Icma.az
close
up
RU
ERMƏNİSTAN ÜÇÜN “ÖLÜM QALIM” SEÇİMİ... Paşinyan təkbaşına hakimiyyətdə qala biləcəkmi?

ERMƏNİSTAN ÜÇÜN “ÖLÜM QALIM” SEÇİMİ... Paşinyan təkbaşına hakimiyyətdə qala biləcəkmi?

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri ölkənin gələcək siyasi kursunu müəyyən edəcək ən mühüm mərhələlərdən biri kimi dəyərləndirilir. Seçki kampaniyası artıq təkcə daxili siyasi rəqabət deyil, həm də Ermənistanın Rusiya–Qərb balansı, Azərbaycan və Türkiyə ilə münasibətlərinin gələcəyi fonunda formalaşır. Hazırkı mənzərə isə üç əsas istiqamətin kəskin qarşıdurmasını göstərir: hakimiyyətin sülh və Qərbə inteqrasiya xətti, Rusiyameyilli müxalif blokların konsolidasiyası və alternativ, lakin zəif təşkilatlanmış “üçüncü qüvvələr”.

Paşinyanın strategiyası: konstitusional çoxluq və regional “sülh gündəliyi”

Baş nazir Nikol Paşinyan rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası seçkilərə açıq şəkildə “sülh” şüarı ilə gedir. Hakimiyyətin əsas strateji hədəfi parlamentdə konstitusional çoxluq – yəni mandatların ən azı üçdə ikisini əldə etməkdir.


Bu məqsəd Paşinyana təkcə hökuməti formalaşdırmaq deyil, həm də konstitusiya dəyişiklikləri üçün referendumlar keçirmək imkanı verir. İrəvanın siyasi gündəliyində əsas istiqamət kimi Azərbaycanla sülh sazişinin imzalanması, Türkiyə ilə diplomatik münasibətlərin normallaşdırılması və Rusiyadan asılılığın azaldılması göstərilir.

Hakim düşərgə bunu “regional blokadanın qırılması” və “Ermənistanın iqtisadi-siyasi transformasiyası” kimi təqdim edir. Lakin müxalifət bu xətti təhlükəli güzəştlər və milli maraqlardan geri addım kimi qiymətləndirir.

Samvel Karapetyan faktoru: biznes imperiyasından siyasi layihəyə

Seçkilərin ən mübahisəli fiqurlarından biri iş adamı Samvel Karapetyandır. O, rəhbərlik etdiyi Güclü Ermənistan Partiyası vasitəsilə Paşinyanın əsas rəqiblərindən biri kimi təqdim olunur.


Karapetyan Ermənistan, Rusiya və Kipr vətəndaşlığına malikdir və əsas biznes fəaliyyətini Rusiyada qurub. Lakin Ermənistan qanunvericiliyinə görə onun prezident və ya baş nazir olmaq imkanları məhduddur. Konstitusiya yalnız son illərdə Ermənistan vətəndaşı olmuş, daimi yaşayan və müəyyən siyasi tələblərə cavab verən şəxslərə bu imkanı tanıyır.

Buna baxmayaraq, Karapetyan siyasi maneələri aradan qaldırmaq üçün konstitusiya dəyişikliklərini hədəfləyir. Onun yaxın ətrafı – xüsusilə qardaşı oğlu Narek Karapetyan – partiyanın parlamentdə çoxluq əldə etməsi halında bu dəyişikliklərin mümkün olacağını bildirir.

Hazırda Karapetyan ev dustaqlığındadır və ona qarşı korrupsiya, çirkli pulların yuyulması kimi ağır ittihamlar irəli sürülüb. Buna baxmayaraq, o, seçki kampaniyasını video müraciətlər və dolayı siyasi mesajlarla davam etdirir.

Sorğular göstərir ki, Karapetyanın əsas gücü yeni və qərarsız seçici kütləsini cəlb etməkdir. Lakin onun partiyasının 4%-lik baryeri keçib-keçməyəcəyi hələ də sual altındadır.

Koçaryan–Tsarukyan–Karapetyan ehtimalı: müxalifətin yeganə real ssenarisi?

Siyasi ekspertlərin fikrincə, müxalifətin hakimiyyətə real alternativ yarada bilməsi yalnız üç əsas fiqurun koordinasiyası ilə mümkündür: Robert Koçaryan, Qagik Tsarukyan və Samvel Karapetyan.


Koçaryanın rəhbərlik etdiyi “Ermənistan Alyansı” artıq formalaşıb və parlamentə düşmək üçün minimum 8% baryeri keçməlidir. Alyansın siyahısında Koçaryanın özü, oğlu və digər siyasi fiqurlar yer alır.

Tsarukyan isə daha çox iqtisadi resurslara və sosial bazaya güvənir. Onun “Çiçəklənən Ermənistan” xətti ənənəvi olaraq Koçaryanla yaxın hesab olunur. Sorğular isə onun 2–6% aralığında qalacağını göstərir.

Ekspertlər bildirir ki, bu üç qüvvə arasında potensial ittifaq yaranarsa, parlamentdə güclü müxalif blok formalaşa bilər. Lakin şəxsi ambisiyalar və ideoloji fərqlər bu ssenarini çətinləşdirir.

Alternativ düşərgə: qərbyönlü, lakin zəif resurslu qüvvələr

Müxalif spektrdə ayrıca “üçüncü xətt” də mövcuddur. Buraya keçmiş İrəvan meri Hayk Marutyan, keçmiş ombudsman Arman Tatoyan və siyasi fəal Qurgen Simonyan daxildir.

Bu qüvvələr əsasən qərbyönlü kursu müdafiə edir və Rusiya təsirindən uzaqlaşmanı dəstəkləyir. Lakin onların əsas problemi maliyyə resurslarının zəifliyi və ölkə miqyasında siyasi strukturlaşmanın olmamasıdır.

Sorğular bu partiyaların 4–5% baryerini keçməkdə çətinlik çəkəcəyini göstərir.

Sorğularda Paşinyan liderdir, amma qərarsız seçici həlledici rol oynayır


Beynəlxalq Respublikaçılar İnstitutu və EVN Report tərəfindən aparılan sorğular ümumi mənzərəni belə göstərir:

-Paşinyan və partiyası 30–50% aralığında dəstək alır;

-Seçicilərin 35–48%-i qərarsızdır;

-Koçaryan və Tsarukyan 3–6% aralığında qalır;

Karapetyan isə yeni siyasi fiqur kimi 10%-ə yaxın etimad qazanır.

Ən mühüm məqam isə odur ki, qərarsız seçicilərin böyük hissəsi səsvermə günü Paşinyana yönəlir. Bu faktor hakim partiyanın əsas üstünlüyü kimi qiymətləndirilir.

Mövcud siyasi reallıq göstərir ki, Ermənistan 2026 seçkilərinə ciddi parçalanmış müxalifətlə daxil olur. Hakimiyyət isə daha sistemli, mərkəzləşmiş və strateji gündəliyə malik görünür.

Əgər müxalifət vahid blok yarada bilməsə, Paşinyanın həm parlament çoxluğunu qoruması, həm də konstitusional dəyişikliklərə yaxınlaşması real ssenari olaraq qalır. Bu isə Ermənistanın gələcək illərdə xarici siyasət kursunun daha da Qərbə inteqrasiya olunması və regionda yeni balans axtarışları ilə müşayiət olunacağı anlamına gəlir.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Aprel 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri