Ermənistan məsələsi həll olunmasa, bu, Aİİ üçün sonun başlanğıcı olacaq Paşinyan
Icma.az, 525.az saytına istinadən bildirir.
“Ermənistanla bağlı məsələnin həlli yolu tapılmasa, bu, Avrasiya İqtisadi İttifaqı (Aİİ) üçün sonun başlanğıcı olacaq”.
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
O deyib ki, bu vəziyyət Aİİ-nin iflic olduğunu və fəaliyyətsizliyini göstərir: “Əgər bu məsələ tez bir zamanda həll olunmasa, proqnozlaşdırım ki, bu, Aİİ üçün sonun başlanğıcı olacaq”.
Hökumətin Aİİ-dən çıxmağı düşünüb-düşünmədiyinə gəlincə o, "belə bir plan yoxdur" cavabını verib.
Paşinyan bildirib ki, Ermənistan öz alternativlərini hazırlamaq üçün qanuni hüquqlara malikdir:
“Mən Rusiya prezidentinə dedim ki, biz bu yolu elan etmişik və onu davam etdirəcəyik. Bütün məsələlərdə həmişə alternativlərimiz olmalıdır və alternativlərin olmaması dövrü bitdi".
Ermənistan məhsullarının Rusiyaya ixracı ilə bağlı problemlərə gəlincə, Paşinyan bildirib ki, bunlar respublikanın alternativ siyasət yürütməsi səbəbindən yaranıb, yeganə sual bu alternativin nə vaxt tətbiq olunacağıdır.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 29 İyul 2026 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















