Ermənistan KTMT nin Qazaxıstan təliminə qatılmayıb
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Qazaxıstanın Jetisu bölgəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Orta Asiya regionunun kollektiv sürətli yerləşdirmə qüvvələri ilə birgə "Şep-2026" təlimi keçirilir.
Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, təlimlər Jetisu bölgəsindəki "Koktal" təlim poliqonunda başlayıb.
Təlim zamanı Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan hərbi qulluqçular birgə təlim, idarəetmə orqanlarının və milli kontingentlərin qarşılıqlı fəaliyyəti məsələlərini araşdırırlar. KTMT-nin təlimlərinə Ermənistan qatılmayıb.
Təlimlərə təxminən 1500 hərbçi və 300-dən çox silah, hərbi və xüsusi texnika, o cümlədən 115 pilotsuz uçuş aparatı cəlb olunub.
Praktiki təlimlər dağlıq səhra relyefi nəzərə alınmaqla keçirilir, Sərhəd Xidmətinin və Qazaxıstan Milli Qvardiyasının bölmələri ilə əməkdaşlığı əhatə edir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Ermənistan sammitlərdə iştirak etmir,Qazaxıstan və Qırğızıstan isə... KTMT parçalanır?
29 Noyabr 2024 15:28
KTMT nin Ermənistan sınağı
27 Yanvar 2026 09:24
Ermənistan KTMT nin iclasında iştirak etməyəcək
06 Fevral 2025 17:52
Ermənistan KTMT nin iclasına nümayəndəsini göndərmədi
03 İyun 2026 16:08
Ermənistan KTMT tədbirinə qatılmayacaq
25 Noyabr 2024 17:16
Baxış sayı:122
Bu xəbər 14 Sentyabr 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















