Icma.az
close
up
RU
“Ermənistan seçkilərində əsas gündəm Azərbaycan mövzusudur” ŞƏRH

“Ermənistan seçkilərində əsas gündəm Azərbaycan mövzusudur” ŞƏRH

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistanda seçkilərə sayılı günlər qalıb. Həm bu ölkə, həm də region üçün mühüm bir proses olacağını rahatlıqla demək olar. Seçkilərin nəticəsinin Ermənistan-Azərbaycan sülh danışıqlarının gələcəyi, Türkiyə-Ermənistan normallaşma prosesi, Rusiyanın Cənubi Qafqaza təsiri, Avropanın enerji təhlükəsizliyi və s. kimi bir çox mühüm məsələyə dolayı təsiri olacaq”.

Gununsesi.info bildirir ki, bunu politoloq Turan Rzayev deyib:

“Lakin bir məsələ artıq dəqiqdir. Seçkilərdə qalibi də, məğlubu da Azərbaycan faktoru müəyyən edəcək. Əslində Azərbaycan bu və ya başqa formada Ermənistan seçkilərinə müdaxilə etmir, belə bir düşüncəsi də yoxdur. Düzdür, seçkilər Bakıdan da izlənilir, lakin birbaşa müdaxilədən söhbət gedə bilməz. Digər tərəfdən Azərbaycanın Ermənistana hansısa hücum planı da yoxdur. Bakı İrəvanla sülh danışıqlarından məmnundur. Paralel olaraq delimitasiya və demarkasiya prosesi davam edir. Vətəndaş cəmiyyəti nümayəndələri isə bir müddətdir ki, intensiv qarşılıqlı səfərlər edir.

Real mənzərə bundan ibarət olsa da, Ermənistandakı seçki kampaniyasında Azərbaycan, Prezident İlham Əliyevin çıxışları və mesajları gündəm yaradır. R. Köçəryan və onun kimi digər revanşistlər açıq şəkildə Azərbaycan təhdidindən danışır, azərbaycanofobiyanı təbliğ edir. N. Paşinyanın da gündəmində Azərbaycan, Azərbaycanla münasibətlər və ehtimal risklər kimi mövzular var. Məhz buna görə demək olar ki, seçkinin qalibini Azərbaycan faktoru müəyyən edəcək.

Bir tərəfdən Azərbaycanla əməkdaşlıq və sülhün faydalarından bəhs edən Paşinyan var, digər tərəfdən isə Azərbaycanı təhdid aləti kimi təqdim edərək seçiciləri qorxudub nəyəsə nail olmağa çalışan R. Köçəryan və revanşistlər var”.

Turan Rzayev hesab edir ki, Paşinyan və komandası seçkidə qalib gələcək:

“Çünki daha orijinal və rəngli kampaniya aparırlar. Bundan başqa, vədləri erməni cəmiyyətinin maraqlarına uyğundur. Yəni İrəvan AB-yə üzv ola bilməsə belə, bu vədin xalqa verilməsi R. Köçəryanın Azərbaycan “təhlükəsi”ndən danışmasından, nicatı Rusiyada görməsindən daha xoş səslənir.

İkincisi, Paşinyanın hakimiyyəti dövründə başlayan və uğurla davam edən bir sülh prosesi var. Bu prosesin bir də Türkiyə xətti var.
Yəni reallığın çəkisi Paşinyanın xeyrinədir. Əslində R. Köçəryan və digər revanşistlərin israrla seçki kampaniyasını Azərbaycan təhdidi üzərində qurması təəccüblü deyil. Onlar qorxur ki, seçkidə məğlubiyyətdən sonra Paşinyan onları bu və ya hansısa formada həbs edib Azərbaycana qaytaracaq.

Azərbaycan tərəfi belə bir tələblə çıxış etməsə də, imkan yaranacağı təqdirdə bu məsələyə qayıdacağı açıqdır. Misal üçün, 44 günlük müharibə zamanı Köçəryan, həmçinin S. Sarqsyan və S. Ohanyan Qarabağa gəlmişdi. Azərbaycan tərəfi onların yerini bilirdi və həbs etməyə hazırlaşırdı. Amma Rusiya kəşfiyyatından bu haqda xəbərdarlıq alan Köçəryan Ermənistana qaçdı. Onun ardınca Sarqsyan, Şuşanın azad olunması ərəfəsində isə Ohanyan da Qarabağdan qaçdı.

Yəqin ki, adı çəkilən şəxslər Azərbaycana birmənalı şəkildə verilməyəcək. Lakin ortaq bir məhkəmə prosesi ilə mühakimə edilib həbs edilə bilərlər. Seçkilərin nəticəsinə gəldikdə isə Paşinyanın qələbəsi istisna deyil”.

Günay

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 İyun 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri