Ermənistan İranda baş verənlərdən narahatdır Paşinyan
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkiana ali lider Xamenein və vətəndaşların həlak olması ilə bağlı başsağlığı teleqramı göndərib.
Modern.az xəbər verir ki, Ermənistan Baş nazirinin Aparatından göndərilən teleqramda belə deyilir:
“Cənab Prezident,
Biz İrandakı hadisələrin gedişini böyük narahatlıqla izləyirik. İranda rəhbərlik və vətəndaşlar arasında baş verən itkilərlə bağlı dərin başsağlığımı qəbul edin. Biz həmişə İslam Respublikasının ali lideri Əli Xameneinin Ermənistan-İran münasibətlərinin inkişafındakı şəxsi rolunu xatırlayacağıq.
Bu çətin vaxtda Yaxın Şərqdə sülh və sabitliyin tezliklə bərpa olunacağına ümid edirik.
Bu fürsətdən istifadə edərək, Sizə səbir, dost, qonşu İran xalqına isə sülh və dözüm arzulayıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Mart 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















