Icma.az
close
up
RU
Azərbaycançılıq: milli həmrəyliyi və milli birliyi təmin edən ideologiya

Azərbaycançılıq: milli həmrəyliyi və milli birliyi təmin edən ideologiya

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycançılıq tarixən bir çox sınaqlardan keçərək xalqımızın milli kimliyinin formalaşmasında və onun müasir dövrün dinamikasına uyğunlaşmasında mühüm rol oynayıb. Bu milli ideologiya etnik və mədəni, eləcə də dini kimliyin harmoniyasını yaratmaqla yanaşı, həm də Azərbaycanın tarixi, coğrafiyası və müstəqilliyinin davamlılığını təmin etməyə istiqamətlənmiş bir anlayışdır. Azərbaycançılıq ilk növbədə, ölkənin hər bir bölgəsindən, hər bir etnik qrupundan olan insanları bir araya gətirən birləşdirici konsepsiyadır.

Milli ideologiya hər bir dövlətin inkişafının təməl prinsipilərindəndir. O cümlədən, cəmiyyətin vahid konsepsiya, ideoloji xətt ətrafında birləşməsi sabitliyin, inkişafın mühüm şərtlərindən sayılır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ardından xalqı vahid ideologiyanın- azərbaycançılıq ideologiyasının çətiri altında birləşdirilməsi də Azərbaycan cəmiyyətində milli birliyin formalaşdırılmasına,  milli dövlətçiliyin qorunmasına, inkişafına xidmət göstərdi. Azərbaycançılıq ideologiyasının təməlində güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi (vətəndaş birliyi və tolerantlıq ideyası) ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini öz güvənc yeri sayması, bu Vətəni özünün qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qaydaları əsasında ünsiyyət qurması və s. ali dəyərlər dayanır. Bu dəyərlər isə ölkədə dövlət, Vətən, xalq amillərinin vəhdətini formalaşdırır.

Xalq-ordu birliyinin kökündə azərbaycançılıq dayanır

Azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizmə, təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Ulu Öndərin azərbaycançılıq ideologiyasının təməlində güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi (vətəndaş birliyi və tolerantlıq ideyası) ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini öz güvənc yeri sayması, bu Vətəni özünün qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qaydaları əsasında ünsiyyət qurması və s. kimi ali dəyərlər dayanır. Təsadüfi deyil k, 2020-ci ilin Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə Azərbaycan gəncliyi öz torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdı. Bu mübarizədə isə azərbaycançılıq ideologiyasının nəticəsi olaraq meydana çıxmış mühüm bir amil ön plana keçdi. Azərbaycan gəncliyi etnik və dini fərqliliyi nəzərə almadan vahid bir amal uğrunda səfərbər oldu.

Müstəqil dövlət kimliyinin formalaşması

Vurğulandığı kimi, azərbaycançılığın təməl prinsipləri Azərbaycan xalqının qədim milli-mənəvi dəyərlərinə əsaslanır. Azərbaycançılıq məfkurəsində əksini tapmış fəlsəfədə, eləcə də onu yaradan xalqın təfəkküründə etnik məhdudluq, dini dözümsüzlük, antihumanizm yoxdur. Bu ideologiyanı məhz Ümummilli Lider Heydər Əliyev tam dolğun konsepsiya şəklinə salaraq onu yeni çalarlarla zənginləşdirdi və müasir Azərbaycanın milli ideologiyasına çevirdi. Sovet İttifaqının süqutundan sonra əsas müzakirə mövzularından birinə çevrilən milli kimlik məsələsində bu milli ideologiya ön plana çıxdı - milli dövlətçilik ənənəsinin oturuşmasının əsasında da məhz milli ideologiyamızın möhkəmliyi dayandı.

Azərbaycançılıq və milli qanunvericilik...

Azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə yüksəldilməsini göstərən ən bariz cəhət bu ideologiyanın əsas prinsiplərinin Konstitusiyanın müddəalarında öz əksini tapmasıdır. Azərbaycan Konstitusiyasında ölkəmizdə milli, dini mənsubiyyətindən asılı olmayaraq hər bir kəs qanun qarşısında bərabərhüquqludur. Bu isə hüquqi dövlət prinsipini özünün prioriteti seçmiş Azərbaycanda insan hüquq və azadlıqlarının ən böyük təcəssümlərindən biridir. Müasir dövrümüzdə belə cəmiyyətimizdə mənəvi-psixoloji sabitliyin möhkəmlənməsinin əsas səbəbi dövlətin istər daxili, istərsə də xarici siyasətində azərbaycançılıq prinsiplərinə sadiq qalması gerçəkliyidir. Bu isə Azərbaycanda müasir cəmiyyət quruculuğu prosesinin uğurla həyata keçməsində əsas faktorlardan biri kimi çıxış edir.

Eləcə də, azərbaycançılıq ideologiyası respublikamızda müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin ötən yüzilliklərdə olduğu kimi, qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamasına və ölkənin gələcəyi naminə birgə çalışmasına zəmin yaradıb. Vahid milli ideologiya insanları cəmiyyətin tamhüquqlu üzvü olaraq özlərini topluma yararlı fərd kimi hiss etməyə, müəyyən məsuliyyət daşımağa və vətəndaşlıq borcunu yerinə yetirməyə ruhlandırır.

Gələcəyimizi formalaşdıracaq yol xəritəsi

Göründüyü kimi, azərbaycançılıq həm də hər bir Azərbaycan vətəndaşının bir araya gələrək, milli gücünü artırdığı, həmrəyliyin təmin olunduğu bir ideyadır. Əminliklə söyləyə bilərik ki, harada olmasından asılı olmayaraq, soydaşlarımız daha böyük həmrəyliyə nail olaraq yüksək milli şüur səviyyəsi nümayiş etdirirlər. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bu sərvəti əziz tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etmək mümkündür.

Azərbaycançılıq millətin gələcəyini formalaşdıracaq bir yol xəritəsidir. Bu yol, xalqımızın tarixi irsini, mədəni dəyərlərini, vəhdətini və gücünü qorumağa və yaşatmağa xidmət edir. Hər bir Azərbaycan vətəndaşı bu ideyanın bir parçası olaraq, həm özünə, həm də gələcək nəsillərə örnək olmalıdır. Beləliklə, azərbaycançılıq yalnız ideoloji bir yanaşma deyil, gələcəyin qurulmasına xidmət edən canlı bir həyat tərzidir.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Oktyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri