Icma.az
close
up
RU
Ermənistan məlumatları gizlətsə də...

Ermənistan məlumatları gizlətsə də...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

İtkin düşmüş şəxslərin taleyi Azərbaycanın gündəliyində mühüm yer tutur

Ermənistan torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı çoxsaylı cinayətlər törədib. Azərbaycana qarşı hərbi təcavüz zamanı  dinc insanlar kütləvi qətlə yetirilib, girov götürülüb, eləcə də yaşayış məntəqələri tamamilə dağıdılıb. Eyni zamanda, müharibə dövründə itkin düşmüş minlərlə azərbaycanlının taleyi bugünədək məlum deyil.

Birinci Qarabağ müharibəsində itkin hesab edilən daha üç şəhid...

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində 3890 vətəndaşımız Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. 44 günlük Vətən müharibəsində isə 6 vətəndaşımız itkin düşüb.  Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə kütləvi məzarlıqlar aşkar olunub. Həmin məzarlıqlarda basdırılmış insanlar Birinci Qarabağ müharibəsində itkin düşənlərdir. Onların bəzilərinin kimliyi müəyyənləşdirilərək ailələrinə təhvil verilib və dəfn olunublar. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bu istiqamətdə davamlı olaraq işlər aparılır.

Bu günlərdə Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən daha üç nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar bu gün - fevralın 7-də dəfn olunacaqlar. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Məmmədov Tərlan Fikrət oğlu Yevlax şəhəri Şəhidlər xiyabanında, Quliyev Müşfiq İbrahim oğlu Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığında, Tağıyev Elşən Qubad oğlu isə Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında torpağa tapşırılacaq. Dəfn olunan şəhidlərin üçü də hərbçidir.

Xalqımıza qarşı cinayətlər cəzasız qalmır

İnsanlığa qarşı törədilən bu cinayətlər cəzasız qalmamalıdır və qalmır. 44 günlük Vətən müharibəsində xalqımıza qarşı cinayətlər törətmiş ermənilərin bir qismi öz cəzalarını aldılar. Eləcə də 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilmiş antiterror tədbirləri zamanı separatçılar diz çökdürüldü, onların başçıları həbs olunaraq Bakıya gətirildilər. Bu canilər törətdikləri cinayətlərə görə cavab verəcəklər. Lakin minlərlə azərbaycanlının taleyi haqqında hələ də məlumat yoxdur. Ermənistan tərəfi bu məlumatları verməlidir. Ermənistana öz öhdəliklərini yerinə yetirmək üçün beynəlxalq səviyyədə təzyiq göstərilməlidir. Çünki itkin düşmüş azərbaycanlıların taleyi haqqında məlumat vermək rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklər sırasındadır. Bununla belə, itkin düşmüş həmvətənlərimizin taleyi ilə bağlı dövlətimiz bütün imkanlardan istifadə edir.

Ombudsman: Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir

Məsələ ilə bağlı Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, Azərbaycan tərəfindən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları təqdim etməkdən boyun qaçırır. Ombudsman diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində bu günədək 170-ə yaxın azərbaycanlının şəxsiyyəti müəyyən edilib. Bu proses hələ də davam etməkdədir. “Hesab edirik ki, Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, soydaşlarımızın taleyi barədə məlumatları gizlətməməli, qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir”, - deyə Səbinə Əliyeva vurğulayıb.

Ümumiyyətlə, itkin düşmüş şəxslərin taleyi Azərbaycanın gündəliyində mühüm yer tutur. Xarici İşlər  Nazirliyinin məlumatına görə, 2023-cü ildən etibarən ölkəmiz bu məsələ ilə bağlı məlumatlılığın artırılması üçün beynəlxalq konfranslar təşkil edir. 2024-cü il oktyabrın 2-3-də Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın Bəyannaməsi rəsmi şəkildə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Fevral 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri