Ermənistan parlamenti Aİ nin böhran idarəçiliyi əməliyyatlarında iştiraka dair sazişi ratifikasiya edib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan parlamenti ölkənin Avropa İttifaqının böhran idarəçiliyi əməliyyatlarında iştiraka dair sazişi 55 lehinə, 24 səs bitərəf olmaqla ratifikasiya edib
APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Ermənistan xarici işlər nazirinin müavini Vaqan Kostanyan bildirib ki, saziş çərçivəsində Ermənistan "yalnız təhlükəsizliyin istehlakçısı olmayacaq", həm də Avropa tərəfdaşlarının həyata keçirdiyi tədbirlərin iştirakçısı olacaq.
Onun sözlərinə görə, sənəd çərçivəsində fəaliyyət göstərən 20 missiya var və onların mandatları ya BMT Təhlükəsizlik Şurası, ya da dəvət edən tərəf tərəfindən müəyyənləşdirilir.
Kostanyan əlavə edib ki, iştirak üçün maliyyə vəsaitləri hələ büdcədə nəzərdə tutulmayıb. Lazım gələrsə, hökumətin ehtiyat fondundan istifadə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 28 Noyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















