Icma.az
close
up
RU
Kərkini təhvil verməyə hazırlaşırlar... Kənddə nələr baş verir?

Kərkini təhvil verməyə hazırlaşırlar... Kənddə nələr baş verir?

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda davam edən seçki kampaniyasında əsas müzakirə mövzularından biri Kərki kəndinin Azərbaycana qaytarılmasıdır. Müxalifət ermənilərin Tiqranaşen adlandırdığı kəndin hakimiyyət tərəfindən qaytarılacağını deyir, hakimiyyət isə bu məsələnin delimitasiya prosesinə daxil olduğunu və Başkəndi (Gədəbəyin kəndi – SSRİ dövründə ermənilərə verilərək, “anklava” çevrilib) alacaqları təqdirdə, Kərkinin də qaytarılacağını bildirir.
Turkustan.az
xəbər verir ki, “Azadlıq radiosu”nun erməni xidməti Kərkidə baş verənləri işıqlandırıb.
Kənddəki ermənilər bildirirlər ki, onlar televizora baxmaq və ya sosial şəbəkələrdəki müzakirələri izləmək istəmirlər. Lakin eşidiblər ki, bu kənd seçki kampaniyası zamanı siyasi ticarət mövzusuna çevrilib.
Ermənilər bildirirlər ki, nə müxalifətdən, nə də hakimiyyətdən heç kim kəndə baş çəkməyib. Hətta iqtidar da, müxalifət də Vayots Dzorda (Dərələyəz) kampaniya aparsalar da, kəndin yanından “düz keçiblər”.
“Heç kim gəlmədi, kəndi təhvil verib-vermədikləri barədə bizə heç nə demədilər”, - sakinlərdən biri deyir.
Digər sakin isə hesab edir ki, hakimiyyət kəndi təhvil verəcək: “Baş nazirin dediklərindən məlum olur ki, xəritəyə baxacaqlar, bura türklərindirsə, təhvil verəcəklər. Bu olsa, biz nə edə bilərik ki?”.
Kənddəki məktəbin bağlanacağı haqda da məlumatlar var. Məktəbdə cəmi iki şagird təhsil alır. Ermənilərə tövsiyə edilir ki, qonşu Sevakanda yeni tikilən məktəbə getsinlər.
Kənd sakini Azatuhi Ovannisyan isə deyir ki, nəhayət sülh gəlməlidir.
“Mən dəfələrlə Qafanda olmuşam və görmüşəm ki, orada azərbaycanlılar dayanır, sürücülərimiz gedir, gəlir. Qardaşım dəfələrlə zəng edib ki, “azərbaycanlıların yanından keçirəm, keçib zəng edəcəm”. Nəhayət sülh gəlməlidir, ya yox?”, - o bildirib./publika.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 May 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri