Icma.az
close
up
RU
Ermənistan Rusiya silahlardan vaz keçdi: Kreml İrəvana hələlik təmkinlə yanaşır

Ermənistan Rusiya silahlardan vaz keçdi: Kreml İrəvana hələlik təmkinlə yanaşır

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ermənistan Rusiya silahlarını almaqdan imtina edərək əvəzində Hindistan və Fransadan silah almağa başlayıb.

Bakıvaxtı.az-ın məlumata görə, belə ki, İrəvan Rusiya ilə sonuncu müdafiə sazişini 2021-ci ildə bağlayıb. Saziş hələ də tam icra olunmayıb. Halbuki 2022-2023-cü illərdə Ermənistan Hindistanla 1,5 milyard dollardan çox, Fransa ilə isə 250 milyon dollarlıq müdafiə müqavilələri imzalayıb. Bu müddət ərzində Ermənistan Hindistandan 214 mm-lik "Pinaka" reaktiv yaylım atəş sistemləri, 155 mm-lik ATAGS artilleriya sistemləri, ZADS antidron sistemləri, "Akaş-1S" hava hücumundan müdafiə sistemləri, həmçinin "Konkurs" tank əleyhinə raket kompleksləri alıb. Eyni zamanda Ermənistan Fransadan 3 "GroundMaster 200" radarı, "Mistral 3" portativ zenit-raket kompleksi və SEZAR özüyeriyən artilleriya qurğusu sifariş edib.

Ermənistanın Rusiya silahlarından imtina etməsinin səbəbi nədir? Bu imtina iki ölkənin münasibətlərinə necə təsir edir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Ermənistanın Rusiyadan silah almaqdan imtina etməsinin bir neçə səbəbi ola bilər:

"Birincisi, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama verdi ki, Ermənistan Rusiyaya pulunu ödəsə də, Moskvadan silahlarını ala bilmir.

İkincisi, Paşinyanın Rusiya istehsalı silahlara çox da güvənməməsi ola bilər. Paşinyan bunu Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəbi kimi görə bilər.

Üçüncüsü, Ermənistan Hindistan və Fransadan daha əlavə şərtlərlə silah ala biləcəyini düşünə bilər. Ermənistanın qarşıdakı dövrdə Hindistandan "Pinaka", ATAGS və "Akaş-1S" əlavə, yeni silahlar alacağı da gözlənilir. Baxmayaraq ki, İkinci Qarabağ savaşından əvvəlki dövrlərdə Rusiyaya Ermənistanda ödənişsiz, pay silahlar da verib".

Samir Hümbətov: Ukrayna münaqişəsi bitəndən sonra Rusiya Ermənistanla münasibətlərinə yenidən baxacaq

Müsahibimizin fikrincə, Rusiyanın Ermənistanla əldə olunan razılaşmaya əməl etməməsinin səbəbi Ukrayna ilə apardığı müharibənin hələ də davam etməsi ola bilər.

"İstənilən halda Ermənistanın imtinası iki ölkənin münasibətlərinə təsirsiz ötüşməyəcək. Rusiya hələlik bu məsələdə Ermənistana təmkinli yanaşır. Buna səbəb Rusiya üçün valyutanın Ermənistan üzərindən "qara kassa" kimi yuyulmasıdır. Yəni, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda Rusiya Ermənistanla həyata keçirilən ticarət dövriyyəsi üzərindən qara pulların yuyulmasını həyata keçirə bilir. Ukrayna münaqişəsi bitəndən sonra Rusiya Ermənistanla münasibətlərinə yenidən baxacaq", - deyə Samir Hümbətov qeyd edib.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 May 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see178

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see171

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri