Icma.az
close
up
RU
Ermənistan sürətli şəkildə silahlandırılaraq revanşa təşviq olunacaqsa... Sülhlə bağlı AÇIQLAMA

Ermənistan sürətli şəkildə silahlandırılaraq revanşa təşviq olunacaqsa... Sülhlə bağlı AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 17 maddəsindən 15-nin razılaşdırılması artıq dəqiqləşib. Qalan bir neçə maddə üzrə hələ ki razılıq əldə olunmayıb. Bunun əsas hissəsi Azərbaycan Respublikasının Ermənistanın konstitusiyasının dəyişdirilməli ilə bağlı irəli sürdüyü tələblərdir”. 
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O qeyd edib ki, Ermənistanın konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alır: 
“Gələcəkdə bu, problem yaratmasın və Ermənistan ictimai rəyində sülh müqavilə ilə bağlı müsbət rəy olsun deyə, Azərbaycan konstitusiyaya dəyişikliklər edilməsini gündəmə gətirir. Ermənistan təbii ki, məsələni uzadır. Baş nazir Nikol Paşinyan hər nə qədər manipulsiyasiya etsə də, 2027-ci ildən tez dəyişikliklər etmək niyyətində olmadığını büruzə verir. Nəzərə alsaq ki, Ermənistan bu məsələlərdə müstəqil qərar vermək səlahiyyətində deyil, daha çox Paris, Brüssel, Vaşinqtondan gələn təlimatlar əsasında qərar qəbul edir, bu baxımdan dəqiq fikir söyləmək çətindir”. 
Ekspert hesab edir ki, Cənubin Qafqazda gedən proseslər qlobal hadisələrin tərkib hissəsidir, xüsusilə də Rusiya-Ukrayna münaqişəsi və Yaxın Şərqdəki gərginlik bölgədəki proseslərə təsir edə bilər: 
“ABŞ-də yeni administrasiya fəaliyyətə başlayır və onun siyasətindən çox şey asılı olacaq. Əgər qeyd etdiyimiz kimi, beynəlxalq avtorlar Ermənistanı təşviq etməsə, o, sülh bağlaya bilər. Yox, əgər Ermənistan sürətli şəkildə silahlandırılacaq və revanşa təşviq olunacaqsa,  o zaman sülh müqaviləsindən danışmaq çətin olacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti dekabrın 18-də “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə böyük irəliləyiş əldə olunub. 
Törə Zeynallı
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Dekabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see219

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see191

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see184

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see181

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see181

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see143

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see139

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see138

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see135

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see131

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see122

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see122

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri