Ermənistan parlamentində sülh və sərhəd söhbəti: Çox bədbəxt insanlarsınız
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Çox bədbəxt insanlarsınız – sülhün bərqərar olmasına sevinə bilməyən bədbəxtlər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Vaaqn Aleksanyan parlamentdə müxalifətə müraciətində deyib.
“Əminəm ki, siz sərhəddə qurbanların olmamasına həqiqətən də sevinmirsiniz. Azərbaycanla eskalasiya olanda sizin gözlərinizdəki parıltını xatırlayıram. Amma yenə də sizi kədərləndirməliyəm: bu vəziyyətə (sülhün bərqərar olmasına) görə bədbəxt qalmaqda davam edəcəksiniz, çox bədbəxt olacaqsınız”, - deputat qeyd edib.
Aleksanyan Ermənistan müxalifətini “sovetdənqalma” adlandırıb:
“Qərarları özünüz verə bilmirdiniz, sizin yerinizə sovet imperiyası qərar verirdi. Vətəninizin sərhədinin necə olduğuna qərar verə bilmirdiniz, çünki qərar vermək sizlik deyildi. Bu bir yana, indi də real vətəninizdən - həqiqi dövlətinizdən danışmağa belə qadir deyilsiniz. Bu dövlət sizin deyil, sizin bu dövlətlə işiniz yoxdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 Oktyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















