Icma.az
close
up
RU
Ermənistan hökümətinin qərarı siyasi təbliğat və şantaj cəhdidir ŞƏRH Yeni Gündəm

Ermənistan hökümətinin qərarı siyasi təbliğat və şantaj cəhdidir ŞƏRH Yeni Gündəm

Yenigundem saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan höküməti “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlülk prosesinə başlanması” haqqında qanun layihəsini bəyənərək parlamentin müzakirəsinə təqdim etmək haqqında qərar qəbul edib.

Bu qərarın real üzvlük proseduru ilə heç bir əlaqəsi yoxdur. Ai-na üzv olan digər 27 ölkənin üzvlük proseduru göstərir ki, bu digər üzv dövlətlərin keçdiyi ənənəvi yol deyil. Bu bir siyasi təbliğat addımıdır və sadəcə mövcud Ermənistan hökümətinin arzusunu ifadə edir. Paşinyanın da qeyd etdiyi kimi, hətta parlamentin bu qərarı təsdiq etməsi də üzvlük prosesinin başlanması anlamıına gəlmir.

Parlamentin müvafiq qərarından sonra referendum keçirilməsi də nəzərdə tutulur. Bir anlığa təsəvvür edək ki, referendum da hökümətin bu avro-inteqrasiya arzusunu dəstəklədi. Bəs Avropa Birliyi Ermənistanı üzvlüyə qəbul etməyə hazırdırmı və Avropa Birliyi çərçivəsində keçilməli olan prosedurlar nə zaman başladıla bilər və ya ümumiyyətlə başladıla bilərmi? Göründüyü kimi bu o qədər də sadə və yalnız Ermənistan hökümətinin arzusu ilə baş tutan məsələ deyil.

Bəs onda bu şou kimə və niyə lazımdır?
Birincisi, Paşinyan çoxdan əlinin altında hazır saxladığı bu qərar layihəsini məhz indi – Prezident Əliyevin bir neçə gün öncə yerli telekanallara verdiyi müsahibədə Ermənistana qarşı səsləndirdiyi tələblərə cavab olaraq müzakirəyə çıxarır. Azərbaycan Prezidentinin tələblərindən təşvişə düşən Ermənistan baş naziri bölgədə gərginlik yaranacağı halda arxasında Avropa Birliyinin dayandığına və ya dayanacağına eyham edir.

İkincisi, belə bir qərarın Donald Trampın inauqurasiyası ərəfəsində rəsmi dövriyyəyə buraxılması Avropa Birliyinin Ermənistan vasitəsilə Rusiyaya təzyiqinin göstəricisidir. Uzun müddətdir ki, D. Trampın öz vəzifəsinin icrasına başladıqdan sonra atacağı ilk addımın Rusiya prezidenti ilə danışıqlar aparmaq yolu ilə Rusiya-Ukrayna müharibəsini dayandırmaq cəhdləri olacağı barədə danışılır. Ermənistan hökümətinin bu qərarı ehtimal olunan müzakirələrdə D. Trampın mövqeyini gücləndirmək üçün Avropa Birliyi tərəfindən Ermənistan üzərindən Rusiyaya təzyiq göstərmək və faktiki olaraq Rusiyaya qarşı şantaj vasitəsi kimi istifadə oluna bilər. Müzakirələr zamanı Tramp deyə bilər ki, biz Ermənistanı AB-ə üzv qəbul edə bilərik və Rusiya Ermənistandakı hərbi bazasından və Ermənistan vasitəsilə sanksiyalardan yan keçmək imkanından məhrum ola bilər. Hazırda Rusiyanın sanksiyalardan yan keçərək lazımi məhsulları ölkəyə idaxal etməsində ən böyük yardıım Ermənistan tərəfindən göstərilir və AB də ABŞ da bunu hamıdan yaxşı bilir. Amma niyə görəsə hələlik Ermənistanı durduran yoxdur. Deməli, Qərb bu nəfəslik yolunu Rusiyaya Ermənistan üzərindən verməklə onu istədiyi vaxt kəsə biləcəyini Rusiya qarşısında bir şərt kimi istifadə edə bilər.
Üçüncüsü, bu qərarın siyasi gündəmə gətirilməsi həm də Ermənistan tərəfindən AB-ə ünvanlanmış siyasi siqnaldır. Bu o deməkdir ki, Ermənistan növbəti dəfə ənənəvi müttəfiqinə xəyanət edərək AB-ə qoşulmağa və Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında fəal rol oynamağa hazırdır. Amma əvəzində Qərbdən təhlükəsizlik zəmanəti istəyir.
Dördüncüsü, 2026-cı il Ermənistanda seçkilər ilidir. Keçən seçkilərdə Paşinyan xalqa Azərbaycanla sülhə nail olacağına söz vermişdi. Lakin sülh müqaviləsinin imzalanması üçün bir sıra şərtlərin yerinə yetirilməsi, o cümlədən Ermənistanın Konstitusiyasında dəyişiklik edilməklə vaxtilə qəbul olunmuş Müstəqillik aktından imtina edilməsi zərurəti var. Seçkiqabağı dövrdə belə bir təkliflə çıxış etmək Paşinyan hakimiyyəti üçün böyük riskdir. Müxalifət cəmiyyətin vətənpərvərlik hissi ilə oynayaraq bu təklifi seçki təbliğatında Paşinyanın əleyhinə istifadə edə bilər. Ona görə də Konstitusiyada müvafiq dəyişikliklərin edilməsi məsələsini Paşinyan məhz gələn seçkilərdən dərhal sonra gündəmə gətirəcək və xalqın dəstəyini qazanacaq. Bununla da sülh bağlanmasına əngəl yaradan amillərdən biri aradan qalxmış olacaq.
Seçkilər ərəfəsində AB-ə üzvlüklə bağlı aparılan bu şou-təbliğatın fonunda Paşinyan öz reytinqinin yüksələcəyini təxmin edir və reytinqinin ən yüksək məqamında növbədənkənar seçkilər elan edərək gələn seçkiləri də qazanmağı hədəfləyir. Əlbəttə, Paşinyanın növbəti seçkilərdə qələbəsini təmin etmək üçün bundan yaxşı və uğurlu siyasi gediş ola bilməzdi.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 11 Yanvar 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri