Icma.az
close
up
RU
Ermənistan Türkiyə sərhədi yalnız BU ŞƏRTLƏ açıla bilər

Ermənistan Türkiyə sərhədi yalnız BU ŞƏRTLƏ açıla bilər

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün Türkiyəyə gedəcək. O, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşün gündəliyi hələki tam məlum deyil. Danışıqların sonunda birgə bəyanatın veriləcəyi qeyd edilib.

Görüşdə iki ölkə arasında sərhədlərin açılması məsələsinin müzakirə ediləcəyi gözlənilir. Həmçinin Ermənistan-Azərbaycan arasında sülh sazişi layihəsi ilə bağlı da danışıqlar olacağı ehtimal edilir.

Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Paşinyanın Türkiyəyə səfəri çərçivəsində bir sıra yeniliklər ola bilər:

“Mən detalları bilmirəm. Lakin Türkiyənin sərhədlərin açılması ilə bağlı mövqeyi dəyişməzdir. Azərbaycanla Ermənistan arasındakı problem həll olunmadan, qətiyyən sərhədlər açılmaz. Düşünürəm ki, bu məsələ mütləq Azərbaycanla müzakirə edilir”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası İşçi Qrupunun üzvü Elman Nəsirov söyləyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması iki dövlət və xalq arasında etimad mühitinin formalaşması ilə bağlıdır:

“Sülh müqaviləsinin 17 bəndi üzrə razılaşma var. Azərbayacanın daha iki şərti var: Ermənistan konstitusiyanın dəyişdirilməsi və Minsk qrupundan imtina. Bu şərtlər də ödənildikdə sülh müqaviləsinin imzalanması üçün heç bir mane qalmayacaq. Gələn il iyul ayının 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmin gün konstitusiya dəyişikliyi üçün referendum da keçirilməsi də istisna deyil".

Elman Nəsirov qeyd edir ki, Ermənistanda hazırda konstitusiyanın dəyişdirilməsi prosesinə mane ola biləcək yeganə qüvvə kilsədir, II Qaregindir:

"Paşinyan artıq faktiki olaraq, onu da sıradan çıxarmağa başlayıb. Bununla da revanşistlərin də mövqeləri xeyli zəifləşmiş olacaq. Bütün bunların fonunda Paşinyanın Türkiyəyə səfər etməsi və cənab Rəcəb Tayyib Ərdoğanla görüş imkanı əldə etməsi, görüşün sonunda yekun bəyanatın da səslənməsi, heç şübhəsiz Türkiyə ilə Ermənistan arasında etimad mühitinin yaranmasına şərait yaradır. Türkiyə Prezidenti cənab Rəcəb Tayib Ərdoğan da, təbii ki, Paşinyanla görüşdə onu başa salacaq. Türkiyənin mövqeyini çox yaxşı bilirik. Yəni deyəcək ki, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina et, bu şəkildə sülh müqaviləsi imzalamaq olmaz”.

Deputat vurğulayıb ki, Türkiyə ilə Ermənistan arasında yalnız bir halda sərhədlər açıla bilər:

“Ermənistan sərhədlərin açılmasını istəyərdi. Amma bu o zaman baş verə bilir ki, Ermənistan da sülh prosesi ilə bağlı real addımlar atsın. Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarından imtina etdikdə, Minsk qrupunu buraxdıqda və Zəngəzur dəhlizinin açılması ilə bağlı real addımlar atdığı bir şəraitdə niyə də  Ermənistan-Türkiyə sərhədi bağlı qalsın? Bu, mümkün deyil. Hesab edirəm ki, bu proseslər bir-birilə sıx bağlıdır. Hesab edirəm, cənab Rəcəb Tayyib Ərdoğan bütün bu reallığı Paşinyana izah edəcək. Necə deyərlər, top Ermənistan tərəfindədir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyun 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri