Icma.az
close
up
RU
Ermənistan parlamentində türk kababı və Ramil Səfərovun “daşı”

Ermənistan parlamentində türk kababı və Ramil Səfərovun “daşı”

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan parlamenti yeni tərkibdə ilk iclasını keçirdi. Amma adı yenidir, həmin köhnə, kifli, ikrah doğuran, Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik toxumu səpənlərin iddialarını oxuduqca “qozbeli qəbir düzəldər” misalı yada düşür. Gənc olsalar da, qanı və düşüncəsi zəhər tuluğundan fərqlənməyən deputatların da cəm olduğu parlamentdən regionun gələcəyinə təhdidlər, katalizator funksiyasının icrası aydın sezilir.

Aylardır ev dustaqlığına məhkum edilmiş milyarder Samvel Karapetyanın qardaşı oğlu, “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan zəhərli ilanların arasında xüsusilə seçilir.

Bölgədə sülhün əldə olunmamasından ötrü elə ilansayağı qabıqdan çıxmaqdadır, ilk tərkibin toplantısındaca zəhərini boşaldıb. Həmin bu Narek təklif edib ki, Azərbaycan vətəndaşlarının Ermənistanda 10 gündən artıq qalması və daşınmaz əmlak almaları qadağan edilsin. Təsəvvür edin, “Güclü Ermənistan” hədəfindədir, amma hesab edir ki, azərbaycanlılara qarşı düşmənçilik etməklə kadastr sənədi belə olmayan Ermənistanı güclülər sırasına daxil edə biləcək. Bu deputatcığaz unudur ki, onun yer tutduğu parlamentdə əslində azərbaycanlılar təmsil olunmalı idilər, əgər 1988-ci ildən başlayaraq azərbaycanlıların növbəti deportasiyası həyata keçirilməsəydi.

Deportasiyanın planlı şəkildə reallaşdırıldığını isə eks-prezident Levon Ter-Petrosyan 1993-cü il iyulun 23-də, Ağdamın işğalından sonra “Yerkrapa” könüllülər birliyinin – terrorçu təşkilatın - toplantısında aqıq etiraf etmişdi. Keçmiş prezidentin “Azərbaycanlıların üç rayonda çoxluq təşkil etməsi Ermənistan üçün təhdid idi”, etirafı erməni vandallarının iç üzünün ifşası idi. “Ermənistanı azərbaycanlılardan ona görə təmizlədik ki, onlar bizə hədəflərimizə çatmağa əngəl olacaqdılar. 170 min azərbaycanlı 3 rayonda çoxluq təşkil edirdilər. Zəngəzur boyu da çoxsaylı idilər. Biz onları təmizləməsəydik, həmin bölgələrdə problemlər yaşayacaqdıq, SSRİ dağılan kimi”, etirafı elə ikinci cani prezident Serj Sarkisyanın “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar”, sözləri kimi, Haaqa Tribunalının mühakimə predmetinə çevriləcək qədər ciddi etirafdır.

 

Baxın, Narek Karapetyan sərsəm təkliflər irəli sürərkən bunu “anti-Səfərov qanunu” adlandırıb və Budapeştdə Azərbaycan bayrağını təhqir edən erməni zabit Qurgen Markaryanın Ramil Səfərov tərəfindən qətlə yetirilməsi hadisəsini eşələyib. Cənab Səfərovun “daş”ı o qədər ağırdır ki, neçə illərdir əl çəkmirlər…O hadisənin üstündən xeyli vaxt keçib, amma narekkimilər fəsiləsinin üzvləri torpağı, yurd-yuvası işğal olunmuş azərbaycanlı sakinin, zabitin dövlət bayrağımızın təhqir olunmasına reaksiyada haqlı olduğunu hələ də qana bilməyib. Üstəlik, kin qusur türklərlə bağlı. Karapetyan bildirib ki, sülh Ermənistan üçün həqiqətən vacibdir, lakin demoqrafik təhlükəsizlik də bir o qədər əhəmiyyətlidir. Fraksiya rəhbəri qeyd edib ki, belə bir qanun, məsələn, Türkiyədə mövcuddur - Ermənistan vətəndaşlarının orada daşınmaz əmlak almaq hüququ yoxdur. Anlamazlıq o həddədir ki, ermənilərin Türkiyə və Azərbaycana vurduqları zərbələri hələ də dərk edə bilmir, ya da başa düşmək istəmir. Hayların zamanında Osmanlıya xəyanət etmələri, sonrakı dönəmlərdə Azərbaycanın tarixi ərazilərində ölkə qurmaq fürsəti əldə etməklə kifayətlənməyərək, saysız cinayətlər törətdiklərini hər gün müzakirə predmetinə çevirsək, gərək onların Qafqazdan çıxarılmalarını, Hindistana qaytarılmalarını şərt olaraq irəli sürək. Humanist Azərbaycan dövləti bunu etmir, münasibətləri sıfırdan başlamağı zəruri sayır, amma hansısa Narek səfeh iddialarla çıxış edir. Anlamır ki, sülhün əbədi olmasından ötrü bu cür sərsəmliklərə son qoymalıdırlar! Həmçinin, azərbaycanlıların Qərbi Ermənistana – öz evlərinə qayıdışı mütləq təmin olunmalıdır, bunun alternativi yoxdur!

Qafqazda qan davası salan, münasibətləri gərginləşdirən II Qaregin parlamentin ilk iclasından kənarda saxlansa da, Ermənistanın revanşist müxalifət qüvvələri, o cümlədən “Güclü Ermənistan” və “Ermənistan” bloklarının deputatları ümumerməni katolikosu II Qareginin ayağına gediblər, ondan “xeyir-dua” alıblar. II Qaregin bu görüşdə hakimiyyətin Ermənistan Apostol Kilsəsinə qarşı atdığı addımları “qanunsuz” və “antikonstitusion” adlandırıb. Göründüyü kimi, yenidən “qaşınırlar” və dinc oturmaq istəmirlər.

Düzdür, Ermənistan parlamentinin yeni sədri Ruben Rubenyan ilk çıxışında türk yeməklərinin ləzzətindən danışıb. “Türkiyədə yemək yeməyi sevərdim, kababı, xüsusən də Adana kababı. Çox bəyəndim. Ləzzətli dadı var idi. İsgəndər kababı yanında sous olarsa, bu, başqa bir ləzzətdir. Ləzzətli şeylər üçün ora tez-tez gedərdim”, Rubinyan deyib. Onun hətta türk kababları barədə dedikləri də revanşist hayları qəzəbləndirib. Rubenyanın “kabab” ifadəsini tribunadan səsləndirməsi də maraqlı məqam idi. Hakimiyyət türk kababı yemək istəyir, Azərbaycanla sülh bağlamağa cəhd göstərdiyini nümayiş etdirir, amma belə görünür revanşistlərin də səsini kəsməyə ciddi maraq göstərmir. İstəsə, revanşistlərin səsi mikrofondaca kəsilər, yaxud Ermənistanı revanşa sürükləyənlərin yolunu kəsər, Qareginlə görüşlərinə imkan verməzdi.

Deməli, oyun gedir, üstəlik, Paşinyan növbəti dönəm üçün qələbəsini təmin edib və parlamentdəki radikallar, üstəlik, təkbaşına qərar verə bilməməsini bəhanə kimi ortaya atacaq...Belələri ilə sülh əldə etmək elə də asan olmayacaq. Ümumiyyətlə, olacaqmı?.. Ermənistanda birdəfəlik başa düşməlidirlər ki, əgər Adana və İsgəndər kababı yemək, Azərbaycandan yanacaq almaq istəyirlərsə, o halda Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına qarşı planlardan əl çəksinlər, 2020-ci ildə qarşımızı heç “Ohanyan səddi” ilə ala bilmədilər. Ötənlər onlara dərs olsun! Əks halda, kabab iyinə gedib görəcəklər ki...

Elşad PAŞASOY

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Avqust 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri