Icma.az
close
up
RU
Ermənistan İctimai Radiosunun təxribatı: Sülhə arxadan zərbə

Ermənistan İctimai Radiosunun təxribatı: Sülhə arxadan zərbə

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

2023-cü il 19-20 sentyabr Azərbaycan tarixinə suverenliyimizin, ərazi bütövlüyümüzün tam təmin edildiyi, 44 günlük Vətən müharibəsinin məntiqi nəticəsi olan antiterror əməliyyatları ilə  düşdü.

Azərbaycan bü günü tam Zəfər kimi qeyd edir.Müharibədən ötən dövr ərzində Azərbaycanla Ermənistan arasında sülh danışıqları mühüm mərhələyə qədəm qoyub, Vaşinqtonda keçirilən danışıqlardan sonra Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımlar atılıb, ABŞ nümayəndə heyəti İrəvanda görüşlər keçirib, dəhlizin Azərbaycan tərəfindəki hissəsinin tikintisi 95 faiz icra olunub. 

Ermənistan tərəfi təkcə Azərbaycanla yox, həm də Türkiyə ilə münasibətləri yoluna qoymaq üçün bəzi addımlar atır, iki ölkənin xüsusi nümayəndələrinin görüşü olub, sərhəd giriş-çıxış möhürlərindən Ağrı dağının təsviri noyabrın 1-dən etibarən çıxarılacaq, üstəlik Baş nazir Nikol Paşinyan gerbdən də bu simvolun çıxarılması barədə anons edib. 

Bu da  prosesin Azərbaycanın sülh üçün tələbi olan Konstitusiya dəyişikliyinə doğru getdiyinə işarədir. Belə bir zamanda, yəni tərəflərin sülh gündəliyinə sadiq olduğunu vurğuladığı bir dövrdə bu gün Ermənistanda hələ də təxribata meyilli olan və bu meyli fürsətə çevirməyə çalışan qüvvələrin əməlləri bitmir.

Bu qəbildən növbəti təxribat bu gün Ermənistanın İctimai Radiosunda yayımlanıb. Azərbaycanın separatizmə qarşı keçirdiyi və əslində təkcə ölkəmizin yox, eləcə də bütün dünyanı erməni separatizmindən xilas etdiyi günlə bağlı təqdim olunan material sülh gündəliyinə arxadan zərbə kimi dəyərləndirilməlidir. 

Ermənistan İctimai Radiosu Azərbaycanın 30 illik haqqı olan antiterror əməliyyatını  “Artsaxa genişmiqyaslı hücum”, hazırda Bakıda məhkəmələri davam edən, bütün beynəlxalq sənədlərə görə bu məhkəməni haqq etmiş separatçıları “keçmiş hərbi və siyasi liderlər” kimi təqdim edir.  

Azərbaycan qanunları ilə yaşamaq təklifini qəbul etməyib Qarabağı könüllü tərk edərək Ermənistana, oradan isə digər ölkələrə gedən erməniləri “məcburi köçkün” kimi təqdim etmək Ermənistan İctimai Radosunun sülh prosesinə “töhfə”sidir. 

Baş nazir Nikol Paşinyan məhz bunu-həmin ermənilərin Qarabağı könüllü tərk etməsini əsas götürərək onların geriyə dönüşünün sülh prosesinə yaradacağı təhlükəni dilə gətirdiyi bir zamanda Ermənistan İctimai Radiosunun onlar barədə seçdiyi ifadələr ehtiyatsızlıq yox, məhz təxribat kimi dəyərləndirilməlidir.

Elnarə Kərimova
“Cebheinfo.az”

Açar sözlər: Ermənistan İctimai Radio Paşinyan 19-20 sentyabr

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri