Icma.az
close
up
RU
Ermənistan MDB dən də çıxır

Ermənistan MDB dən də çıxır

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Aşqabadda Müstəqil Dövlətlər Birliyi(MDB) Hökumət Başçıları Şurasının iclasına Ermənistan hökuməti təmsilçi göndərməyib. 

Bakıvaxtı.az MDB-nin rəsmi saytına istinadən xəbər verir ki, Türkmənistanı Nazirlər Kabineti sədrinin müavini Xocamirat Geldımuradovun sədrliyi ilə keçirilmiş iclasda Azərbaycanıbaş naziri Əli Əsədov, Belarusu bu ölkənin hökumət başçısı Aleksandr Turçin, o cümlədən Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın baş nazirləri qatılıblar.

Ermənistan isə toplantıya hökumətdən heç kimi göndərməyib. Bu ölkəni MDB-dəki daimi səlahiyyətli nümayəndəsi, Belaruakı səfiri Razmik Xumaryanı göndərməklə kifayətlənib.

Dar formatda hökumət başçıları Müstəqil Dövlətlər Birliyində iqtisadi əməkdaşlığın cari məsələləri barədə fikir mübadiləsi aparıb, dövlətlərarası əməkdaşlıq proqramının 2026-cı ilə qədər həyata keçirilməsinə dair hesabatı müzakirə ediblər.

Bəllidir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl seçki kampaniyası zamanı Lori bölgəsinin Şnoq kəndinin sakinləri ilə görüşündə Rusiya ilə münasibətlərdə heç bir kəskin addım atılmayacağı barədə verdiyi açıqlama, hakim partiyanın seçkilərə gedəcəyi rəsmi sənədlə kökündən ziddiyyət təşkil edir.Seçicilərlə görüşdə baş nazir komandasının heç vaxt Rusiyanın maraqlarına zidd hərəkət etmədiyini və etməyəcəyini iddia etdi.

Bu arada “news.am” saytı yazır ki, Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının seçki platformasında Rusiya və hərbi-siyasi ittifaqlarla münasibətlərdə dərin strateji öhdəlikdən məsafəni qorumağa və münasibətləri yenidən formatlaşdırmaqda davam edəcək. Yəni Paşinyan hökuməti 2026-cı il seçki proqramında Rusiya ilə bütün hərbi-siyasi münasibətləri gündəmdən çıxarmaqda qərarlıdır.Bu, onilliklərdir ölkənin xarici siyasətinin əsasını təşkil edən çoxtərəfli təhlükəsizlik sisteminin kökündən rədd edilməsi deməkdir.

Qeyd olunur ki, söhbət təkcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı Ermənistanın tutduğu mövqedən getmir. Məlumdur ki, Ermənistanın KTMT-yə üzvlüyünün dondurulduğu bildirilir və hökumət bu strukturda aktiv iştiraka qayıtmağa yönəlmiş addımların atılmayacağını açıqlayıb. Rusiya ilə münasibətlər hazırda "konstruktiv transformasiya mərhələsində" kimi xarakterizə olunur. O da qeyd olunur ki, növbəti addım mütləq Ermənistanın MDB-dən çıxacağı yönündədir. Maraqlıdır ki, təkcə Paşinyan hökuməti yox, onun Respublika Partiyasından olan dəstəçkilıri də Rusiya ilə münasibətlərdə çox sərt mövqe tutur.

Seçki proqramında Respublika Partiyası 1 dekabr 2026-cı ilə qədər Rusiya ilə birgə hava hücumundan müdafiə sistemindən və bir il ərzində KTMT-dən çıxmaqda təkid edib. "Mövcud vəziyyətə uyğun olan, müstəqillikdən sonra bağlanmış müqavilələri ləğv edən Rusiya Federasiyası ilə yeni hərtərəfli əməkdaşlıq müqaviləsi bağlamaq. MDB və AİB-dən çıxmaq, 2031-ci ilə qədər hamar iqtisadi keçidi təmin etmək", - deyə Respublika Partiyasının proqramında bildirilir.
Ermənistanın MDB kimi təşkilatlarda aktivliyini azaltması həm də daxili auditoriyaya yönəlmiş siyasi mesajdır. Hakimiyyət göstərməyə çalışır ki, ölkə artıq əvvəlki kimi Rusiyadan asılı siyasət yürütmək niyyətində deyil və daha “müstəqil” xətt seçir.

Bu demarş Ermənistanın MDB-dən çıxmasının anonsu deyil, amma bu istiqamətdə atılan növbəti siqnal kimi dəyərləndirilə bilər. Yada salaq ki, Avropa Birliyinə üzv olmaq istəyən Moldova artıq MDB-dən çıxmağı rəsmiləşdirib.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 May 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri