Icma.az
close
up
RU
“Ermənistan Vaşinqton sənədindən irəli gələn öhdəliklərini icra etməlidir” Deputat

“Ermənistan Vaşinqton sənədindən irəli gələn öhdəliklərini icra etməlidir” Deputat

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Ermənistan tərəfi avqustun 8-də Vaşinqtonda imzalanan sənəd əsasında götürdüyü öhdəliklərə sadiq qalmalıdır. Əks halda, bu istiqamətdə hər hansı manipulyasiya Ermənistanı daha da ağır vəziyyətə salacaq. Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu məqama toxunaraq vurğuladı ki, Ermənistanın gələcək hökuməti Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, ciddi çətinliklərlə üzləşəcək".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün üzərinə düşən bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirir:

“Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub. Sülh müqaviləsinin imzalanması prosesi də məhz bizim ölkənin iradəsi ilə gündəmə gətirilib. Lakin bu gün sənədin rəsmiləşməsinə mane olan yeganə məsələ Ermənistan Konstitusiyasında hələ də mövcud olan, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəadır.

Bu dəyişiklik həyata keçirildikdən sonra sülh sazişinin imzalanması reallaşacaq. Əgər Ermənistan verdiyi sözləri tutmasa və sənədin şərtlərinə əməl etməsə, o zaman beynəlxalq aləmdə etibarsız tərəfdaş kimi tanınacaq. Çünki Vaşinqton razılaşması yalnız ABŞ deyil, Avropa İttifaqı, Türkiyə, ərəb ölkələri və digər beynəlxalq tərəfdaşlar tərəfindən də dəstəklənib”.

Deputatın sözlərinə görə, sülh sazişi əslində Ermənistan üçün daha həyati əhəmiyyət daşıyır:

“Hazırda dərin sosial-iqtisadi böhranla üz-üzə qalan Ermənistanın vəziyyətdən çıxış yolu yalnız Azərbaycanla sülh sazişi imzalamaqdan keçir. Əks halda, bu ölkə daha da ağır nəticələrlə üzləşəcək. Ermənistanın bugünkü böhranlı durumunun əsas səbəbi illərlə işğal siyasəti yürütməsi, Azərbaycan torpaqlarını işğal saxlaması olub.

Vaşinqtonda imzalanmış sənəd isə beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb və onun pozulması təkcə Azərbaycana yox, bütövlükdə dünya ictimaiyyətinə qarşı çıxmaq deməkdir. Buna görə də Ermənistan öhdəliklərini tam şəkildə yerinə yetirməli, destruktiv addımlardan çəkinməlidir. Əks halda, bu ölkənin vəziyyəti daha da çətinləşəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Avqust 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri