Icma.az
close
up
RU
Ermənistan siyasi seçim qarşısında

Ermənistan siyasi seçim qarşısında

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

2026-cı il parlament seçkiləri Paşinyanın üçüncü sınağı olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib. Paşinyan bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri gələn il iyunun 7-nə təyin olunub. Hakimiyyət düşərgəsini təmsil edən şəxslər növbədənkənar seçkilərin istisna edildiyini bir neçə dəfə bildiriblər. İndiyədək seçkilərdə iştirak etmək niyyətini, həmçinin ölkənin ikinci prezidenti Robert Koçaryan, eləcə də insan hüquqları üzrə keçmiş müvəkkil (ombudsman) Arman Tatoyan, həmçinin həbsdəki oliqarx Samvel Karapetyan da bəyan edib. Maraqlıdır ki, parlamentin sədri Alen Simonyan da gələnilki seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürüb. O, hakim “Mülki müqavilə” partiyasından namizədliyinin irəli sürüləcəyini bildirib.

Bəs N.Paşinyanın yenidən seçilmək şansları nə qədərdir? Onun zəif və güclü tərəfləri hansılardır? Gələn il hakimiyyəti əlində saxlaya biləcəkmi? Bütövlükdə, “Mülki müqavilə”nin siyasi perspektivi necədir?

İrəvanda fəaliyyət göstərən və Ermənistandakı prosesləri tədqiq edən siyasi ekspertlər bu fikirdədirlər ki, Paşinyanın 2026-cı il seçkilərində iştirak etmək niyyətini açıqlaması ölkə daxilində yeni siyasi dinamikanın başlandığını göstərir. 2018-ci ilin may ayından hakimiyyətdə olan Paşinyan artıq iki seçki prosesindən qalib çıxıb. Söhbət 2018-ci il dekabrın 9-da və 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərindən gedir. Onun xüsusilə 2021-ci ildə - İkinci Qarabağ müharibəsindən sonrakı seçkilərdə elektoratın dəstəyini qoruyub saxlamağı bacarması, ardıcıl təzyiqlərə baxmayaraq, hakimiyyətini möhkəmləndirməsi diqqət çəkmişdi. Başqa sözlə desək, Paşinyan və onun partiyası 2021-ci ildə yeni xarici və daxili siyasət həyata keçirmək üçün mandat almışdı. O vaxtdan bəri Nikol dinc inkişaf və köhnə münaqişələrdən asılılığın azaldılması istiqamətində kurs elan etmişdi. Məsələn, o, qarşıdan gələn parlament seçkilərinin əsas sualının Ermənistan xalqının sülh istəyini yenidən təsdiqləyib-təsdiqləməməsi olduğunu vurğulayıb.

Lakin 2026-cı il seçkiləri həm regional, həm də daxili siyasi kontekstə görə fərqli sınaq olacaq. Çünki Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası son illərdə bir sıra sosial-iqtisadi problemlərlə, təhlükəsizlik çağırışları ilə üz-üzə qalıb. 2023-cü ilin payızındakı antiterror əməliyyatı, orada yaşayan erməni əhalinin Ermənistana köçüb getməsi, sərhəd məsələlərinin həllindəki çətinliklər ictimai etimadın azalmasına səbəb olub. Hakimiyyətin siyasi və diplomatik addımlarının bəzən nəticəsiz qalması Paşinyanın mövqelərinə mənfi təsir göstərir. Hakim partiya və baş nazir eyni zamanda reytinqlərinin əhəmiyyətli dərəcədə azalması və artan ictimai etimadsızlıqla üzləşirlər. Son araşdırmalardan birində respondentlərin təxminən 17 faizi seçkilər növbəti bazar günü keçirilərsə, Paşinyana və ya onun partiyasına səs verəcəklərini bildirib. Bu il martın 30-da yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə Gümrü və Parakarda hakim partiyanın məğlubiyyəti də diqqətdən yayınmamalıdır.

Sosial sahədə də narazılıqlar artır. Əhalinin gəlir səviyyəsinin aşağı olması, qiymət artımları, korrupsiya ilə mübarizənin zəifləməsi barədə ictimai tənqidlər hakim partiyanın reytinqinə mənfi təsir edən amillərdəndir. Əlavə olaraq, kilsə ilə münasibətlərdə yaranmış gərginlik, xüsusilə bütün ermənilərin katolikosu II Qareginlə bağlı hadisələr, hökumətin cəmiyyətin ənənəvi təbəqələri ilə əlaqələrində soyuqluq yaradıb.

***

Qeyd etdiyimiz kimi, Paşinyan seçkilərin bir sınaq olduğu fikrini fəal şəkildə təbliğ edir. “Ermənistan xalqının sülh, yoxsa münaqişəyə qayıtmaq istəyi” fikri “Mülki müqavilə” üçün vacib seçki arqumentinə çevrilir. Sonuncu fikir “dəyişiklik generatoru” kimi qəbul edilir. Paşinyanın Qərblə, xüsusilə Avropa İttifaqı və ABŞ-la münasibətləri dərinləşdirməyə yönəlik siyasəti bir qrup seçici üçün müsbət siqnal sayılır. Bu kurs Ermənistanı Rusiya asılılığından qismən uzaqlaşdırmaq, təhlükəsizlik və iqtisadi əlaqələri diversifikasiya etmək məqsədi daşıyır. Əgər bu istiqamətdə konkret nəticələr əldə olunarsa, “Mülki müqavilə” partiyası seçkilərdə ciddi üstünlük qazana bilər.

Sirr deyil ki, Nikolun əsas məqsədi seçicilərə sabitlik və islahatların davamlılığını vəd etmək olacaq. Onun bir neçə gün öncə verdiyi bəyanat da bunun göstəricisidir. Paşinyan deyib: “Biz müharibəni yox, sülhü seçdik. Biz nifrəti yox, inkişafı seçdik. 2026-cı ildə xalq yenidən kiminlə gələcəyə getmək istədiyini göstərəcək. 2026-cı il seçkiləri Azərbaycanla münasibətlər də daxil olmaqla, yeni sülhsevər kursun təsdiqlənməsi anıdır”.

Bununla yanaşı, “Mülki müqavilə” üçün əsas risklərdən biri seçici fəallığının aşağı olmasıdır. 2021-ci ildən fərqli olaraq, cəmiyyətin böyük hissəsində siyasi apatiya müşahidə olunur. Əgər seçici fəallığı 50 faizdən aşağı düşərsə, müxalifətin konsolidasiya cəhdləri daha real nəticə verə bilər.

Seçkilərdə iştirak edəcəyini açıqlayan digər şəxslər – ikinci prezident R.Koçaryan, keçmiş ombudsman A.Tatoyan və iş adamı S.Karapetyanın prosesdə iştirakı siyasi mübarizəni daha gərgin edəcək. Koçaryan ənənəvi revanşist elektorata söykənir və Rusiyayönlü dairələrin dəstəyinə arxalanır. Tatoyan isə sosial ədalət və insan hüquqları mövzusunda daha yumşaq, lakin cəlbedici mesajlar verir. Onun “nə Şərq, nə Qərb” tipli balanslı yanaşması, Paşinyan və Koçaryan kimi qütbləşmiş fiqurlar arasında alternativ kimi görünür. Bununla belə, Tatoyanın da radikal revanşist ruhlu olduğu diqqətdən yayınmamalıdır.

Oliqarx S.Karapetyanın siyasi arenaya qədəm qoyması isə maliyyə və iqtisadi resursların rolu baxımından diqqətəlayiqdir. O, iqtisadi stabillik və sərmayə mühiti ilə bağlı vədləri önə çəkə bilər. Lakin onun hazırda həbsdə olması bu cəhdlərin effektini məhdudlaşdırır. Bu gün köhnə Ermənistan elitasının və müxalifətin bir çoxu köhnəlmiş və ya klan kimi qəbul edilir. Bəzi ekspertlər hesab edirlər ki, gənclər və laqeyd seçki qrupları Paşinyanı yeni qüvvə kimi dəstəkləyə bilərlər.

Parlament sədri A.Simonyanın da namizədliyini irəli sürməsi hakim komandanın daxilində müəyyən rəqabətin yaranmasına işarədir. Bu, Paşinyanın partiya daxilində liderlik mövqeyini qorumaq üçün əlavə siyasi səylər göstərməsinə səbəb ola bilər.

Bütövlükdə, 2026-cı il seçkiləri Ermənistan üçün strateji istiqamətin dəyişdiricisi ola bilər. Paşinyan qalib gələcəyi təqdirdə Qərbə inteqrasiya xəttinin legitimliyi möhkəmləndiriləcək. Koçaryan və ya digər müxalif qüvvələrin hakimiyyətə gəlməsi Rusiya ilə münasibətlərin yenidən istiləşməsinə, eyni zamanda, daxili sabitliyin dəyişməsinə gətirib çıxara bilər. Paşinyanın seçilmə şansı hazırda 50/50 səviyyəsində qiymətləndirilir. Onun uğuru seçkiöncəsi dönəmdə sosial-iqtisadi mühitin yaxşılaşması və təhlükəsizlik məsələlərinin nə dərəcədə idarə olunacağından asılı olacaq. Əgər o, regionda balanslı siyasət yürüdə, sərhəd danışıqlarında müəyyən irəliləyiş əldə edə bilsə, “Mülki müqavilə” yenidən hakimiyyətini qoruyub saxlaya bilər. Paşinyanın 2026-cı il seçkilərində iştirakı Ermənistan siyasətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Onun qarşısında həm daxili sosial problemlər, həm də xarici siyasətdəki balans çağırışları dayanır. Bununla belə, Paşinyanın hələ də ciddi seçici bazasına sahib olması və siyasi təcrübəsi onu rəqiblərindən fərqləndirir. Seçkilərin nəticəsi, əslində, Ermənistan cəmiyyətinin hansı istiqaməti – Qərbyönlü yenilənməni, yoxsa keçmiş sistemin bərpasını seçəcəyini göstərəcək.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see235

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see172

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri