Icma.az
close
up
RU
Ermənistan Rusiyaya qarşı xəyanət siyasəti həyata keçirir Moskva biganə qalmayacaq

Ermənistan Rusiyaya qarşı xəyanət siyasəti həyata keçirir Moskva biganə qalmayacaq

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mövzu Rusiya Federasiyası üçün o qədər vacibdir ki, bir gün ərzində 3 əsas fiqur cavab verdi: Rusiya baş nazirinin müavini, “ağır artilleriya”, keçmiş prezident, TŞ sədrinin müavini və Prezidentin mətbuat katibi.

Bu sözləri “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan Ermənistanın AB-yə üzvlük prosesinə başlanılması haqqında qanun layihəsinin NK-da təsdiqlənərək, parlamentə göndərilməsi haqda qeyd edib.

O bildirib ki, Ermənistanın bu addımı Rusiyaya qarşı və Aİİ-dən çıxmanın başlanması kimi qəbul edilib:

“Ermənistanın Aİİ-dən çıxması təkcə iqtisadi deyil, həm də ciddi siyasi problemləri ehtiva edir və birbaşa Ermənistanın təhlükəsizliyi ilə bağlıdır.

Yeri gəlmişkən, KTMT ilə münasibətlərdə yaranmış böhran vəziyyətində hətta Ermənistan Aİİ-nin əhəmiyyətini və ondan əldə edilən böyük faydanı bəyan etsə də, Moskva xəbərdarlıq edib ki, onlar son addıma “göz yummaq” fikrində deyillər.

İqtisadçılar bu prosesin ağır iqtisadi nəticələrindən danışacaqlar, lakin bu, siyasi və təhlükəsizlik baxımından ölkəni zəiflədəcək”.


Politoloq Azad Məsiyev "Sherg.az"a bildirib ki, Ermənistan öz müstəqilliyini elan etdiyi dövrdən Rusiyanın himayəsi altında formalaşıb və inkişaf edib:


"Ermənistanın Rusiyaya mənəvi borcu var. Buna baxmayaraq, rəsmi İrəvan açıq şəkildə Rusiyaya qarşı xəyanət siyasəti həyata keçirməkdədir. Paşinyan BMT-nin maliyyə və diplomatik korpusunun dəstəyi ilə hakimiyyətə gətirildi. Bu zaman o, bir öhdəlik götürdü ki, Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətməli və BMT-nin himayəsinə keçməlidir. Paşinyan açıq şəkildə bu siyasəti müxtəlif platformalarda həyata keçirir. Bu baxımdan Ermənistan Baş naziri KTMT-ni baykot edir. Lakin bu təşkilatın təlim və tədbirlərində iştirak etməsə də, rəsmi olaraq çıxmayıb. Ermənistan çox gözəl bilir ki, Rusiyayla əlaqələrini həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən kəssə, məhv ola və xəritədən silinə bilər. Digər tərəfdən Ermənistan KTMT-dən çıxarsa, Aİİ-dən də qovulacaq.  Rusiya rəsmi nümayəndələri də bildirir ki, Ermənistanla arasındakı iqtisadi əməkdaşlıq 10 milyon civarında inkişaf etməkdədir. Bu rəqəm birbaşa Qərbə mesajdır ki, Ermənistan Rusiyadan iqtisadi asılıdır.  Buna baxmayaraq Paşinyan hakimiyyəti ehtiyatlı şəkildə Rusiyayla siyasi münasibətlərini gərginləşdirir. Ümumiyyətlə Ermənistanın Müdafiə nazirliyində və Baş nazirin ətrafında olan müşavirlər Qərbdən gələn kadrlardır".


Politoloqun sözlərinə görə, Rusiya Paşinyanın Qərbə inteqrasiyasını biganə qarşılamayacaq:

"Ermənistan müstəqil dövlətdirsə, istədiyi zaman xarici siyasət kursunu dəyişə bilər. Amma Ermənistanın MDB, KTMT və Aİİ-də fəaliyyətdə olduğu halda AB-yə getməsi bir qədər real görünmür. Hətta Rusiyanın hərbi bazası da Ermənistanda mövcuddur. Ümumiyyətlə Paşinyanın bunları etməkdə əsas məqsədi Rusiyanın təsir dairəsindən çıxmaq və Qərbi öz arxasına alaraq Azərbaycana qarşı təzyiq kampaniyası keçirmək istəyidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Yanvar 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri