Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Ermənistan hərbçiləri insanlıq simasını itirmişdilər

Ermənistan hərbçiləri insanlıq simasını itirmişdilər

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

8 azərbaycanlı əsir-girovun qətlə yetirilməsi, 37 nəfərin yoxa çıxması sübuta yetirildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə, müharibə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 30-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs Davit İşxanyanın vəsatəti əsasında 2020-ci ildə Tovuz hadisələrindən sonra lentə alınmış videomaterial tədqiq olunub. O, video sənədlə bağlı bildirib ki, qondarma qurumun “nümayəndələri” Ermənistan Respublikasında keçirilən hərbi tədbirlərə daim dəvət olunurdu.

Növbəti tədqiq edilən sənəd təqsirləndirilən şəxs L.Mnatsakanyanın Şuşada Cıdır düzündə erməni jurnalistə verdiyi müsahibə olub. O, jurnalistin sualına cavabında deyir: “Yaşma briqadası”nın 400-ə yaxın itkisi var”.

Sonra təqsirləndirilən şəxs Bako Sahakyanın müdafiəçisi Nigar Mirbabayevanın məhkəməyə təqdim etdiyi material nümayiş etdirilib.

Bu, 2020-ci il dekabrın 1-də Arkadi Qukasyan və Bako Sahakyanın Vətən müharibəsi zamanı fəaliyyətləri ilə bağlı internetdə dərc olunan məqalə olub. Material tərəflərin iştirakı ilə tədqiq edilib.

Bundan sonra iclasa sədrlik edən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Baş Prokurorluğun İstintaq İdarəsinə göndərdiyi məktubu elan edib. Məktubda göstərilir ki, komissiyada toplanmış məlumatlara əsasən, Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş 54 Azərbaycan vətəndaşından 17-sinin meyiti qaytarılsa da, 37 nəfər Ermənistan hərbçiləri tərəfindən zorakı şəkildə yoxa çıxarılıb, meyitləri qaytarılmayıb.

Qeydlərlə bağlı tərtib edilmiş məlumat da məhkəmədə elan olunub. Həmin məlumatda 1994-cü il yanvarın 29-da 8 nəfər azərbaycanlı əsir və girovun öldürüldüyü qeyd olunur. Tuqay Rəhimli çıxış edərək bildirib ki, təqsirləndirilən şəxs Bako Sahakyan istintaq materiallarında vaxtilə əsir-girovlarla əlaqədar məsələlərlə məşğul olduğunu vurğulayıb.

Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub. Şükürov Mahmud Sabir oğlunun ifadəsində bildirilib ki, 2022-ci il sentyabrın 13-də Zəngilan rayonunun ərazisində düşmən tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Fərid Rüstəmov həlak olub, eləcə də o, Fərid Məmmədov, Saleh Həsənov, Təbriz Ramazanov bədən xəsarətləri alıblar. Ələkbərli Kənan Müşfiq oğlunun hüquqi varisi Ələkbərova Fəxriyyə Xəlil qızı ifadəsində qeyd edib ki, 2020-ci il oktyabrın 10-da övladının Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində şəhid olduğu xəbərini eşidib.

Bəbirli Asif Oktay oğlunun ifadəsinə əsasən, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 28-də Göygöl rayonu ərazisinə açdıqları atəş nəticəsində o, Elvin Səlimov, Kamran Hüseynov, Rəşad Novruzov, Mustafa Məmmədov, Rəşad Abdullayev yaralanıb, Orxan Daşdəmirov isə həlak olub.

Zərərçəkmiş Məmmədov Mail Məhəmmədəli oğlu ifadəsində göstərib ki, 1992-ci il oktyabrın 21-də Ağdərə rayonunun Sırxavənd kəndində Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb, saxlanıldığı kameralarda dəfələrlə işgəncələrə məruz qalıb.

Zərərçəkmiş, 1957-ci il təvəllüdlü Xocalı şəhər sakini Əliyeva Məlahət Əhməd qızının elan olunan ifadəsinə əsasən, 1992-ci il fevralın 25-də Ermənistan hərbçiləri Xocalı şəhərini mühasirəyə alıb əhalini güllələyib, şəhərə od vurublar. Ermənistan hərbçiləri Ağdama gedən yolda insanları atəşə tutub, xeyli mülki şəxs öldürülüb. Ətraf çoxlu qadın, uşaq, qoca insanların meyitləri ilə dolu olub. Onun doğmaları da qətlə yetirilib.

Qarayev Cəbrayıl Xasay oğlu ifadəsində qeyd edib ki, 1993-cü il iyulun 20-də yaşadığı Ağdam rayonunun Qiyaslı kəndinə hücum zamanı Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürülüb, uzun müddət soyuq beton döşəmənin üstündə ac-susuz qalıb, işgəncələrə, pis rəftara məruz qalıb.

Zərərçəkmiş Məmmədov Vahid Abasqulu oğlu ifadəsində göstərib ki, o, Ermənistanın Mehri rayonunda dəmir yolunda fəhlə işləyib. 1991-ci il dekabrın 6-da briqadir Qardaşov Etibar Fərman oğlu, operator Cavadov Fazil Ağa oğlu, operator köməkçisi Nəbiyev Cavad Qurban oğlu, fəhlələr Rəhimov Valeh Mirsadiq oğlu, Heydərov Tofiq Sadiq oğlu, Yusifzadə Bədəl Haşım oğlu, Qubadov Etibar Ənvər oğlu və Məmmədov Məmmədhüseyn Cəfərqulu oğlu ilə birlikdə Mehri çayı adlanan ərazidə girov götürülüblər, işgəncələrə, qeyri-insani və pis rəftara məruz qalıb.

Məhkəmə iclası digər ifadələrin oxunması ilə davam etdirilib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see338

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see248

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri