Ermənistan, Hindistan və İran bir araya gəldi: Məqsədləri bəllidir
Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
Ermənistan, Hindistan və İran hökumətlərinin nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafını müzakirə ediblər.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Məsləhətləşmələr zamanı nümayəndə heyətləri Şimal-Cənub dəhlizi çərçivəsində sıx əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladılar və bu baxımdan İranın Çabahar limanının rolunu qeyd etdilər", - departament qeyd edir.
Məlumata görə, tərəflər əlaqələrin genişləndirilməsi təşəbbüslərini, çoxtərəfli forumlarda qarşılıqlı fəaliyyət və regional əməkdaşlığı müzakirə edib, ticarət, turizm və mədəni mübadilənin inkişaf etdirilməsi yollarını araşdırıb, habelə ictimaiyyətlə əlaqələrin gücləndirilməsini müzakirə ediblər.
Şimal-Cənub beynəlxalq multimodal nəqliyyat dəhlizinin yaradılması haqqında hökumətlərarası saziş 2000-ci ildə Rusiya, Hindistan və İran tərəfindən imzalanıb. Daha sonra iştirakçıların sayı 14-ə çatıb. Layihənin məqsədi Hindistan, İran və Fars körfəzi ölkələrindən Rusiya ərazisi ilə Avropaya yük axınını təmin etməkdir.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 13 Dekabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















