Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Ermənistan ictimaiyyətinə sual: “Yerli sakinlər haradadır?”

Ermənistan ictimaiyyətinə sual: “Yerli sakinlər haradadır?”

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər erməni sosial şəbəkə seqmentində və bəzi media resurslarında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ilə bağlı yayılan paylaşımlara nəzər salanda insan istər-istəməz bir sual qarşısında qalır: niyə otuz ildən artıq müddətdə yaşananları unutdurmağa çalışanlar bu gün Azərbaycanın öz ərazisində baş verənləri görməkdən belə narahatdırlar? Diplomatların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri Ermənistan cəmiyyətinin müəyyən dairələrində yenidən eyni ritorikanı, eyni saxta tezisləri, eyni “artsax” nostalgiyasını üzə çıxarıb. Sanki zaman dayanıb, 2020-ci ildən sonra yaranmış yeni reallıq mövcud deyil. Halbuki artıq reallıq başqadır. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suveren ərazisidir və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin bu ərazilərə səfəri tamamilə qanuni və təbii haldır. Amma məsələ yalnız diplomatların səfərinə verilən reaksiyadan ibarət deyil. Məsələ ondadır ki, həmin reaksiyalarda yenə tarixin birtərəfli təqdim olunması, faktların seçilərək istifadə edilməsi, Azərbaycan xalqının tarixi və mədəni irsinin görməzdən gəlinməsi cəhdlərini müşahidə edirik. Daha doğrusu, illərdir təbliğ edilən saxta təsəvvürlər yeni formada yenidən ictimai dövriyyəyə buraxılır.Və bu dəfə də sosial şəbəkələrdə bizə tanış olan bir sual ortaya atılıb:

“Burada minilliklər boyu yaşamış yerli sakinlər haradadır?”

Bu sualı Narine Gabrielyan adlı erməni istifadəçi Azərbaycana səfər edən diplomatlara ünvanlayıb. Mən isə həmin sualı başqa bir sualla cavablandırmaq istəyirəm: Ermənistan ictimaiyyəti, bəs Qərbi azərbaycanlılar haradadır?

Niyə onlar öz doğma evlərində deyil?

Niyə yüz minlərlə insan doğulduğu torpağa qayıda bilmir?

Niyə özünü “yerli sakinlər” mövzusunun müdafiəçisi kimi təqdim edənlər bu insanların taleyindən danışmaq istəmirlər?

Mən bu sualları kənardan müşahidə edən biri kimi vermirəm. Mən Qərbi Azərbaycanda doğulmuşam.Mən öz doğma torpağımdan didərgin salınmışam. Və bu gün mən hələ də öz evimə gedə bilmirəm. Ona görə də “yerli sakinlər haradadır?” sualının nə demək olduğunu çox yaxşı bilirəm. Bu sual mənim üçün sosial şəbəkə paylaşımı deyil. Bu sual mənim uşaqlığımdır, mənim doğulduğum kənddir, mənim ailəmin yaddaşıdır, mənim gedə bilmədiyim yurdumdur. Və əgər həqiqətən bu sualın cavabını axtarmaq istəyirsinizsə, onda gəlin, yalnız Qarabağ haqqında deyil, bütövlükdə regionun tarixi haqqında danışaq. Gəlin, təkcə bir xalqın harada yaşadığını deyil, kimlərin hansı torpaqlardan niyə didərgin salındığını da soruşaq.Çünki həqiqəti yalnız istədiyimiz hissəsindən danışaraq bütöv tarix yaratmaq mümkün deyil. Qarabağda ermənilərin “minilliklər boyu” fasiləsiz və müstəsna şəkildə yaşaması iddiası da məhz bu baxımdan ciddi suallar doğurur. Tarixi mürəkkəbliyi bir neçə sözlə silmək, müxtəlif dövrləri bir-birinin üzərinə yığaraq müasir siyasi iddialara tarixi don geyindirmək tarixə münasibət deyil. Biz öz tariximizi belə “qədimiləşdirmirik”. Biz əsrləri, minillikləri bir-birinin üstünə yığıb saxta qədimlik yaratmağa ehtiyac duymuruq.

Çünki bizim sübutlarımız var. Kitablarda, arxivlərdə, xəritələrdə, yer adlarında, qəbiristanlıqlarda, məscidlərdə, tarixi yaşayış məntəqələrində, maddi mədəniyyət nümunələrində və ən əsası, hələ də həmin torpaqların yaddaşında yaşayan insanların xatirələrində. Bu izlərin böyük hissəsi indiki Ermənistan ərazisindədir.

Ona görə də sosial şəbəkələrdə hər dəfə eyni sualın qarşısına eyni səthi cavablarla çıxmaq niyyətində deyilik. Çünki söhbət artıq sadəcə bir istifadəçinin paylaşımından getmir. Söhbət bütöv bir tarixi yaddaşın necə təqdim edilməsindən gedir. İnsanların gözünə kül üfürmək olar, amma tarixi dəyişmək olmaz.Saxta narrativi yüz dəfə təkrarlamaq olar, amma bu, onu sənədə, arxivə, fakta çevirmir.

Biz hələ çox şeyi göstərməmişik. Qərbi azərbaycanlıların öz doğma yurdlarından necə didərgin salındığını, hansı kəndlərin boşaldıldığını, hansı qəbiristanlıqların dağıdıldığını, hansı məzarların yer üzündən silindiyini, hansı məscidlərin və tarixi abidələrin məhv edildiyini, Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki tarixi-mədəni izlərinin hansı aqibətlə üzləşdiyini bütün miqyası ilə ortaya qoymamışıq. Amma lazım gəlsə, qoyacağıq.

Əgər Ermənistan ictimaiyyəti həqiqətən tarixdən danışmaq istəyirsə, biz də hazırıq.Arxivlərə baxmağa hazırıq. Xəritələri açmağa hazırıq. Yer adlarını müqayisə etməyə hazırıq. Qəbiristanlıqlara baxmağa hazırıq. Tarixi abidələri birlikdə araşdırmağa hazırıq. Ən əsası isə doğulduğu torpağa qayıda bilməyən insanların hekayəsini dinləməyə hazırıq. Çünki tarix yalnız daşlarda deyil, insanların yaddaşında da yaşayır. Mənim yaddaşımda isə həmin torpaq hələ də yaşayır. Mən orada doğulmuşam. Mən oradan didərgin salınmışam. Və mən hələ də öz evimə qayıda bilməmişəm. Ona görə mənim üçün Qərbi Azərbaycan məsələsi hansısa siyasi şüar deyil. Bu, yarımçıq qalmış bir həyat hekayəsidir. Elə buna görə də Ermənistan ictimaiyyətinə veriləcək ən sadə sual budur: Əgər “yerli sakinlər haradadır?” deyə soruşursunuzsa, onda əvvəlcə Qərbi azərbaycanlıların niyə öz yurdlarında olmadığını izah edin. Sonra Qarabağ haqqında danışarıq. Sonra tarix haqqında danışarıq. Sonra mədəni irs haqqında danışarıq. Və əgər həqiqətən cəsarətiniz varsa, bütün bunları birlikdə araşdıraq. Çünki bizdən tariximizi göstərməyi istəyirsinizsə, göstərəcəyik. Amma onda yalnız sizin danışdığınız tarix yox, bizim yaşadığımız tarix də dinləniləcək. Və bu tarixdə öz doğma evinə hələ də qayıda bilməyən yüz minlərlə insanın səsi var.

Lamiyə Rövşənqızı

Qərbi Azərbaycan İcmasının mətbuat katibi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Sentyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri