Icma.az
close
up
RU
Ermənistan öz Konstitusiyasına dəyişikliklə bağlı ev tapşırığı nı yerinə yetirsə, dayanıqlı sülh əldə olunar

Ermənistan öz Konstitusiyasına dəyişikliklə bağlı ev tapşırığı nı yerinə yetirsə, dayanıqlı sülh əldə olunar

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı Türkiyənin dəfələrlə bəyan etdiyi siyasətə sahib olduğunu bildirib. Hakan Fidan qeyd edib ki, Türkiyə Azərbaycan və Ermənistan yekun sülh müqaviləsini imzaladıqda Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır. “Biz bunu əvvəlcədən bəyan etmişdik. Ermənistanın regionda sülhə bu qədər can atmasının ən böyük səbəbi, Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı bizdən niyyət bəyannaməsi görməsidir.Əgər indi münasibətləri normallaşdırsaq, Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalaması üçün ən böyük səbəbi aradan qaldıracağıq. Buna görə də, bölgədə dondurulmuş müharibə ilə üzləşə bilərik. Biz bunu istəmirik"-deyə Fidan bildirib. İki ölkənin Vaşinqtonda müqaviləni parafladığını qeyd edən Fidan, müqaviləyə daxil olmayan iki məsələnin olduğunu bildirib: biri Zəngəzur dəhlizi, digəri isə Ermənistan konstitusiyası ilə bağlı müəyyən məsələlərlə bağlıdır. Nazir əlavə edib ki, bu məsələlər həll edildikdən və Azərbaycan yekun razılaşmanı imzaladıqdan sonra Türkiyə Ermənistanla sərhəd keçidlərini açacaq.

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hal hazırda dünyada kifayət qədər dondurulmuş münaqişələr mövcuddur və bu münaqişələrin müddəti 30-40 ili əhatə edir: “Azərbaycan XXI əsrdə nadir dövlətlərdən biri oldu ki, bu münaqişəni öz gücü ilə Ali Baş Komandanın düzgün, uğurlu, düşünülmüş siyasəti ilə və ordusunun qəhrəmanlığı ilə xalqın birliyi ilə çözə bildi. Həm beynəlxalq hüququ, həm milli qanunvericiliyi, həm də İlahi ədaləti bərpa etdi. Təbii ki, 28 il bu münaqişənin dondurulmuş formada saxlanılması bir çox qüvvələrin səyləri nəticəsində oldu və onlar hər vəchlə münaqişəni ya dondurulmuş şəkildə, ya da ki, Ermənistanın xeyrinə həll etməyə çalışırdılar. Prezident İlham Əliyev həmin o qüvvələrin bu oyununu pozdu və qəhrəman ordumuz, Azərbaycan xalqı təbii ki, bununla barışa bilməzdi və bu məsələni həll etmiş oldu. Bizim həm Vətən müharibəsi dövründə, həm onun əvvəlki illərdə və post müharibə dövründə də qardaş Türkiyənin yanımızda gördük. Türkiyə Cümhuriyyəti və onun prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanında olduğunu bildirdi və bizə həm mənəvi, həm siyasi dəstək verməklə bizi daha da gücləndirdi və bu qardaş dövlətin siyasi, mənəvi dəstəyi gücümüzə güc qatdı.

Artıq bütün məsələlər geridə qalıb və Türkiyə xarici işlər naziri Hakan Fidanın övzu ilə bağlı çox vacib fikirlər bildirməsi və fikirlər içərisində “biz artıq bölgədə dondurulmuş münaqişə istəmirik və artıq Azərbaycan Ermənistan arasında münasibətlər normallaşmalı və müqaviləsi imzalanmalıdır” deməsi həqiqəti əks etdirir”.

Vüqar İskəndərov

Vüqar İskəndərov qeyd edib ki, 8 avqust tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda sülh müqaviləsinin paraflanması bir ümid yaradır: “Azərbaycanın təklif etdiyi sülh müqaviləsi və onun bəndlərinin razılaşdırılması onu deməyə əsas verir ki, Ermənistan konstitusiya islahatları həyata keçirsə və ona dəyişiklik etsə, artıq iki ölkə arasında sülh müqaviləsi imzalanmaması üçün heç bir səbəb qalmır. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, bərpa, tikinti işləri görür. Beş ilə yaxındır ki, həmin bölgəmizdə silah səsləri yox, artıq tikinti-quruculuq və sülh dövründə insanların öz əzəli torpaqlarına qayıtmasının şahidiyik. Bunun dayanıqlı və davamlı olması üçün təbii ki, Ermənistan öz üzərinə düşən vəzifələri icra etməlidir. Təbii ki, bundan sonra da bölgədə daimi və dayanıqlı sülh əldə etmək olar”.

“Artıq Azərbaycan həm Türkiyə, qardaş türk dövlətləri ilə, eyni zamanda dünyanın digər gücləri ilə birlikdə yeni geosiyasi və qlobal dəyişimlər içərisində önəmli mövqe qazanıb. Zamanla gücümüz daha da artır. Sözün əsl mənasında, bölgədə daimi sülh əldə olunmalıdır. Bunun alternativi yoxdur. Ona görə də, Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Hakan Fidanın fikirləri təqdirə layiqdir və həqiqətən də artıq boz zonanın günəşli, gözəl, inkişaf etmiş, infrastrukturlu bir bölgəyə çevrilməsi üçün Azərbaycan öz üzərinə düşən vəzifələri icra etməkdədir. Artıq Ermənistanda kifayət qədər işlər görür, lakin hələ Ermənistanın "ev tapşırığı" qüvvədədir. O, konstitutsiyasına dəyişiklik etməlidir. Zəngəzur dəhlizi ilə bağlı məsələləri həll etməlidir. Bundan sonra artıq biz inamla deyə bilərik ki, bölgəmizdə dayanıqlı sülh əldə olunub”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see351

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri