Icma.az
close
up
RU
Ermənistan Kərkini qaytarır, İran niyə narahatdır?

Ermənistan Kərkini qaytarır, İran niyə narahatdır?

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Ermənistanın Baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı Azərbaycanın işğal olunmuş anklavları, o cümlədən İran-Ermənistan tranzit yolunun yaxınlığında yerləşən Kərki kəndini Bakıya təhvil vermək barədə bəyanatı Tehranda bəzi qüvvələri əməlli-başlı narahat edib.

Bu fonda bir sıra iranlı “ekspert”lər yenidən Azərbaycanın üzərinə hücum çəkərək, hay-küy qaldırıblar ki, Kərki qayıtsa, Bakı Zəngəzur dəhlizinin enini genişləndirəcək. Üstəlik, hava məkanı üzərində suverenliyini təsdiqləyəcək. Onlar düşünürlər ki, bununla da İranın Ermənistana tranzit yolu kəsiləcək. Həmçinin Azərbaycan Türkiyə ilə birlikdə İranın Qafqaza və Avropaya bütün çıxış yollarına nəzarət edəcək.

Hətta bəziləri iddia edir ki, Azərbaycan Kərkiyə nəzarəti ələ keçirsə, yüksəkliklərdə mövqelər tutaraq, E117 yolunu atəş nəzarətinə almaqla, potensial müharibədə Zəngəzur əyalətinin İranla əlaqəsini kəsə bilər.

Siyasi şərhçi Rəşad Bayramov Bakupost.az-a bildirib ki, Nikol Paşinyanın seçki kampaniyası kontekstində Azərbaycanla sərhəd anklavlarının, o cümlədən Naxçıvanın Kərki kəndinin qaytarılması ehtimalını gündəmə gətirməsinə İran tərəfinin reaksiyası əslində gözlənilən idi. Onun fikrincə, İranın narahatlığın səbəbi təkcə həmin kəndin statusu deyil, daha geniş regional kommunikasiya məsələsidir:

“Kərki kəndi hüquqi və tarixi baxımdan Azərbaycanın Naxçıvan bölgəsinə aid olan bir anklavdır. Bu səbəbdən onun qaytarılması Azərbaycan–Ermənistan normallaşma prosesinin bir hissəsidir. O baxımdan da bu cür reaksiya yersizdir. Amma görünən odur ki, İran tərəfi yenə də ənənəvi mövqeyindən əl çəkmir.

Məsələ burasındadır ki, Ermənistanın cənub bölgəsi, xüsusilə də Mehri xətti İranın Qafqaza çıxışında yeganə quru əlaqə nöqtəsidir. Bu xətt İran üçün həm ticarət marşrutu, həm də Avrasiya istiqamətində alternativ çıxış kanalı rolunu oynayır. Regionda sərhəd və anklavların yenidən tənzimlənməsi isə gələcəkdə yol infrastrukturunun, gömrük rejimlərinin və nəqliyyat axınlarının dəyişməsi ehtimalını artırır. Tehran da bundan narahat olaraq mövcud status-kvonun dəyişməsini istəmir”.

Ekspert qeyd edir ki, ikinci mühüm faktor “Zəngəzur dəhlizi” ətrafında formalaşmış geosiyasi diskursdur:

“İran uzun müddətdir bu konsepti ehtiyatla qarşılayır, çünki onun interpretasiyasına görə belə bir dəhliz İranın Ermənistanla birbaşa sərhəd rolunu zəiflədə və regionda yeni nəqliyyat arxitekturası yarada bilər. Kərki kimi anklavların qaytarılması isə ümumi sərhəd xəritəsini dəyişdirərək gələcəkdə kommunikasiya marşrutlarının fərqli dizayn olunmasına yol aça bilər. İranın hay-küyü də məhz bu zəncirvari dəyişiklik ehtimalı ilə bağlıdır”.

R.Bayramovun sözlərinə görə, Tehran bu cür dəyişikliklərə potensial olaraq NATO və ya Türkiyənin regional təsirinin genişlənməsi kontekstində baxır:

“İran üçün Ermənistanla sərhəd həm iqtisadi, həm də geosiyasi tampon funksiyası daşıyır. Nəqliyyat xətləri ilə bağlı hər hansı dəyişiklik, xəttlərinin yenidən qurulması İranın şimal-qərb sərhədlərində yeni hərbi və siyasi reallıq yarana biləcəyi ehtimalını gündəmə gətirir”.

Müsahibimiz deyir ki, İran daxilində bəzi ekspertlərin sərt reaksiyaları çox vaxt rəsmi dövlət siyasətindən daha çox erkən xəbərdarlıq siqnalları funksiyasını daşıyır:

“Bu cür açıqlamalar vasitəsilə Tehran həm də region aktorlarına həssaslıq mesajı verir.

Amma İran tərəfinin verdiyi mesajlardan və ya istəyindən asılı olmayaraq Kərki Azərbaycan ərazisidir və geri qaytarılması da labüddür. Zamanında “biz Ermənistana Zəngəzur dəhlizini açmağa imkan vermədik” deyən İran rəsmilərinin arzuları kimi, Kərki ilə bağlı arzuları da ürəklərində qalacaq”.

Rüfət Sultan, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 May 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri