Ermənistan Qazaxıstanla miqrasiya sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib
Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sənəd Ermənistan Konstitusiya Məhkəməsinə, daha sonra parlamentə təqdim olunacaq
Ermənistan Qazaxıstanla miqrasiya sahəsində əməkdaşlıq haqqında sazişi ratifikasiya edib. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, müvafiq qərarı Ermənistanın Nazirlər Kabineti qəbul edib.
İki ölkə vətəndaşlarının gediş-gəlişi və miqrasiya sahəsində əməkdaşlıq haqqında sazişlər 2024-cü il aprelin 15-də İrəvanda Ermənistan və Qazaxıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Murat Nurtleu tərəfindən imzalanıb.
“Sazişin ratifikasiyası digər dövlətin ərazisində yerləşən bir dövlətin vətəndaşlarının hüquqlarının müdafiəsi, o cümlədən informasiya qarşılıqlı fəaliyyəti sahəsində əməkdaşlığı nəzərdə tutur”, - qərarın əsaslandırmasında deyilir.
Saziş çərçivəsində tərəflər miqrasiya sahəsinin tənzimlənməsi üçün sürətli və effektiv prosedurların yaradılmasını, ikitərəfli əməkdaşlıq üçün hüquqi bazanın yaradılmasını planlaşdırır.
Göstərilən müddəalar tərəflərin daxili qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun olaraq həyata keçiriləcək.
Müqavilə baxılmaq üçün Konstitusiya Məhkəməsinə, daha sonra ratifikasiya üçün parlamentə göndəriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 30 Aprel 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















