Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Ermənistan seçim qarşısında: Aİ, yoxsa Aİİ?

Ermənistan seçim qarşısında: Aİ, yoxsa Aİİ?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İrəvan “od”la “su” arasında qalıb

“Bir məqamda Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməsinə ehtiyac yaranacaq. Çünki eyni zamanda, hər iki ittifaqda birlikdə qalmaq mümkün deyil”. Bu fikri jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib. Cənab Overçuk, eyni zamanda, ölkələr arasındakı biznes münasibətlərində dəyişikliklərin baş verdiyini də diqqətə çatdırıb. Hətta bunu da deyib ki, Rusiya biznesi Ermənistanla işləməyə ehtiyatla yanaşmağa başlayıb.

Əlbəttə, yazımızda Rusiya-Ermənistan münasibətlərinin iqtisadi trayektoriyasındakı mətləbləri diqqətə çatdıracağıq. Amma bununla bağlı detallara getmək niyyətindən uzağıq. Nə də Ermənistan-Qərb yaxınlığının xüsusiyyətləri üzərində ətraflı dayanacağıq. Hər iki xüsus fonunda vurğulamaq istədiyimiz bir vacib məqam var ki, ondan sonda bəhs edəcəyik. Hələlik isə...

Əvvəla onu deyək ki, Overçukun timsalında bir dövlət rəsmisinin biznes strukturlarının adından danışaraq, onların hiss etdikləri məqamı qabartması, ilk baxışdan, məqbul deyil. Amma nəzərə alsaq ki, söhbət Rusiya dövlətinin təmsilçisindən gedir, bütün daşlar yerinə oturur. Yəni bu gün rus biznesi Ermənistandan əlini çəkirsə, deməli, Moskva artıq İrəvana qarşı mühüm təsir rıçaqını işə salıb. Əlbəttə, buna işə salmaq demək bir o qədər yerinə düşmür.

Hər halda, Rusiyanın Ermənistanı iqtisadi cəhətdən sıxacağını söyləmək mümkünsüzdür. Çünki birinci ikinciyə olan ümidini itirməyib. Yəni Kremldə hələ də hesab edirlər ki, Ermənistan yenidən Rusiyanın orbitinə qayıdacaq. Belə bir məqamda baş nazir Nikol Paşinyan ölkəsinin Aİ-yə qoşulmaq prioritetini açıqlayır. O prioritet ki, onun icrasına doğru əməli fəaliyyətin gerçəkləşməsinə başlanılmasının özü belə, İrəvanın üzvü olduğu Aİİ-dən yollarını ayırması anlamı daşıyacaq. Ona görə ki, Aİ yolçuluğu daxili qanunvericiliyə əl gəzdirməkdən keçir. Erməni qanunvericiliyi isə Aİİ prosedurlarına köklənmiş durumdadır. Buna görə də Overçuk prinsip etibarilə hansı məqamı qabartdığının fərqindədir.

A.Overçuk Ermənistan və Rusiya arasında müsbət təmasların qaldığını xatırlatsa da, 2025-ci ildə ölkələrin qarşılıqlı ticarət dövriyyəsinin həcmində nəzərəçarpacaq geriləmənin müşahidə edildiyinə diqqət çəkib: “Bu il Ermənistanla iqtisadi sahədə, konkret desək, Rusiya və Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsində azalma müşahidə edirik. Ötən il, yadınıza gəlirsə, ölkələrimiz arasında ticarət dövriyyəsi 12,4 milyard dollar təşkil edirdi. Bu il isə aydındır ki, o, təxminən 6 milyard dollar səviyyəsində olacaq. Bu, çox nəzərəçarpan azalmadır”.

Əslində, istər Overçukun açıqladığı 12,4 milyard dollar, istərsə də 2023-cü ilin göstəriciləri heç də reallığı əks etdirmirdi. Axı Ermənistanın yüksək ticarət dövriyyəsini qarşılayacaq bazasının olmadığı hər kəsə yaxşı məlumdur. O da məlumdur ki, Ermənistan sanksiya altında olan rus mallarının təkrar ixracından qazanırdı və şübhəsiz, belə bir durumun verdiyi dividend real iqtisadi mənzərəni əks etdirə bilməzdi və zamanında məsələ barədə hətta ABŞ nəşrləri də geniş məqalələr yayımlamışdılar. Ancaq necə deyərlər, alan razı, satan razı.

Rusiya ona görə razı idi ki, sanksiyadan yan keçirdi. Ermənistan o səbəbdən məmnun idi ki, faktiki olaraq, əziyyət çəkmədən gəlir əldə edirdi. Avropada, bütövlükdə dünyada isə hesab edirdilər ki, İrəvanın Rusiyanın sanksiya altındakı mallarının satmasına göz yummaqla, Ermənistanı maliyyə xərcləmədən dolandıracaqlar. Yəni təki Paşinyan kömək üçün əl açmasın. Axı kömək Ukraynaya göstərilir, Ermənistan əlavə yük olar.

Bir məsələ də var ki, Rusiya rəsmiləri çox tez-tez Ermənistanla ticarət dövriyyəsinin artmasını ikinciyə lütf kimi qiymətləndirir, minnət duyğularını əsirgəmirlər. Bu o deməkdir ki, Moskva İrəvanın, belə demək mümkünsə, körpü köməyi olmadan da ayaqda qala bilər. Hərçənd, heç kəs əlavə puldan imtina etmir. Rusiya da həmçinin. Amma indi vəziyyət başqadır. Moskva üçün çəmbər əvvəlki illərlə müqayisədə xeyli daralıb.

Əlqərəz, istər-istəməz, sual yaranır: Rusiya ilə Ermənistan arasındakı 2024-cü ildəki 12,4 milyard dollarlıq ticarət dövriyyəsinin həcminin 2025-ci ildə birdən-birə yarıbayarı azalması nə deməkdir? Aydındır ki, azalmanın kəskinliyi heç bir iqtisadi parametrə və anlayışa uyğun gələn hal deyil. Görəsən, nə dəyişdi? Prinsip etibarilə heç nə. Ermənistan həminki Ermənistandır, Rusiya da həminki Rusiya.

Heç nə dəyişməyib və bunun özü də 12,4 milyard dollarlıq rəqəmin reallığı əks etdirmədiyinin sübutudur. Ancaq dəyişən bir şey var. Məsələ ondadır ki, anti-Rusiya ovqatına köklənmiş dünya indi Ermənistana oyunbazlıq üçün imkan tanımır. Moskva ilə İrəvan arasındakı əvvəlki işbirliyinin davamına isti yanaşmır. Dedik axı, çəmbər daralıb. Buna görə də Aİ Ermənistanla tərəfdaşlıq üçün strateji gündəlik hazırlayıb. Məlumdur ki, bununla bağlı sənəd Avropa İttifaqı və Ermənistan arasında bu il dekabrın 2-də Brüsseldə keçirilmiş Tərəfdaşlıq Şurasının VI iclasında imzalandı. Nəzərə alaq ki, sözügedən gündəliyin erməni iqtisadiyyatına yardım parametri də aktualdır.

... Ardınca Paşinyanın Almaniyaya səfəri reallaşdı ki, baş nazir orada jurnalistlərlə görüşündə iddialı açıqlamalar verdi. O, ölkəsinin Aİ-yə üzvlük yolunun olduğunu, lakin Aİİ-dən çıxmaq niyyəti güdmədiyini vurğuladı, sonra isə Aİİ-nin toplantısına qatılmaq üçün Moskvaya yollandı. Əlbəttə, Paşinyan və erməni iqtidarı durumu ölkənin balans siyasəti yürütməsi, proqnatik və rasional davranması kimi qiymətləndirməkdə sərbəstdir. Ancaq həm Overçukun açıqlaması, həm də reallıq onu göstərir ki, belə balans siyasəti olmur, Ermənistan seçim etməlidir.

Qeyd edək ki, N.Paşinyan Almaniyada Aİ-yə üzvlük məsələləri haqqında ətraflı açıqlamalar da verdi. Amma onun söylədiklərinin məzmunu heç də o demək deyildi ki, Ermənistan başladığı prosesin nikbin sonluqla bitəcəyinə inanır. Hər halda, Nikol da Aİ-yə qoşulmanın asan iş olmadığından xəbərsiz deyil. O, sadəcə ölkəsinin siyasi kursunun Qərbyönümlü olduğunu açıqlayır, daha doğrusu, daim yada salır və gündəmdə saxlayır.

Nikol, eyni zamanda, subliminal mesajlar da ötürür. Elə təəssürat yaranır ki, Ermənistan həm Rusiyanı, həm də Qərbi şantaj etməklə məşğuldur. Paşinyan sanki birinciyə ikinci ilə, ikinciyə birinci ilə yaxınlaşa biləcəyinə dair siqnallar ötürür. Belə yanaşma, yəni ikili oyun olduqca təhlükəlidir və mənfi nəticələr doğura bilər. Elə isə keçək sonda vurğulayacağımızı bildirdiyimiz məqama.

Sözümüz ondadır ki, Ermənistan kimi təbii resurslara malik olmayan kiçik bir ölkənin “təhlükəli sularda üzməsinə”, mürəkkəb gedişlərə baş vurmasına, qətiyyən, ehtiyac yoxdur. Eləcə də Paşinyanın özünü müdrik siyasətçi obrazında göstərməsi yersizdir. Həm onun ölkəsinin, həm də özünün hər kəsə bəlli bir tutumu var. O tutumdan kənara çıxma eybəcər görünür. Ola bilər, Nikol bunun fərqində deyil. Amma fərqində olmalıdır və eyni zamanda bilməlidir ki, müxtəlif ziddiyyətli tərəflər arasında manevr siyasətinə baş vurmaqdansa, reallığı dəyərləndirməsi daha məqbuldur.

Reallıq isə budur ki, Ermənistan ilk növbədə regiondan möhkəm tutmalı, Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasına, ən başlıcası, regional komminikasiyaların açılmasına iradə göstərməli, ölkəsinin qlobal TRIPP marşrutunda etibarlı tranzit statusunun formalaşmasına nail olmalıdır. Ermənistanın həm siyasi, həm də iqtisadi müstəqilliyi məhz bundan asılıdır. Belə bir status əldə olunacağı və möhkəmlənəcəyi təqdirdə, nə Aİ-yə qoşulmaq kimi məşəqqətli və nəticəsi qeyri-müəyyən yola girməyə ehtiyac qalacaq, nə də Ermənistan Rusiyanın Overçukun və digər ölkə rəsmilərinin dili ilə səslənən subliminal təhdid mesajlarından çəkinəcək. Həmçinin İrəvan sabit və leqal gəlirlərə sahiblənəcək ki, bu gəlirlər erməni əhalinin istər maddi durumunun, istərsə də sosial rifah halının yüksəldilməsini təmin edəcək.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:337
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri