Icma.az
close
up
RU
Ermənistan risk zonasında: Brüssel narahatdır

Ermənistan risk zonasında: Brüssel narahatdır

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Son dövrlər Ermənistan ətrafında cərəyan edən geosiyasi proseslər Avropa İttifaqının da diqqət mərkəzinə düşüb. Xüsusilə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın səsləndirdiyi fikirlər regionda yaranmış mürəkkəb və təhlükəli vəziyyətin göstəricisi kimi dəyərləndirilir. Ermənistanın Avropa İttifaqına rəsmi şəkildə müraciət edərək dəstək istəməsi və bu məsələnin Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin gündəliyinə çıxarılması ölkənin üzləşdiyi siyasi və təhlükəsizlik risklərinin artdığını göstərir. Xüsusilə Rusiya–Ukrayna müharibəsinin mümkün nəticələri, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri və daxili siyasi gərginliyin fonunda yaranan çağırışlar İrəvan üçün yeni təhlükələr formalaşdırır.

Paşinyan hakimiyyəti üçün təhlükəli mərhələ

“Xalq Cəbhəsi”nə açıqlama verən Millət vəkili Elman Nəsirov bildirib ki, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezident Kaya Kallasın verdiyi açıqlama Ermənistan ətrafında formalaşan təhlükəli geosiyasi vəziyyəti açıq şəkildə ortaya qoyur.

Deputatın sözlərinə görə, Ermənistanın Avropa İttifaqına rəsmi müraciət edərək yardım istəməsi təsadüfi deyil və bu məsələ Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin iclasında müzakirə olunması da vəziyyətin ciddiliyindən xəbər verir: “Ermənistanda 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri fonunda bu müraciətin əsas motivləri aydın görünür. Hazırda Rusiya–Ukrayna müharibəsinin yaxın vaxtlarda başa çatması ehtimalı ciddi şəkildə müzakirə olunur. Hətta Ukraynanın kapitulyasiya aktına imza atması mövzusu gündəmə gətirilir. Bu proseslərdə Avropa İttifaqının danışıqlardan kənarda qalması ehtimalı da Ermənistan üçün əlavə risklər yaradır. Müharibə başa çatarsa, Rusiyanın regionda, xüsusilə də Cənubi Qafqazda təsir imkanları arta bilər: “Belə olan halda ilk hədəflərdən biri Paşinyan hakimiyyəti olacaq. Rusiya Ermənistanda daxili təzyiq mexanizmlərini işə sala, remanşist qüvvələrdən və Qarabağ klanı ilə bağlı siyasi dairələrdən istifadə edə bilər.
Artıq bu istiqamətdə təhlükəli tendensiyalar açıq şəkildə müşahidə olunur. Qarabağ klanının bəzi nümayəndələri və müharibə cinayətlərində ittiham olunan şəxslər son dövrlər daha fəal mövqe sərgiləyirlər. Onlar Qarabağ ermənilərinin geri qaytarılması kimi revanşist çağırışlarla çıxış edir, Ermənistan hakimiyyətini guya milli maraqlardan geri çəkilməkdə ittiham edirlər. Məqsəd qarşıdan gələn parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyətinin mövqelərini zəiflətmək və ölkədə daxili sabitliyi pozmaqdır”.

Millət vəkili əlavə edib ki, bu qüvvələr Rusiyanın müəyyən siyasi və hərbi dairələrindən dəstək almaq niyyətini gizlətmir: “Paralel olaraq Rusiya mediası vasitəsilə Ermənistan hakimiyyətinə qarşı dezinformasiya müharibəsi də genişlənib. Bu reallıqlar Avropa İttifaqında ciddi narahatlıq doğurur və məhz buna görə də Avropa İttifaqı Ermənistanı tək buraxmamaq mövqeyi sərgiləyir. Avropa İttifaqının xarici işlər nazirlərinin bir araya gəlməsinin əsas səbəbi də Paşinyan hakimiyyətinə siyasi, maddi və institusional dəstək imkanlarını müzakirə etməkdir: “Yaxın vaxtlarda Avropa İttifaqının Ermənistan hakimiyyətinə müxtəlif formatlarda dəstək göstərilməsi və bu istiqamətdə konkret razılaşmaların əldə olunması istisna edilmir”.

İrəvan təhlükəli yol ayrıcında

Politoloq Elçin Xalidbəyli deyib ki, Ermənistan hazırda olduqca həlledici və təhlükəli bir keçid dövrünə daxil olub.

Onun sözlərinə görə, bu mərhələ ölkənin gələcək taleyini müəyyən edə biləcək ciddi siyasi proseslərlə müşayiət olunur və artıq Ermənistanda Qərbyönümlü qüvvələrlə Rusiyanın təsir dairəsində qalmağı müdafiə edən dairələr arasında açıq siyasi-ictimai qarşıdurma başlayıb: “Gələn il keçiriləcək parlament seçkiləri Ermənistanın hansı geosiyasi istiqaməti seçəcəyini birmənalı şəkildə müəyyənləşdirəcək. Əgər Paşinyan hakimiyyəti seçkilərdə qalib gələrsə, Ermənistanın Qərbə inteqrasiya siyasəti davam edəcək və Rusiyadan uzaqlaşma xətti daha da güclənəcək. Əks halda, Rusiyanın Ermənistandakı agentura şəbəkəsinin təmsilçiləri hakimiyyətə gələrsə, bu proses təkcə Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün ciddi dəyişikliklərə yol aça bilər. Xüsusilə Qarabağ klanına bağlı siyasi dairələrin və Rusiyaya yaxın agentura şəbəkəsinin hakimiyyətə gəlməsi Paşinyan da daxil olmaqla mövcud hakimiyyət təmsilçiləri üçün ciddi risklər yaradır. Belə bir ssenaridə indiki hakimiyyət nümayəndələrinin böyük əksəriyyətinin həbs olunması ehtimalı realdır. Paşinyan və onun komandası bu təhlükəni çox yaxşı anlayır. Məhz bu təhlükələr səbəbindən Paşinyan hakimiyyəti Qərbə inteqrasiya kursunu sürətləndirir və Avropa İttifaqından açıq şəkildə dəstək istəyir: “Onlar hesab edirlər ki, Avropa Birliyinin siyasi və institusional dəstəyi növbəti parlament seçkilərində qalib gəlmək üçün həlledici rol oynaya bilər”.

Politoloq əlavə edib ki, Paşinyan hakimiyyətinin əsas narahatlığı təkcə seçkilərin nəticələri ilə bağlı deyil: “Hakimiyyət daha çox Rusiyanın və onun Ermənistandakı agentura şəbəkəsinin mümkün silahlı və hərbi təxribatlar törətmək ehtimalından ehtiyat edir. Belə təxribatlar ölkə daxilində vətəndaş qarşıdurmasına yol aça bilər. Məhz buna görə də rəsmi İrəvan Avropa İttifaqından həm siyasi, həm də təhlükəsizlik baxımından dəstək gözləyir”.

Ermənistan kritik dövrdə

Politoloq Vaqif Hüseyn isə əlavə edib ki, 2026-cı il seçkiləri Qərb–Rusiya qarşıdurmasının əsas meydanlarından birinə çevriləcək və bu prosesdə Ermənistan mühüm rol oynayacaq.

Onun sözlərinə görə, Rusiyanın təsir və təbliğat mexanizmlərinin necə işlədiyi artıq hər kəsə məlumdur və məhz bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyan tək qalacağını anlayaraq açıq şəkildə Avropadan dəstək istəyir: “Avropa İttifaqı da bu dəstəyi açıq formada verəcəyini bəyan edib. Bu prosesləri təkcə Ermənistanda deyil, daha əvvəl Moldovada da müşahidə etmişik. Avropanın ciddi maliyyə və siyasi dəstəyi hesabına Moldovada qərbyönümlü hökumət və parlamenti saxlamaq mümkün oldu. Avropadan gələn vəsaitlər olmasaydı, bu nəticəni əldə etmək çətin olardı.Ermənistanda seçkilərə təsir imkanları bir neçə əsas faktordan asılıdır. O bildirib ki, müxalifətin hakimiyyətə gəlmək üçün real ideoloji platforması yoxdur və onların yapışa biləcəyi yeganə şüar Qarabağ mövzusudur. Qarabağ erməniləri faktoru yenidən gündəmə gətirilə bilər. Ermənistan cəmiyyətinin əvvəlki davranışı da göstərdi ki, məğlubiyyətdən sonra belə Paşinyan səs toplaya bildi. Bu isə emosional manipulyasiya imkanlarının hələ də mövcud olduğunu göstərir”.

V.Hüseyn əlavə edib ki, əsas təsir imkanları birbaşa iqtisadi vəziyyətlə bağlı olacaq: “Əgər Ermənistanda iqtisadi durum pisləşərsə, xarici təsir imkanları artacaq. Əksinə, müəyyən iqtisadi sabitlik qorunarsa və Avropa tərəfindən real dəstək göstərilərsə, bu təsirlərin zəifləməsi mümkündür”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Dekabr 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see981

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see447

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see349

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see268

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see256

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see254

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see246

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see235

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see225

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see191

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see180

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri