Ermənistan və Almaniya TRIPP layihəsinin perspektivlərini müzakirə ediblər
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistan və Almaniya TRIPP layihəsinin həyata keçirilməsi ilə açılan regional imkanları müzakirə ediblər.
Moderator.az-ın Ermənistan mediasına istinadən məlumatına görə, müzakirə Berlində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə səlahiyyətli nümayəndəsi Nikolas Vaqnerin sədrliyi ilə iki ölkə arasında siyasi məsləhətləşmələr çərçivəsində baş tutub.
Kostyan Vaqneri sülh müqaviləsinin, 8 avqust 2025-ci il tarixli Vaşinqton sazişlərinin paraflanması çərçivəsində Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi proqramları, o cümlədən TRIPP ("Tramp Marşrutu") çərçivəsində regional əlaqələrin perspektivləri barədə məlumatlandırıb.
Tərəflər həmçinin ikitərəfli tərəfdaşlığın strateji gündəliyi haqqında bəyannamədə göstərilən sahələrdə Berlin və İrəvan arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 15 Yanvar 2026 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















