Icma.az
close
up
RU
Ermənistan sülh istəmirsə, bizə də lazım deyil

Ermənistan sülh istəmirsə, bizə də lazım deyil

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İrəvan qarşısında duran vəzifələri yerinə yetirməyi vacib bilmirsə, bunu Azərbaycan öz bildiyi formada edəcək


“Təkcə azərbaycanlılar Zəngəzura qayıtmayacaqlar, Azərbaycan da Zəngəzuruna qayıdacaq”


Prezident İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibəsində olduqca vacib məqamlara toxundu.  Dövlət başçısının xarici siyasət və Azərbaycanın təhlükəsizliyi ilə bağlı açıqlamaları ölkəmizin gələcəklə bağlı sistemli baxış bucağının olduğunu göstərdi. Türkiyə haqqında danışan Prezident bir neçə dəfə Yaxın Şərqdə Fələstin dövlətinin qurulmasının vacibliyindən danışdı və islam həmrəyliyinin xarici siyasətimizdə o coğrafiya ilə bağlı əsas meyar olduğunu göstərdi. 

Ekspertlərin fikrincə, Türkiyə ilə münasibətlər prioritetdir və bu dövlətin uğurları, həm də, Azərbaycanın uğurlarıdır. Suriyada Rəcəb Tayyib Ərdoğanın məqsədinə çatmasından sonra ölkəmiz Ankaranın yanında olan ilk dövlət oldu və Türkiyənin xahişi ilə ərəb dövlətinə humanitar yardım göndərdi. 

 

Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, bəzilərinin Azərbaycan-Türkiyə arasında müəyyən məsələlərlə bağlı ziddiyyətlərin olduğunu iddia etmələri fonunda Prezidentin çıxışı göstərdi ki, rəsmi Bakı və Ankara arasında heç bir məsələdə ziddiyyət yoxdur. Əksinə, son bir neçə həftə ərzində region ətrafında baş verənlərlə bağlı yeni mövzulara dair sıx uzlaşma mövcuddur. 2025-ci il ərzində Bakı və Ankaranın regional proseslərlə bağlı yeni hədəflərə çatacaqlarına şahidlik edə bilərik. Müsahibədə, bəlkə də, ilk dəfə olaraq İranın təkcə siyasi hakimiyyəti deyil, həm də dini hakimiyyəti haqqında konkret tənqid ifadə edildi. Azərbaycan haqlıdır. İranda dövlətin əsas təməlini təşkil edən qrup 44 günlük müharibədən sonra Xankəndi və ətraf rayonlardakı erməni separatçılara pulsuz kerosin satmaqla məşğul idi. İrandakı hərbi dəstənin sərhədlərimiz yanında bizi təhdid etməsi, səfirlikdə məlum cinayətin hələ də aqibətinin məlum olmaması ikitərəfli münasibətlərin dəhşətli səhifələridir. Prezident İlham Əliyevin ilk dəfə olaraq İranın keçmiş XİN rəhbərinin ona verdiyi sözün hələ də yerinə yetirilməməsi, eyni zamanda cinayətkarın edamının vacib olmasını qeyd etməsi Tehrana ismarıcdır. Prezidentin çıxışı zamanı Ərdəbil mollası ilə bağlı şərhi və onun kim tərəfindən təyin edilməsinin hamıya bəlli olmasını qeyd etməsi təhqirin unudulmayacağının göstəricisidir. Təhqir - ədəbsizlikdir və zəiflikdir və cənub qonşumuz nəhayət başa düşməlidir ki, Azərbaycan heç kimdən qorxmur. Top Pezeşkiandadır".

Z.Məmmədov vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Ermənistandakı köhnə və yeni hakimiyyət arasında heç bir fərq qoymayaraq, bu dövlətin öz-özlüyündə faşist təfəkkürlü olduğunu qeyd etdi: 

"Faşizmə bölgədə yer yoxdur. Levon Ter-Petrosyanın 1993-cü ildəki çıxışının yayılması danışıqlar prosesində rəsmi Bakının mövqeyini gücləndirəcək. Ermənistan sülh istəmirsə, bizə də lazım deyil. Ermənistan qarşısında duran vəzifələri yerinə yetirməyi vacib bilmirsə, bunu Azərbaycan öz bildiyi formada edəcək. Təkcə azərbaycanlılar Zəngəzura qayıtmayacaqlar, Azərbaycan Zəngəzuruna qayıdacaq. İndiki Ermənistan ərazisi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır və qayıdış qaçılmazdır. Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ regionları vahid region kimi olmalıdırlar. Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasının da zəruri olduğunu qeyd etməsi Bakıda bu torpaqlarla bağlı strateji planın olduğunu göstərir". 

Analitik əlavə edib ki, ABŞ ilə münasibətlər haqqında danışarkən Prezident oradakı siyasi elitaları bizə olan münasibətlərinə görə yaxşılara, normallara və pislərə böldü: "Görünən odur ki, Bayden Administrasiyası ilə münasibətlər artıq geridə qaldı. Yeni dövrə isə ümidlər var. Tramp dövründə ABŞ-nin Cənubi Qafqaz və Azərbaycana yanaşmasında bərabərhüquqluluq, daxili işlərə qarışmamaq əsas prioritetlər kimi nəzərdən keçirilməlidir. Eyni sözləri Azərbaycan və Aİ arasında münasibətlər haqqında da demək olar. 2024-cü ildə ermənipərəst siyasət aparan Avropa institutlarında seçkilərdən sonra yeni dönəm başlayır və yeni elitalardan bölgə ilə bağlı adekvat addımların atılması gözlənilir. Əgər bu atılacaqsa, ikitərəfli münasibətlərdə yaxınlaşma olacaq, əgər köhnə siyasət davam edəcəksə, bu, onların özlərinin əleyhinə olacaq. Beləliklə, Prezident İlham Əliyev çıxışında onun üçün milli maraqların, dövlətin maraqlarının hər şeydən üstün olduğunu bir daha bəyan etdi. Bu maraqların həyata keçməsi üçün məqsədyönlü konseptual iş aparıldığını və aparılacağını göstərmiş oldu".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Yanvar 2025 03:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri