Icma.az
close
up
RU
KTMT nin Ermənistan sınağı

KTMT nin Ermənistan sınağı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təsisçi üzvün kənarlaşması təşkilat üçün hansı suallar yaradır?

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bu günlərdə açıqlanan illik hesabatında ölkənin üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətləri məsələsinə də yer ayrılıb. XKX-nin rəhbəri Kristine Qriqoryan qurumun hesabatının əsas tezislərini səsləndirərkən Ermənistanın KTMT-də üzvlüyünün dondurulması ilə bağlı mövqeyinin 2026-cı ildə də qüvvədə qalacağını bildirib: “Ermənistanın KTMT-də dondurulmuş üzvlüyünün, necə deyərlər, donunun əriməsi çox böyük ehtimalla baş verməyəcək. Biz buna regional təhlükəsizlik strukturunun nüfuzuna meydan oxumaq kimi baxırıq və bu addımı həmin təşkilata üzv digər dövlətlərin nəticə çıxarmaq mənbəyi kimi qiymətləndirməyə davam edirik”.

Qeyd edək ki, Ermənistan XKX-nin 2025-ci il üzrə hesabatında da KTMT-nin Cənubi Qafqazdakı problemlərə reaksiya vermək baxımından “bacarıqsızlığının” və “fəaliyyət qabiliyyətsizliyi”nin dəyişəcəyi ehtimalı az olduğu vurğulanmışdı. Qeyd edilmişdi ki, bu səbəbdən Ermənistanın KTMT-də üzvlüyünün “donunun açılması” üçün əsasların yaranması da real görünmür. Ermənistanın baş naziri Nikol Paşinyan isə 2024-cü ilin dekabrında KTMT ilə münasibətlərdə geri dönüş nöqtəsinin keçildiyini bəyan etmişdi. Bununla belə, rəsmi İrəvan hələlik təşkilatdan çıxdığını açıqlamayıb və mövqeyini “fasilə götürmək” formulu ilə məhdudlaşdırıb.

Bu fonda yaranmış qanunauyğun sual KTMT-ni hansı gələcəyin gözləməsi ilə bağlıdır? Təşkilatın təsisçilərindən olan bir ölkənin mövqeyi təşkilatın dağılmasına gətirib çıxara bilərmi?

Əvvəlcə onu qeyd etmək lazımdır Ermənistan XKX-nin illik hesabatında KTMT ilə bağlı səslənən fikirlər, əslində, təkcə bir qurumun qiymətləndirməsi deyil, bütövlükdə, rəsmi İrəvanın təhlükəsizlik siyasətində dərinləşən tərəddüdlərin və narazılıqların növbəti açıq ifadəsidir. Paşinyan iqtidarı artıq bir neçə ildir ki, KTMT-ni öz təhlükəsizlik gözləntilərini doğrultmayan platforma kimi təqdim edir və bu yanaşma getdikcə daha açıq, daha sərt çalarlar qazanır. Üzvlüyün dondurulmasının 2026-cı ildə də davam edəcəyinin elan olunması isə faktiki olaraq Ermənistanın təşkilatla münasibətlərində uzunmüddətli soyuqluğun planlaşdırıldığını göstərir. İrəvan KTMT-ni Cənubi Qafqazda baş verən proseslərə adekvat cavab verə bilməyən, öz üzvünün təhlükəsizlik ehtiyaclarını vaxtında və effektiv şəkildə təmin etməyən mexanizm kimi görür və bu qənaəti açıq şəkildə beynəlxalq auditoriyaya çatdırır.

Lakin sualın qoyuluşu təkcə Ermənistanın mövqeyi ilə məhdudlaşmır. Əsas məsələ bu mövqenin KTMT-nin gələcəyi üçün nə vəd etməsindən ibarətdir. Ermənistan təşkilatın sıradan üzvü deyil, 1992-ci il mayın 15-də qurumun yaranmasını təmin edən Kollektiv Təhlükəsizlik Müqaviləsini imzalayan ölkələrdən, onun təsisçilərindən biridir. Belə bir ölkənin faktiki olaraq fəaliyyətdən kənarda qalması KTMT-nin onsuz da zəif olan birlik görüntüsünü daha da aşındırır. Bu addım digər üzvlərə də açıq mesajdır ki, təhlükəsizlik ittifaqı real sınaq anında işləmirsə, onun üzvlüyü nə dərəcədə məntiqlidir?

Bununla belə yaxın perspektivdə KTMT-nin dağılması ehtimalı real görünmür. Təşkilatın mövcudluğu böyük ölçüdə Rusiyanın siyasi iradəsi və postsovet məkanında təsir mexanizmlərini qorumaq istəyi ilə bağlıdır. Bir sıra üzv ölkələr üçün KTMT təhlükəsizlikdən daha çox geosiyasi balans aləti rolunu oynayır. Məhz bu səbəbdən Ermənistanın kənara çəkilməsi domino effekti yaratmaya da bilər. Amma bu, təşkilatın daxilindəki problemlərin aradan qalxdığı anlamına gəlmir. Əksinə, İrəvanın mövqeyi KTMT-nin illərdir yığılıb qalan ziddiyyətlərini daha görünən edir.

Paşinyan iqtidarının davranışı həm də regionda dəyişən reallıqların göstəricisidir. Ermənistan təhlükəsizlik arxitekturasında alternativlər axtarmağa çalışır, Qərblə dialoqu genişləndirir və Rusiyadan asılılığını azaltmaq niyyətini gizlətmir. KTMT ilə məsafə saxlamaq bu strategiyanın tərkib hissəsidir. Bu yol risklidir, çünki mövcud mexanizmlərdən tam imtina hələlik real deyil. Elə buna görə də Ermənistan təşkilatdan çıxmaq yox, vəziyyəti dondurmaq taktikasını seçib. Nəticə etibarilə, Ermənistanın mövqeyi KTMT-ni dərhal dağılmağa aparmasa da, təşkilatın nüfuzuna və çəkisinə ciddi zərbə vurur. Bu, KTMT üçün xəbərdarlıq siqnalıdır. Təşkilat ya üzvlərin real təhlükəsizlik gözləntilərinə cavab verən çevik və etibarlı mexanizmə çevrilməli, ya da formal mövcudluqla kifayətlənərək tədricən təsir dairəsini itirməlidir. Ermənistan isə bu prosesdə sadəcə narazı tərəf deyil, dəyişən regional oyunun aktiv iştirakçısı kimi çıxış edir.

Politoloq İlyas Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, Hayastan XKX-nin KTMT ilə bağlı mövqeyini növbəti dəfə təsdiqləməsi İrəvanın bu təşkilata münasibətdə taktiki yox, strateji seçim etdiyini göstərir. Onun sözlərinə görə, burada əsas məqam üzvlüyün dondurulmasının müddəti deyil, bu vəziyyətin artıq normallaşdırılmasıdır: “Ermənistan açıq şəkildə mesaj verir ki, KTMT-ni öz təhlükəsizlik ehtiyaclarını təmin edən çərçivə kimi görmür və bu qiymətləndirmə yaxın perspektivdə dəyişməyəcək. Bu mövqenin arxasında yalnız təşkilatın passivliyi yox, həm də regional güc balansındakı dəyişikliklər dayanır. KTMT uzun müddətdir üzvlər üçün ortaq risk anlayışı formalaşdıra bilmir. Təhdidlərin fərqli şərh olunması, qərarların mərkəzdən idarə olunması və çevik reaksiya mexanizmlərinin zəifliyi Ermənistan nümunəsində açıq şəkildə üzə çıxır. İrəvanın narazılığı əslində təkcə özünə aid məsələ deyil, digər üzvlərin də bölüşdüyü problemlərin ifadəsidir”.

Ekspert qeyd etdi ki, bununla belə, Ermənistanın mövqeyi KTMT-nin yaxın zamanda dağılacağı anlamına gəlmir: “Qurum hələ də Rusiyanın regional təsir alətlərindən biri olaraq qalır və üzv ölkələrin əksəriyyəti üçün siyasi riskləri azaltmaq baxımından əlverişli platformadır. Lakin Ermənistanın faktiki iştiraksızlığı KTMT-ni daha çox formal çərçivəyə yaxınlaşdırır və onun real çəkisini azaldır. Ən mühüm nəticə ondan ibarətdir ki, KTMT artıq əvvəlki kimi avtomatik etimad doğuran təhlükəsizlik mexanizmi deyil. Ermənistanın seçdiyi yol təşkilat daxilindəki ziddiyyətləri üzə çıxarır və onu seçim qarşısında qoyur: ya dəyişən regional reallıqlara uyğunlaşmaq, ya da təsir imkanlarını tədricən itirmək. Bu baxımdan İrəvanın addımı KTMT üçün xəbərdarlıq rolunu oynayır”.

Qırğızıstandan olan siyasi icmalçı, tarix elmləri doktoru, professor Əskər Cakışyev mövzu ilə bağlı şərhində diqqəti ona yönəldib ki, bu cür siyasi bəyanatlar adətən dövlətin birinci şəxsləri tərəfindən səsləndirilir, xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən yox. Onun fikrincə, bu məqam siyasi manevr üçün müəyyən imkanlar yaradır: “Ermənistan rəhbərliyi faktiki olaraq KTMT-nin – daha doğrusu, Rusiyanın Cənubi Qafqaz istiqamətindəki mövqeyindən narazılığını ifadə edən növbəti siqnalı göndərib. Üstəlik, bu narazılıq dövlət protokolu çərçivəsindən kənarda səsləndirilib. Mənə elə gəlir ki, Ermənistan rəhbərliyi Rusiyadan elə siyasi vədlər gözləyir ki, bu, İrəvana necə deyərlər, simasını itirmədən KTMT-də üzvlüyünü bərpa etməyə imkan versin”.

Ekspert vurğulayıb ki, Ermənistanın KTMT-də iştirakı ölkənin silahlanma, hərbi kadrların hazırlanması, dövlət sərhədlərinin mühafizəsi və digər əsas təhlükəsizlik komponentlərinə olan ehtiyaclarını demək olar ki, tam şəkildə qarşılayır: “Bu baxımdan, Ermənistanın KTMT-yə üzvlüyə Rusiyadan daha çox ehtiyacı var. Buradan belə nəticə çıxır ki, indiki mərhələdə erməni tərəfinə təşkilata tamhüquqlu qayıdış üçün yaxşı bir bəhanə lazımdır. Çünki havadan asılı vəziyyət ölkənin və onun silahlı qüvvələrinin maraqlarına cavab vermir”.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see298

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see284

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see269

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see256

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see224

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see218

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see203

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see192

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see175

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see173

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see171

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see169

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see169

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see167

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see162

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see161

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see161

Xalqın rahatlığı naminə, yoxsa xalqın cibinin hesabına?

15 Avqust 2026 19:22see156

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see156

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri