Icma.az
close
up
RU
Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb Politoloq

Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb Politoloq

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər yayılıb.
 

Maraqlıdır, bu doğrudurmu, elədirsə, səbəb nə ola bilər?
 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin bu tədbirdə iştirak etməməsinin bəlli səbəbi olduğunu deyib.
 

Onun sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsinə dair qərarı qüvvədədir:
"Putin bu səbəbdən hətta tərəfdaş hesab etdiyi ölkələrə səfərlərdən çəkinir. Rusiyanı toplantıda xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Putin videkonfrans vasitəsilə toplantının işində iştirak edəcək. Çin lideri Si Cinpinin Braziliya səfərdən imtina etməsi isə müəmmalıdır. Braziliya Prezidenti Lula da Silva qısa zaman kəsiyində Çin lideri ilə iki dəfə görüşüb və həmkarının Braziliyaya səfərinə ümidli idi. Pekin səfərin təxirə salınmasını Si Cinpinin qrafikinin yoğun olmasıyla izah edib. Qrafik nə qədər yoğun olsa da, çoxqütblü dünyanın formalaşmasında Moskva və Pekinin BRİCS-ə xüsusi əhəmiyyət verdikləri halda iki əsas dövlətin liderinin toplantıda iştirak etməməsi təşkilatın imicinə mənfi təsir edəcək. Misal üçün NATO-ya üzv ölkələrin tamamının liderləri Şimali Atlantika Blokunun son zirvə toplantısında iştirak edərək, qlobal mövzularda bəyanatlar verdilər, mətbuat konfransı keçirdilər".
Politoloq qeyd edib ki, Rusiya və Çin Amerika Birləşmiş Ştatlarının simasında birqütblü dünyanın çoxqütblü dünya ilə əvəz olunmasına çalışsalar da, İsrail-İran müharibəsi göstərdi ki, vacib qərarlar əvvəlkitək Vaşinqtonda verilir və bu zaman Rusiya ilə Çinin maraqları nəzərə alınmır.
Onun sözlərinə görə, Moskva və Pekin ilk gündən İsrailin İrana hava zərbələrini pisləsələr də, hər ikisinin Tehrana dəstəyi bəyanatlardan o tərəfə getmədi:
 

"Müharibə ABŞ Prezidenti Donald Trampın qərarı ilə dayandı və İsrailin baş naziri Benyamin Netanyahu Ağ Ev sahibinin qərarına tabe oldu. Yalnız bundan sonra Çin Trampın yadına düşdü və Ağ Ev sahibi Pekini aşağılayacı tərzdə “Çin İrandan neft almağa davam edə bilər” cümləsini işlətdi. O, cümləsinin sonrakı hissəsində Pekinə bu şəkildə mesaj da göndərdi: “Ümid edirəm ki, Çin ABŞ-dan da böyük həcmdə neft alacaq”. Cümlənin bu hissəsini belə anlamaq olar ki, Çin ABŞ-dan neft almaq istəməsə, Vaşinqton Pekinə əlavə problemlər yarada bilər. İran İsraillə müharibə zamanı haqqında çox danışılan Hörmüz boğazını bağlasaydı, bunun əsas mənfi təsiri Çinə olacaqdı. Çünki Çin neftə olan tələbatının əsas hissəsini məhz bu boğaz üzərindən tankerlərlə daşıyaraq enerji təhlükəsizliyini təmin edir. Təsadüfi deyil ki, müharibə günlərində Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Abbas Araqçı ilə telefonla danışmışdı. Böyük ehtimalla bu telefon danışığında çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb".
Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 İyun 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri