycan hakimiyyətinin siyasi qətiyyəti sayəsində  Ermənistan həm də qlobal iqtisadi layihələrdən təcrid edilib və böyük iqtisadi fürsətləri itirmək məcburiyyətində qoyulub. Baxmayaraq ki, torpaqlarımız işğal altında olduğu dövrdə bəzi güc mərkəzləri ölkəmizin bu strateji xəttini qırmağa və işğalçı Ermənistanı izolyasiyadan çıxarmağa çalışırdılar. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı layihənin gerçəkləşməsinə törədilən maneələrlə bağlı idi. Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə həmin  maneələrin səbəbini açıq şəkildə ifadə etdi: “Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik. O cümlədən mən şəxsən Amerika dövlətinin yüksəkvəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə etmişdim və bildirmişdim ki, onlar bizə maneə törətməməlidirlər. Bu, bizim üçün strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik”.

Təəssüf ki, ayrı-seçkilikdən doğan riyakar ikili standartlar siyasəti hələ də davam edir. Bəziləri unudurlar ki, otuz il ərzində işğalçılıq siyasətini yürüdən məhz Ermənistan olub. Buna baxmayaraq, biriləri onu yenidən hücum silahları ilə silahlandırır, bir başqası siyasi və maddi dəstəyini əsirgəmir, üçüncü qüvvə isə Ermənistanı iqtisadi izolyasiyadan çıxarmağa çalışır. Elə bu səbəbdən, Ermənistan hökuməti sözdə sülhdən danışsa da, əməldə fərqli mövqe sərgiləyir,sülh sazişinin imzalanmasını hər vəchlə ləngidir və yalnız vaxt qazanmağa çalışır. Paşinyan hökumətinin “Sülh kəsişməsi”  adlı cəfəng təşəbbüşü isə beynəlxalq rəyi azdırmağa, guya özünün “sülh göyərçini” olduğuna inandırmağa xidmət edir. Məgər Ermənistanda anlamırlar ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlik yerinə yetirilməsə, qlobal iqtisadi layihələrdə Azərbaycansız  iştirak edə bilməyəcək?! Prezident İlham Əliyev müşavirədəki çıxışında Ermənistan rəhbərliyinə bu reallığı növbəti dəfə xatırlatdı: “Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”.

Ermənistanda, nəhayət, qəbul etməlidirlər ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Azərbaycana maneəsiz keçidi təmin etməsələr, cəmiyyətimizdə heç kim onların “xoş məramına”, bəyanatlarının ciddiyətinə  inanmayacaq. Buna görə də Ermənistan hökuməti onları şirnikləndirən bəzi dairələrin boş vədlərinə aldanıb vaxt qazanmağa çalışmaq əvəzinə, Cənubi Qafqazın  iqtisadi inkişafına xidmət edən dəhlizin və digər kommunikasiyaların açılmasını təmin etməlidir. Onu da nəzərə almalıdır ki, Zəngəzur dəhlizi həm də Orta Dəhlizin tərkib hissəsi və Avrasiya məkanını Avropaya bağlayan iqtisadi cəhətdən ən səmərəli və ən qısa logistika imkanı deməkdir. Bu tarixi fürsəti əldən vermək Ermənistan üçün strateji baxımdan növbəti məğlubiyyət və izolyasiyanın davam etdiriləcəyi deməkdir.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see289

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see141

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see131

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see127

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see123

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see123

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see121

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see119

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see118

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see116

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri